18 Aprel 2024 20:14
1285
PARLAMENT
A- A+

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib YENİLƏNİB

 

Aprelin 18-də Milli Məclisdə "Yeni Kaledoniya: tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusuna həsr edilmiş elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru - Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc konfransda aparılacaq müzakirələrin əhəmiyyətindən söz açıb. Son illər ölkəmizin müasir müstəmləkəçilik əleyhinə hərəkatın önündə getdiyini təqdirlə vurğulayan komitə sədri Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsindən sonra Fransanın ölkəmizə qarşı aşkar ədalətsiz mövqe tutmasının onun müxtəlif diplomatik-siyasi pərdələrlə örtülən çirkin imperialist siyasətini ifşa etdiyini bildirib. Ölkəmiz əleyhinə kampaniya aparan rəsmi Parisin Cənubi Qafqazda hər bir vəchlə yerləşmək cəhdləri, Ermənistandan alət kimi faydalanmaq planı onun müstəmləkə siyasətinin mahiyyətindən irəli gəlir. Lakin Prezident İlham Əliyev neoimperial siyasətlərə qarşı əzmlə və qətiyyətlə dayanıb. Bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupu dövlətimizin siyasi iradəsinin nümayişidir.

Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naisselin hazırda Yeni Kaledoniya adasını öz müstəmləkəsi kimi idarə edən Fransanın yerli kanak xalqına qarşı yürütdüyü imperialist siyasətindən, hüquqlarının pozulmasından söz açıb, onların azadlıq mübarizəsindən və bu mübarizədə üzləşdiyi çətinliklərdən bəhs edib. O bildirib ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır.

Omayra Naisselin Yeni Kaledoniyanın apardığı azadlıq mübarizəsinə verdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib. O deyib ki, parlamentlərimiz arasında bağlanan əməkdaşlıq memorandumu Yeni Kaledoniyaya bir çox sahələrdə yeni qapılar açacaq.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Qarabağ zəfərinin müasir dünyaya xalqların rifahının və hüquqlarının təmin edilməsinin daha bir nümunəsini göstərdiyini bildirib. Vurğulayıb ki, Fransanın Azərbaycana qarşı ədalətsiz mövqeyi, öz imperialist siyasəti ilə Yeni Kaledoniya kimi dövlətləri əsarətdə saxlaması demokratiya prinsiplərinə və insan hüquqlarının aliliyinə ziddir.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov isə Azərbaycanın beynəlxalq arenada dekolonizasiya prosesini təşviq etməsindən, müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı mübarizəsini dəstəkləməsindən danışıb, Qrupun fəaliyyəti, kolonializmlə mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Digər çıxış edənlər Fransanın yeni müstəmləkəçilik siyasəti, xalqları əsarətdə saxlaması, onların təbii sərvətlərini talan etməsi və digər məsələlər barədə fikirlərini bildiriblər.

Yeni Kaledoniya parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi onların ədalət və azadlıq uğrunda apardıqları haqlı mübarizədə göstərdiyi ardıcıl dəstəyə və konfransın ölkəmizdə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video