02 Dekabr 2024 23:41
97
SİYASƏT
A- A+
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub 

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub 

Dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı - müstəqilliyin 53-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.

Ölkəsinin yaranmasının tarixi əhəmiyyətindən danışan BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib: "BƏƏ beynəlxalq əməkdaşlığın vacibliyinə inanır və həmişə hamıya fayda verən strateji tərəfdaşlıqlar qurmağa çalışır. Bu gün biz qardaş və dost ölkələrlə ikitərəfli münasibətləri gücləndirmək, sülh, sabitlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq səyləri dəstəkləmək öhdəliyimizi təzələyirik.

BƏƏ inanır ki, regional təhlükəsizliyin gələcəyi güclü çoxtərəfli tərəfdaşlıqdan və sülhpərvər siyasi və iqtisadi vasitələrlə sabitliyə və firavanlığa nail olmaq üçün ortaq öhdəlikdən asılıdır. Birgəyaşayış BƏƏ cəmiyyətinin təməl sütunudur. Ölkə 200-dən çox milləti harmoniya içində əhatə edib. Müxtəlif mədəniyyətlər təhlükəsiz və firavan bir mühitdə birlikdə yaşayırlar".

Səfir, həmçinin Azərbaycan hökumətinə COP29 tədbirinə uğurla ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərini çatdırıb. Vurğulayıb ki, bu tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, eləcə də BƏƏ-dən 22 nümayəndə heyəti iştirak edib.

O, bu tarixi gündə BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksəksəviyyəli ikitərəfli münasibətləri təqdir edib: "Hər iki dövlət liderlərinin qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ və Azərbaycandan turist və ziyarətçilərin sayının artması, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir. Cari ilin 7 ayı ərzində BƏƏ-dən Azərbaycana gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artıb. 2023-cü ildə iki ölkə arasında qeyri-neft idxal, ixrac və təkrar ixrac da daxil olmaqla ikitərəfli ticarətin ümumi həcmi 1 milyard 641 milyon ABŞ dolları, bu ilin 10 ayı ərzində isə ikitərəfli ticarətin həcmi 80 milyon dolları ötüb".

Daha sonra çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlər dövlət başçılarımızın siyasi iradəsi və səmimi dostluğu sayəsində yüksələn xətt üzrə inkişaf edir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir.

"Diqqətinizə çatdırmaq istərdim ki, iki ölkə arasında "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" üzrə fəal danışıqlar aparılır. Bu sənədin imzalanması iqtisadi və ticarət əlaqələrimizin inkişafına əhəmiyyətli töhfə verəcək, xüsusilə ticarətin liberallaşdırılması, sərmayə axınlarının intensivləşməsi, həmçinin mal və xidmətlər üçün bazara çıxış imkanlarının artırılması yolu ilə əməkdaşlığı daha da dərinləşdirəcək", - deyə M.Cabbarov vurğulayıb.

Nazir əlavə edib ki, dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət veririk, məqsədimiz birgə fəaliyyətimizi daha da şaxələndirməkdir. İqtisadi əməkdaşlığımızı, xüsusən qarşılıqlı hədəflərimizə mühüm töhfə verə biləcək davamlı inkişaf və enerji təhlükəsizliyi sahələrində işbirliyini daha da genişləndirmək üçün böyük potensial mövcuddur.

2023-cü ildə Dubayda keçirilən COP28-dən sonra, bu il COP29-u Azərbaycanda keçirməyimiz, qlobal ətraf mühit təşəbbüslərinin önündə olmaq üçün göstərdiyimiz səyləri bir daha nümayiş etdirir.

"Tarixi torpaqlarımızın işğaldan azad edilməsi regional əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açıb. Azərbaycan hökuməti bu əraziləri bərpa edərək, regionu sülh və əməkdaşlıq mərkəzinə çevirməyi hədəfləyir. Ətraf mühitin qorunması bərpa və yenidənqurma işlərində əsas prioritet olaraq qalır", - deyə nazir sonda vurğulayıb.

Tədbir ziyafətlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:40
03 Dekabr

"Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:40
03 Dekabr

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:39
03 Dekabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 

00:38
03 Dekabr

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 26 noyabr və 27 noyabr tarixli iclas protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:33
03 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:32
03 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:32
03 Dekabr

Günel Bədəlova: “Yalnız qızıl medal gözləyirdik”

23:55
02 Dekabr

Filippo: Kaya Kallas oliqarxlar naminə avropalıların “qanını tökməyə” hazırdır  

23:54
02 Dekabr

Media: Fransa hökumətinin devrilməsi Makronun istefası məsələsini gündəmə gətirəcək  

23:52
02 Dekabr

İrakli Kobaxidze: Ölkə müxalifəti ilə heç bir danışıq aparılmayacaq  

23:51
02 Dekabr

İslam dünyasının “Gənclər Paytaxtı” olan Şuşa şəhəri yenidən gəncləri bir araya gətirib  

23:49
02 Dekabr

Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirilib  

23:44
02 Dekabr

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub 

23:41
02 Dekabr

Azərbaycan nümayəndə heyəti İstanbulda Dünya Halal Sammitində iştirak edib  

23:36
02 Dekabr

Mikayıl Cabbarov: COP29-u Azərbaycanda keçirməyimiz, qlobal ətraf mühit təşəbbüslərinin önündə olmaq üçün göstərdiyimiz səyləri bir daha nümayiş etdirir  

23:28
02 Dekabr

Ceyhun Bayramov və Gürcüstanın keçmiş xarici işlər naziri arasında telefon danışığı baş tutub  

23:27
02 Dekabr

Ceyhun Bayramov Gürcüstanın yeni təyin edilmiş xarici işlər naziri ilə telefonla danışıb  

23:14
02 Dekabr

Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib 

23:12
02 Dekabr

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemlərinə dair araşdırmalar aparılıb  

23:09
02 Dekabr

Azərbaycanın və Gürcüstanın XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri aparılıb  

23:08
02 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!