02 Dekabr 2024 23:44
83
SİYASƏT
A- A+
Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirilib  

Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirilib  

Dekabrın 2-də parlamentdə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Baş Prokurorluğun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, AMEA-nın, Auditorlar Palatasının, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələri, Qərbi Azərbaycan İcmasının üzvləri, ziyalılar, hüquqşünaslar, tarixçilər, sahə mütəxəssisləri, media orqanlarının rəhbərləri, təhsil ocaqlarının, dövlət qurumlarının, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak ediblər.

Dinləməni giriş sözü ilə açan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri və Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərov deyib ki, ötən dövrdə parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif komitələr tərəfindən beş dəfə ictimai dinləmə keçirilib. O bildirib ki, 1989-cu ildə yaradılan və Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımızın sosial və məskunlaşma problemləri ilə məşğul olan Azərbaycan Qaçqınlar Cəmiyyəti, Prezident İlham Əliyevin tövsiyəsi ilə 2022-ci ildə Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkil edilib. Bu addım, tarixi torpaqlarımız uğrunda mübarizəyə yeni təkan verərək, soydaşlarımızın dinc və təhlükəsiz qayıdışı üçün siyasi əsaslar yaradan "Qayıdış Konsepsiyası"nın hazırlanmasına zəmin yaradıb. Bütün bunlar, doğma torpaqlarına qayıdışa sarsılmaz inam yaradaraq, Qərbi Azərbaycana Qayıdış ideyasını ümummilli hədəfə çevirib və onu beynəlxalq müstəviyə daşımağa nail olub. Prezident İlham Əliyevin liderliyi sayəsində İcmanın hazırladığı sənədlər qısa müddətdə beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də rəsmi sənədlər kimi təqdim edilib. Qurumun bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı, UNESCO ilə əməkdaşlığı genişlənib. 2024-cü ildə Qambiyada keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə 57 dövlətin yekun sənədində, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə olunması və Ermənistanın müsəlman irsinə qarşı törətdiyi vandalizmin qınanması Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilib.

Əziz Ələkbərov vurğulayıb ki, Qərbi Azərbaycan İcması bölgə həqiqətlərinin beynəlxalq müstəviyə çıxarılması və qaçqın soydaşlarımızın qayıdış hüququnun beynəlxalq miqyasda tanınması istiqamətində fəaliyyətini genişləndirməkdə qərarlıdır.

Diqqətə çatdırılıb ki, İcma VII çağırış Azərbaycan parlamentinin formalaşmasından dərhal sonra Milli Məclisin sədrinə müraciət edərək, parlamentdə Qərbi Azərbaycana qayıdış məsələsi üzrə qurumun yaradılması təklifini irəli sürüb. Parlamentin spikeri Sahibə Qafarovanın sərəncamı ilə 13 nəfərdən ibarət Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradıldığını bildirən İcma sədri, bu Qrupun Azərbaycanın ümumdövlət və ümummillət maraqları, eləcə də tarixi ədalətin bərpası naminə var gücü ilə çalışacağını qeyd edib.

Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri Ramid Namazov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, deputatlar Azay Quliyev, Kamal Cəfərov, Ramil Həsən, Tənzilə Rüstəmxanlı, Rizvan Nəbiyev, Aydın Mirzəzadə, Səyyad Salahlı, Qaya Məmmədov və Məlahət İbrahimqızı çıxış edərək, son illər Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən dinləmələrin əhəmiyyətini qeyd ediblər, bunun ölkənin milli maraqları və tarixi ədalətin bərpası baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayıblar.

Qərbi Azərbaycan İcmasının fəaliyyətinə toxunan deputatlar bildiriblər ki, qurumun son iki ildə ciddi və fundamental xarakter daşıyan sistemli işləri bu sahədə mühüm nəticələr əldə olunmasına və Qərbi Azərbaycana qayıdış məsələsinin beynəlxalq müstəvidə daha geniş şəkildə işıqlandırılmasına töhfə verib. Bu məsələnin parlament diplomatiyası vasitəsilə dünya ictimaiyyəti tərəfindən daha dərindən anlaşılması və dəstəklənməsi barədə fikirlərini bölüşən deputatlar vurğulayıblar ki, bu proses Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi və tarixi ədalətin bərpası baxımından çox vacibdir.

İclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov “Deportasiyaya məruz qalmış Qərbi azərbaycanlılarla bağlı statistik məlumatlar”, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Samir Becanov “Beynəlxalq praktikada qaçqınların geri qayıdışının təmini”, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Qərbi Azərbaycanda maddi-mədəni irsimiz”, Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov “Qərbi Azərbaycanda azərbaycanlılara qarşı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi” və AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov “Qərbi Azərbaycan tarixinin öyrənilməsi və araşdırılması” mövzularında məruzələrlə çıxış ediblər. Tədbirdə, həmçinin Avrasiya Universitetinin professoru Firudin Cəlilov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru Zahid Cəfərov çıxış edərək, soydaşlarımızın Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışının təmin edilməsinin hüquqi aspektləri barədə qeyd və təkliflərini irəli sürüblər.

Tədbirə yekun vuran Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərov iştirakçılara təşəkkürünü bildirib, Azərbaycan xalqının tarixi yaddaşının, Vətən sevgisinin güclü olduğunu vurğulayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının təmin olunacağına inamını ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:40
03 Dekabr

"Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:40
03 Dekabr

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:39
03 Dekabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 

00:38
03 Dekabr

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 26 noyabr və 27 noyabr tarixli iclas protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:33
03 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:32
03 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:32
03 Dekabr

Günel Bədəlova: “Yalnız qızıl medal gözləyirdik”

23:55
02 Dekabr

Filippo: Kaya Kallas oliqarxlar naminə avropalıların “qanını tökməyə” hazırdır  

23:54
02 Dekabr

Media: Fransa hökumətinin devrilməsi Makronun istefası məsələsini gündəmə gətirəcək  

23:52
02 Dekabr

İrakli Kobaxidze: Ölkə müxalifəti ilə heç bir danışıq aparılmayacaq  

23:51
02 Dekabr

İslam dünyasının “Gənclər Paytaxtı” olan Şuşa şəhəri yenidən gəncləri bir araya gətirib  

23:49
02 Dekabr

Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirilib  

23:44
02 Dekabr

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub 

23:41
02 Dekabr

Azərbaycan nümayəndə heyəti İstanbulda Dünya Halal Sammitində iştirak edib  

23:36
02 Dekabr

Mikayıl Cabbarov: COP29-u Azərbaycanda keçirməyimiz, qlobal ətraf mühit təşəbbüslərinin önündə olmaq üçün göstərdiyimiz səyləri bir daha nümayiş etdirir  

23:28
02 Dekabr

Ceyhun Bayramov və Gürcüstanın keçmiş xarici işlər naziri arasında telefon danışığı baş tutub  

23:27
02 Dekabr

Ceyhun Bayramov Gürcüstanın yeni təyin edilmiş xarici işlər naziri ilə telefonla danışıb  

23:14
02 Dekabr

Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib 

23:12
02 Dekabr

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemlərinə dair araşdırmalar aparılıb  

23:09
02 Dekabr

Azərbaycanın və Gürcüstanın XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri aparılıb  

23:08
02 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!