24 Avqust 2024 10:25
526
SİYASƏT
A- A+

Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb  

 

Sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlayıb.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədr və katiblərinin iştirakı ilə açıq və şəffaf reallaşan prosesi beynəlxalq və xarici təşkilatların, seçki müşahidə missiyalarının, media mənsublarının və maraqlı subyektlərin yaxından izləmələri üçün hərtərəfli imkan yaradılıb.

Media nümayəndələrinin geniş və operativ işıqlandırdığı proseslə tanışlıq zamanı seçki bülletenlərinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili barədə ətraflı məlumat verilib, eyni zamanda, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd etmək lazımdır ki, seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması üç gün davam edəcək və avqustun 26-da başa çatacaq. Bülletenlərin ilk gün – avqustun 24-də Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, o cümlədən ucqar rayonları əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 40 seçki dairəsinə, növbəti iki gün ərzində isə respublikanın bütün digər seçki dairələrinə qanunvericiliyin tələblərinə uyğun qaydada təhvil verilməsi və prosesə yekun vurulması nəzərdə tutulur.

Yüksək təhlükəsizlik şəraitində hazırlanan və qorunan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

Xatırladaq ki, Milli Məclisə seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, avqustun 15-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 6 milyon 516 min 567 seçki bülleteni çap olunub.

Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təhvil veriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video