28 Noyabr 2025 19:09
450
CƏMİYYƏT
A- A+
Milli Məclisin Əmək və sosial siyasət komitəsi 2026-cı ilin sosial büdcə paketi layihələrini müzakirə edib  

Milli Məclisin Əmək və sosial siyasət komitəsi 2026-cı ilin sosial büdcə paketi layihələrini müzakirə edib  

Noyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitənin sədri Musa Quliyev iclasda 2026-cı ilin büdcə zərfinə daxil olan 5 məsələnin – “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında”, habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını deyib və həmin sənədləri təqdim edib.

O, 2026-cı ilin dövlət büdcəsinin sosialyönümlü olduğunu, büdcə zərfinə daxil olan Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələrinin pozitiv formalaşdığını və hər iki büdcədə artımların nəzərdə tutulduğunu deyib.

Komitə sədri DSMF-nin gəlirlərində 9,3 faiz, xərclərində isə 10,5 faiz artımın proqnozlaşdırıldığını qeyd edib. Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6 faizinin əhaliyə ödənişlərin təşkil edəcəyini, əmək pensiyalarının orta məbləğinin 590 manata, yaşa görə pensiyanın orta aylıq məbləğinin 629 manata çatdırılacağını bildirib.

Musa Quliyev İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün gəlir və xərclərinin 266,4 milyon manat nəzərdə tutulduğunu diqqətə çatdırıb. Fondun xərclərinin 13 istiqaməti əhatə edəcəyini deyib. Bunların arasında 3 mühüm istiqamət – işsizliyə görə sığorta ödənişləri, özünüməşğulluq tədbirlərinin həyata keçirilməsinin maliyyələşdirilməsi, peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi üçün müvafiq vəsaitin yönələcəyini söyləyib.

Komitə sədri, habelə 2026-cı il üçün nəzərdə tutulan yaşayış minimumu və ehtiyac meyarı barədə məlumat verib. Növbəti il üçün yaşayış minimumunun ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddinin 300 manat məbləğində müəyyən edildiyini deyib.

Gündəliyin sonuncu məsələsini təqdim edən Musa Quliyev qanun layihəsində komitəyə aid olan “Sosial sığorta haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlara təklif olunan dəyişikliklərdən söhbət açıb. O, bu dəyişikliklərin vergi və sosial sığorta təminatında güzəştli diferensial yanaşmanın tətbiqi ilə bağlı olduğunu bildirib.

Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxış edərək gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayıb. O, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 8 milyard 322 milyon manat, xərclərinin 8 milyard 483 milyon manat proqnozlaşdırıldığını, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 238,3 milyon manat, xərclərinin 266,4 milyon manat nəzərdə tutulduğunu söyləyib. Əhalinin sosial müdafiəsinin təmin edilməsi, aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün kifayət qədər vəsaitin ayrıldığını bildirib.

Nazir, habelə hər iki fondun büdcələrinin birinci oxunuşda komitə və plenar iclaslarda müzakirələri zamanı deputatların səsləndirdiyi fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirib.

İclasda maliyyə nazirinin müavini Himalay Məmişov Vergi Məcəlləsinə edilən dəyişikliklərin mahiyyətini açıqlayıb, bu məsələ ilə bağlı səsləndirilən sualları cavablandırıb.

İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta haqlarının uçotu şöbəsinin müdiri Səməd Səmədov təqdim olunan məsələlərə dair təmsil etdiyi qurumun mövqeyini nəzərə çatdırıb.

Müzakirələrin yekununda qanun layihələrinin hamısı ikinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub YENİLƏNƏCƏK  

15:48
13 Yanvar

Türkiyəli ekspert: Yaşıl enerji dəhlizləri Azərbaycanı və Türkiyəni Avropa ilə birləşdirən strateji güc xəttinə çevirir  

15:41
13 Yanvar

Azərbaycan Vyanada “Türk həftəsi”nin açılışında təmsil olunub  

15:32
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB  

15:28
13 Yanvar

Ağdərənin Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq YENİLƏNƏCƏK  

15:24
13 Yanvar

Azərbaycanın «yaşıl» enerji gündəliyi qlobal səviyyədə təqdir olunur

15:24
13 Yanvar

“ADEX 2026”: Müdafiə sənayesində yeni məhsul və texnologiyalar Bakıda sərgilənəcək  

15:13
13 Yanvar

“Əmək və Məşğulluq” altsistemində “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib

15:11
13 Yanvar

Türkiyənin nəqliyyat naziri: Zəngəzur dəhlizi 2030-cu ilədək istismara buraxıla bilər  

15:02
13 Yanvar

Ukrayna Prezidenti: Kiyev vilayətində yüz minlərlə ailənin elektrik enerjisi təchizatı kəsilib

14:51
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunda “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib YENİLƏNİB  

14:39
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub YENİLƏNƏCƏK  

14:28
13 Yanvar

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları fevralın 24-dək qəbul edilə bilər  

14:19
13 Yanvar

Ekspert: Azərbaycan həm öz, həm də tranzit məhsulları Avropaya daşıyaraq Orta Dəhlizdə əsas rol oynayacaq  

14:12
13 Yanvar

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə yanvar ayının pensiyaları ödənilib

14:11
13 Yanvar

Azərbaycanda sabah sulu qar və qar yağacaq, güclü külək əsəcək, bəzi yerlərdə duman müşahidə ediləcək  

14:09
13 Yanvar

ADSEA su qıtlığı riskinə qarşı hansı təcili tədbirləri görür?  

14:01
13 Yanvar

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb  

13:57
13 Yanvar

Vaşinqton Tehrana qarşı yeni sanksiyaları nəzərdən keçirir  

13:54
13 Yanvar

Senator: Qrenlandiyanın ilhaqı NATO-nun sonu olacaq  

13:51
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB  

13:47
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!