21 Yanvar 2026 17:18
569
SİYASƏT
A- A+
Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib  

Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib  


Yanvarın 21-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Səməd Seyidov iclasın gündəliyinə 4 məsələnin – payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırıb.

Gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl dünyada baş verən mürəkkəb geosiyasi prosesləri dəyərləndirən Səməd Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Davos Ümumdünya İqtisadi Forumunda beynəlxalq və regional təhlükəsizlik, qlobal nizam məsələlərinə dair səsləndirdiyi mühüm fikirlərdən bəhs edib, bu yanaşmaların mövcud geosiyasi reallıqlar baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycanın regionda və beynəlxalq müstəvidə artan nüfuzunu qeyd edən komitə sədri ölkəmizin Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunmasını mühüm və əlamətdar hadisə adlandırıb.

Sonra gündəliyə daxil olan məsələlər - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabat və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edilib.

Komitə sədri qeyd edib ki, ötən sessiya dövründə komitənin 10 iclası keçirilib, ümumilikdə 33 məsələyə baxılıb və 31 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Bildirilib ki, payız sessiyası ərzində komitə üzvləri vətəndaş qəbulları təşkil edərək seçicilərlə çoxsaylı görüşlər keçirib, onların qaldırdığı məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görüblər. Həmçinin qeyd olunub ki, hesabat dövründə deputatların xarici ölkələrə səfərləri, beynəlxalq tədbirlərdə iştirakı, eləcə də xarici nümayəndə heyətləri ilə çoxsaylı görüşləri baş tutub.

Komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verən komitə sədri bildirib ki, bu sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan yeni qanun layihələrinin müzakirəsi, eləcə də mövcud qanunlara dəyişikliklərin edilməsi barədə qanunvericilik aktlarına baxılması nəzərdə tutulur.

Daha sonra iclasda gündəlikdəki qanun layihələrinin müzakirəsi keçirilib.

Səməd Seyidov gündəliyin ikinci və üçüncü məsələləri olan “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə və “Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələrini təqdim edib. Bildirilib ki, bu sənədlər ölkəmizin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olmaqla yanaşı, gömrük işi sahəsində əməkdaşlığın genişləndirilməsinə və əməyin mühafizəsi sahəsində beynəlxalq standartların tətbiqinə töhfə verəcək.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı deputatlar çıxış ediblər, öz təklif və qeydlərini səsləndiriblər.

Tədbirdə komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün nəzərdə tutulan iş planının layihəsi təsdiqlənib və qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:40
03 Aprel

Antonio Quterreş Yaxın Şərqdə müharibənin daha da genişlənəcəyi barədə xəbərdarlıq edib  

10:34
03 Aprel

Dünya birjalarında neft bahalaşması davam edir

10:31
03 Aprel

Rusiyada sərnişin qatarı relsdən çıxıb, 7 nəfər xəsarət alıb

10:25
03 Aprel

Nazir Məcnun Məmmədov Naxçıvanda təsərrüfatlara baş çəkib, su obyektlərinin vəziyyəti ilə tanış olub  

10:24
03 Aprel

Azərbaycan nefti 141 dollardan baha satılır

09:57
03 Aprel

Tramp yenidən İranı körpülərə və elektrik stansiyalarına zərbələr endirməklə hədələyib  

09:42
03 Aprel

Tramp administrasiyasından daha çox məmur ayrıla bilər

09:41
03 Aprel

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

09:32
03 Aprel

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

İranda Kərəc körpüsü ikinci dəfə hədəf alınıb, 8 nəfər ölüb

08:45
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!