06 Noyabr 2025 19:46
8316
PARLAMENT
A- A+
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib  

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib  


Noyabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Azər Əmiraslanov iclasda müzakirə ediləcək məsələlər haqqında məlumat verib. O bildirib ki, iclasda Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə olunacaq.

O qeyd edib ki, Büdcə Zərfinə daxil olan bu qanun layihəsi əsasən vergi güzəştləri ilə bağlıdır. Komitə sədri qanun layihəsində təklif olunan dəyişikliklərin əhəmiyyətindən söz açıb, onların büdcəyə təsiri ilə bağlı fikirlərini bildirib. Azər Əmiraslanov vurğulayıb ki, dəyişikliklər sahibkarlığı və iqtisadi inkişafı stimullaşdırmaq xarakteri daşıyır. Onun sözlərinə görə vergi siyasəti iqtisadiyyatın tənzimlənməsinin ən çevik alətidir və ölkəmizdə vergi siyasətində güzəşt və azadolmalar müəyyən edilərkən heç bir ayrı-seçkiliyə yol verilmir. Komitə sədrinin sözlərinə görə, vergi-gömrük güzəştlərinin əsas benefisiarı dövlət müəssisələri deyil, məhz özəl sektordur. Həyata keçirilən vergi və gömrük siyasəti fiskal xarakterdən daha çox iqtisadi tənzimləmə funksiyasına malikdir. Vurğulanıb ki, ölkəmizdə 2025-ci ilin məlumatlarına əsasən, vergi-gömrük güzəşt və azadolmaları 7,7 milyard manat təşkil edir. Bu 2025-ci ilin proqnozlaşdırılan büdcə gəlirlərinin təxminən 20 faizidir.

İclasda çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, 2026-cı ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış dəyişikliklər ölkənin iqtisadi inkişafını sürətləndirmək, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərini gücləndirmək, daxili bazarı qorumaq və idxaldan asılılığı azaltmaq, strateji sahələrə investisiyaların təşviqi və inzibatçılığın təkmilləşdirilməsi kimi addımları nəzərdə tutur. O deyib ki, Vergi Məcəlləsinə təkliflər əsasən iqtisadiyyatı stimullaşdırmaq, sahibkarlığa dəstək və şəffaflığın artırılması tədbirlərini əhatə edir.

Nazir müavini bu günə qədər tətbiq olunan vergi güzəştləri və digər azadolmalar barədə danışaraq, onların iqtisadi effektivliyi ilə bağlı fikirlərini bölüşüb və əldə olunan nəticələri diqqətə çatdırıb. Qeyd olunub ki, hazırkı Büdcə Zərfində də sahibkarlıq və investisiya mühitini stimullaşdıran amillərə, eləcə də mövcud güzəştlərin davam etdirilməsinə xüsusi diqqət yetirilir.

Azər Bayramovun sözlərinə görə, Azərbaycanda qeyri-neft sektorunda və özəl sektorda tətbiq olunan vergi yükü regionda ən aşağı səviyyədədir. Bu, sahibkarlıq fəaliyyətinin genişlənməsinə və iqtisadi fəallığın artmasına imkan yaradır. O, əlavə edib ki, ölkənin vergi siyasətində inzibati amillərin rolunun azaldılması, əvəzində iqtisadi stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi prioritet istiqamətlərdən biridir. Bu yanaşma gələn ilin Büdcə Zərfində öz əksini tapıb.

Vurğulanıb ki, son illərin əsas stimullaşdırıcı istiqamətlərindən biri nağdsız ödənişlərin təşviqidir. Bir neçə ildir ki, “ƏDV geri al” sistemi uğurla tətbiq olunur və bu sistemin nəticəsində daxilolmaların artım tempi yüksəlib. Bu tendensiyanın növbəti ildə də davam etməsi və sistemin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Sonra Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli layihədə Vergi Məcəlləsinə təklif olunan dəyişiklər barədə ümumi məlumat verib. O, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri ölkəmizin iqtisadi siyasətində həyata keçirilən islahatların növbəti mərhələsi kimi dəyərləndirib. Qeyd olunub ki, dəyişikliklər həm vergi inzibatçılığının sadələşdirilməsini, həm də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını hədəfləyir. Qlobal trendlər, rəqəmsal transformasiya və fiskal siyasətin dayanıqlılıq prinsipləri nəzərə alınmaqla hazırlanan bu təkliflər, vergi ödəyicilərinin yükünün optimallaşdırılmasına və dövlət gəlirlərinin sabitliyinin təmin edilməsinə xidmət edir.

Orxan Nəzərli diqqətə çatdırıb ki, dəyişikliklər paketi 2026-cı ildən etibarən tətbiqi nəzərdə tutulan büdcə-fiskal çərçivə ilə uzlaşdırılıb. Təkliflərdə muzdlu iş üzrə mövcud vergi güzəştlərinin 2026-cı ildən sonrakı dövrə tənzimlənməsi, aksiz siyasətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, yerli avtomobil istehsalının təşviqi, idxaldan asılılığın azaldılması və daxili bazarın qorunması, vergi nəzarətinin və şəffaflığın artırılması, eləcə də qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi kimi məsələlər öz əksini tapıb. Orxan Nəzərli təklif olunan dəyişikliklərin mahiyyəti barədə danışıb, onların gözlənilən nəticələri və təsirlərini diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketi barədə slaydlar əsasında təqdimat edib.

Layihənin hüquqi əsaslarından söz açan baş idarə rəisi təklif olunan 45 maddə üzrə 145 dəyişiklik təklifinin 3 əsas istiqaməti — investisiya və sahibkarlığın təşviqi, büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarətinin təkmilləşdirilməsi barədə məlumat verib. O, sahələrin hər biri üzrə ayrı-ayrılıqda nəzərdə tutulan vergi və sosial güzəştlər, müddəti uzadılan güzəştlər, nağdsız dövriyyə, kənd təsərrüfatı və balıqçılıq üzrə vergi güzəştləri, fərdi sahibkarların sosial sığorta yükünün, aksizlər üzrə büdcə gəlirlərinin tənzimlənməsi kimi məsələlərlə bağlı təklif olunan dəyişikliklərin detallarını diqqətə çatdırıb.

Müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov, üzvləri Ziyad Səmədzadə, Əli Məsimli, Tahir Mirkişili, Əlibala Məhərrəmzadə, Aydın Hüseynov, Vüqar Bayramov çıxış ediblər, öz fikirlərini və bəzi qeydlərini bildiriblər.

Maliyyə nazirinin müavini Azər Bayramov və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!