10 Dekabr 2021 21:00
1086
PARLAMENT
A- A+
Milli Məclisdə “Turizm haqqında” yeni qanun layihəsi müzakirə olunub

Milli Məclisdə “Turizm haqqında” yeni qanun layihəsi müzakirə olunub

 

Dekabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyə birinci oxunuşda “Turizm haqqında” və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin daxil edildiyini bildirib.

Komitə sədri turizmlə bağlı qanunun 1999-cu ildə qəbulundan keçən dövr ərzində turizm sahəsindəki inkişafın, dəyişikliklərin və yeni çağırışların mövcud qanunvericiliyin təkmilləşdirilməsi zərurətini doğurduğunu vurğulayıb. Bu kontekstdə komitələrin birgə iclasına çıxarılan “Turizm haqqında” yeni qanun layihəsi də müasir dövrün çağırışlarına uyğun Azərbaycanın turizm əlaqələrinin genişləndirilməsi, qeyri-neft sektorunun 4 əsas istiqamətindən biri olaraq turizm sənayesinin inkişafının təmin edilməsi, bu sahədə yaranan yeni münasibətlərin daha təkmil hüquqi bazada tənzimlənməsi məqsədilə hazırlanıb. Turizmin spesifik xüsusiyyətlərini qeyd edən Musa Quliyev sahə ilə bağlı statistik göstəriciləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra qanun layihələrini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Turizm haqqında” qanun layihəsinin məqsəd və vəzifələri, ümumi konsepsiyası haqqında danışıb. Adil Vəliyev vurğulayıb ki, sənəd bütövlükdə, turizm sənayesi subyektləri üzərində ağır öhdəliklər yaratmadan turizm bazarının tənzimlənməsinə, turizm sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, ölkənin turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və turist məmnunluğunun təmin edilməsinə istiqamətlənib. 5 fəsil, 22 maddədən ibarət layihədə əsas anlayışların mənaları verilib, turizmin forma və növləri, bu sahədə qanunvericiliyin çərçivəsi öz əksini tapıb, turizm sahəsində dövlət siyasətinin əsas istiqamətlərinə, vəzifələrinə aydınlıq gətirilib. Şöbə müdiri bildirib ki, layihədə dövlətin üzərinə turizm sahəsində əlverişli investisiya mühiti yaratmaq, sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını genişləndirmək və rəqabətin məhdudlaşdırılmasının qarşısını almaq, turizm sənayesi subyektlərinin və turistlərin hüquqlarını, qanuni maraqlarını qorumaq kimi bir sıra öhdəliklər qoyulub. Layihədə turizmin xidmət keyfiyyətinin yüksəldilməsi, turizm iştirakçıları, onların etik davranış qaydaları, reyestrdə qeydiyyatı, hüquq və vəzifələri, təhlükəsizliyi, turizm vizalarının verilməsi kimi mütərəqqi yeniliklər təsbit edilib, turizm sahəsinin maliyyə mənbələri açıqlanıb.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə də məlumat verən Adil Vəliyev bildirib ki, “Turizm haqqında” qanunun qəbulu ilə əlaqədar məcəlləyə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı sanksiya və cərimələr əlavə olunub.

İclasda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda turizmin inkişafına Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı sayəsində əldə olunan uğurları qeyd edərək postpandemiya dövründə turizmin əvvəlki inkişaf tempinə tezliklə geri qayıdacağına və davamlı inkişaf mərhələsinə qədəm qoyacağına inamını bildirib. Müzakirə olunan yeni qanun layihəsinin əsas məqsədinin bütövlükdə ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək, beynəlxalq turizm bazarında Azərbaycanın etibarlı və cəlbedici imicini formalaşdırmaq və rəqabət qabiliyyətini artırmaq olduğunu qeyd edib. Fuad Nağıyev qanun layihəsində bir çox məqamların turizm sənayesinin fəaliyyətini stimullaşdırmaq və asanlaşdırmaq məqsədli olduğunu vurğulayıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili turizmin dünya və Azərbaycan iqtisadiyyatında tutduğu rolundan, onun məşğulluğun təmin olunmasında, qeyri-neft sektorunun inkişafındakı potensialından danışıb, işğaldan azad edilmiş ərazilərin turizm perspektivlərindən bəhs edib.

İclasda komitə sədrlərinin müavinləri Məlahət İbrahimqızı və Əli Məsimli, deputatlar Vahid Əhmədov, Soltan Məmmədov, Mahir Abbaszadə, Rauf Əliyev, İqbal Məmmədov, Məzahir Əfəndiyev, Sevinc Hüseynova, Arzu Nağıyev, Məşhur Məmmədov, Rüfət Quliyev, Əziz Ələkbərov, həmçinin QHT rəhbərləri çıxış ediblər.

Çıxışlarda Azərbaycanda turizmin keçdiyi yol və uğurlar qeyd olunub, turizm sahəsinin komponentləri qarşılıqlı əlaqədə işləyən bir iqtisadi istiqamət kimi dəyərləndirilib. Çıxışçılar qanun layihəsinin hazırlanmasında istinad edilən beynəlxalq təcrübə, işğaldan azad edilmiş ərazilərin turizm potensialı ilə bağlı məqamlarla maraqlanıblar, ümumilikdə turizmin inkişafı ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və agentliyin Aparat rəhbəri Kənan Qasımov qaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırıblar.

İclasın yekununda deputatlar “Turizm haqqında” qanun layihəsini və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

Komitələrin birgə iclasında deputatlar Aqil Məmmədov, Elnur Allahverdiyev, Anar Məmmədov, Ağalar Vəliyev, Kamal Cəfərov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

23:36
08 İyun

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb  

23:24
08 İyun

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir 

18:34
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!