14 May 2024 23:54
1200
PARLAMENT
A- A+

Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyətində Qapalı Maraş şəhərində olublar  

 

Azərbaycanın Milli Məclisinin deputatları Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfəri çərçivəsində mayın 14-də Qazimaqus rayonunun Qapalı Maraş şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, BMT-nin tələbi ilə on illərdir ziyarət üçün qapalı olan şəhərə səfər zamanı Azərbaycan parlamentarilərini ŞKTC parlamentinin sədri Zorlu Töre müşayiət edib.

Qapalı Maraş şəhəri 46 il ərzində hərbi zona olub, yaşayış məntəqəsinə qəbul yalnız xüsusi icazə əsasında mümkün olub.

Qonaqlara, bir hissəsi 2020-ci ildə ŞKTC səlahiyyətlilərinin qərarı ilə turistlər üçün açılan şəhərin tarixi barədə məlumat verilib.

Xalq arasında "Ruhlar şəhəri" kimi adlandırılan yaşayış məntəqəsi bu gün ŞKTC sakinləri və qonaqları üçün tez-tez ziyarət olunan yerlərdən biridir.

Deputatlar 2021-ci ildə bərpadan sonra istifadəyə verilən tarixi Bilal Ağa məscidində olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video