14 Sentyabr 2026 16:10
195
SİYASƏT
A- A+
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Sentyabrın 14-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Musa Quliyev 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fəaliyyəti barədə məlumat verib.

Daha sonra gündəliyin ikinci məsələsi - Əmək və sosial siyasət komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verilib. Bildirilib ki, növbəti sessiyada əsasən büdcə məsələləri müzakirə ediləcək, qanunvericilik təşəbbüsü əsasında təqdim olunmuş qanun layihələrinə baxılacaq, həmçinin komitənin səlahiyyət dairəsinə daxil olan mövzular üzrə müzakirələrin təşkili nəzərdə tutulur.

Gündəlikdə üçüncü məsələ olan Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı komitə sədri deyib ki, qanunvericiliyə əsasən, ölkəmizdə gündəlik ümumi iş saatı limitləri müəyyənləşdirilib. Lakin beynəlxalq uzunmüddətli uçuşlar zamanı mövcud iş vaxtı məhdudiyyətləri uçuşların səmərəli təşkilinə mane olur. Qanun layihəsində təklif olunan dəyişikliklər isə, uzunmüddətli uçuşların həyata keçirilməsi üçün hava gəmisi heyətinin iş və istirahət rejiminin aviasiyanın xüsusiyyətləri nəzərə alınmaqla beynəlxalq standartlara uyğun daha çevik tənzimlənməsini nəzərdə tutur.

Gündəliyin sonuncu məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə də komitə sədri məlumat verib.

Bildirilib ki, qanun layihəsinin əsas məqsədi küləkli hava şəraitində açıq iş yerlərində işin dayandırılmasını, həmçinin müasir yükqaldırıcı qurğuların texniki imkanları və küləyə davamlılıq göstəriciləri nəzərə alınmaqla küləkli hava şəraitində təhlükəsiz və səmərəli istismarını tənzimləməkdir.

İclasda komitənin ötən sessiyada görülmüş işlər barədə hesabatı məqbul hesab olunub, payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib və gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafının gücləndirilməsinə xüsusi diqqət yetirilib

18:09
14 Sentyabr

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

17:51
14 Sentyabr

Mahmut Erol Kılıç: Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlər bəşəriyyəti dostluğa və həmrəyliyə dəvət ediblər

17:33
14 Sentyabr

Havanın çirklənməsi pnevmoniya, sepsis və meningit riskini artıra bilər - Araşdırma

17:26
14 Sentyabr

Nuriddin Xoliknazar: Seyid Yəhya Bakuvinin təlimində mənəvi saflaşma və yüksək əxlaq əsas yer tutur

17:25
14 Sentyabr

Safi Arpaquş: İslam irsinin yeni nəsillərə ötürülməsi onların tarix və sivilizasiya ilə bağlarını gücləndirəcək

17:24
14 Sentyabr

Bu ilin 8 ayında qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin dəyəri məlum olub

17:23
14 Sentyabr

Mərkəzi Bank BMT-nin İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna üzv qəbul olunub

17:09
14 Sentyabr

Məhəmməd Əbdülsalam: Prezident İlham Əliyevin İslam alimlərinin irsinin yaşadılmasına göstərdiyi böyük diqqət məni heyran etdi

17:01
14 Sentyabr

Sosial təminat xidmətlərinin transformasiyasına dair beynəlxalq vebinar olub

16:47
14 Sentyabr

Bu ilin 8 ayında Türkiyədən Azərbaycana ixracın həcmi 1,5 milyard dolları ötüb

16:43
14 Sentyabr

Sertifikatlaşdırmanın ikinci mərhələsində yeni qiymətləndirmə çərçivələri tətbiq olunacaq

16:39
14 Sentyabr

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı 8 ayın yekununa dair məlumat açıqlanıb

16:31
14 Sentyabr

Qarabağ Universitetinə 49 ixtisas üzrə 1235 tələbə qəbul olunub

16:28
14 Sentyabr

Bu il ali məktəblərə qəbul olunan abituriyentlərin sayı açıqlanıb

16:18
14 Sentyabr

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:10
14 Sentyabr

Bu il 356 mindən çox məzun attestat və diplomunu elektron formada alıb

16:06
14 Sentyabr

Türkiyənin XİN rəhbəri Azərbaycana səfər edəcək

16:04
14 Sentyabr

QMİ-nin sədri: Azərbaycan sivilizasiyalar, mədəniyyətlərarası dialoq və əməkdaşlıq platformaları ilə dünyanın gündəmindədir

16:03
14 Sentyabr

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının XI hesabat konfransı keçirilib

15:53
14 Sentyabr

Allahşükür Paşazadə: Seyyid Yəhya Bakuvinin fəlsəfi görüşləri milyonlarla insana təsir göstərib

15:47
14 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!