22 İyul 2025 14:31
531
SİYASƏT
A- A+
“Milli maraqlar hər zaman Azərbaycan mətbuatı üçün prioritet olub”  

“Milli maraqlar hər zaman Azərbaycan mətbuatı üçün prioritet olub”  

150 il əvvəl Azərbaycan xalqı müsəlman Şərqində demokratik qəzet yaratmağa nail oldu. 1875-ci il iyulun 22-də “Əkinçi” ilə fəaliyyətə başlayan Azərbaycan milli mətbuatı xalqımızın milli şüurunun formalaşmasında, mili-mənəvi dəyərlərimizin qorunmasında başlıca rol oynayıb. 

Müstəqillik dövründə isə Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Azərbaycan jurnalistikası daha da inkişaf edərək,  cəmiyyətdə çox müsbət rol oynamağa başladı. Milli mətbuatımız bu illər ərzində öz nüfuzunu və peşəkarlığını daha da artırıb. İnformasiya cəbhəsində Azərbaycanın mövqeyi ilbəil möhkəmlənir. 

44 günlük Vətən müharibəsində isə Azərbaycan mediası tam fərqli przimadan öz əzmini göstərdi. Media üçün də yeni öhdəliklər müəyyənləşmişdi və Azərbaycan mediası informasiya müharibəsində də öz üstünlüyünü qorudu. Düşmənin təxribatlarının qarşısı yüksək peşəkarlıqla alındı. 44 günlük Vətən Müharibəsində Azərbaycan həm də informasiya cəbhəsində xüsusi fəallıq nümayiş etdirdi. Erməni tərəfi dezinformasiya siyasətini davam etdirirdi. Bununla belə, dünya Qarabağda baş verənlərlə bağlı ən operativ, dəqiq məlumatları Azərbaycandan alır, əsl həqiqət dünyaya bəyan olunurdu. Bu mənada Böyük Qələbəmizdə medianın rolunu xüsusi qeyd etməliyik. Bu gün dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur.  Bu mənada döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə bitməyib və görünən odur ki, davam edəcək.

Bu gün süni intellekt dövründə, ən təhlükəli tendensiyalardan biri kibertəhlükəsizlik və rəqəmsal hücumlar dövründə mətbuatın da qarşısında yeni öhdəliklər dayanır. Texnologiyanın inkişafı ilə informasiya yayımı daha riskli hala gəlib. Bu səbəbdən media savadlılığının artırılması zərurətə çevrilib. Mövcud çağırışlara qarşı effektiv mübarizə üsulları sınaqdan keçirilir.

Təsadüfi deyil ki, bu günlərdə Xankəndidə keçirilən 3-cü Şuşa Qlobal Media Forumu da müasir dövrün reallıqları fonunda medianın rolunu, priroritetlərini gündəmə gətirdi. Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri  prinsipiallıq, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə dövlətçilik maraqlarını uca tutmaq, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməkdir. Təəssüf ki, bəzi hallarda qərəzli dairələrin medianı təsir altına salmaq, dövlətə və cəmiyyətə qarşı istifadə etmək cəhdlərinin şahidi oluruq. Milli maraqları gözardı edərək qərəzli dairələrin maşasına çevrilən milli satqınların, ünsürlərin təbii ki, Azərbaycan mətbuatına aidiyyattı yoxdur. Azərbaycanın milli mətbuatı hər zaman sınaqlardan sınaqlardan üzüağ çıxıb. Milli maraqlar hər zaman Azərbaycan mətbuatı üçün prioritet olub.

Prezident İlham Əliyevin də söylədiyi kimi, “biz vahid siyasət aparırıq. Dövlət və media milli maraqları müdafiə edir. Ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz”.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiya silah ixracı qaydalarını yumşaldıb  

18:42
21 Aprel

Dövlət Su Ehtiyatları Agentliyi Kür və bəzi dağ çaylarında son vəziyyəti açıqlayıb

18:31
21 Aprel

Asiya İnkişaf Bankı Azərbaycanda ticarət və “Yaşıl inkişaf “ layihəsini nəzərdən keçirir

18:31
21 Aprel

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib  

18:30
21 Aprel

Respublika üzrə aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb

18:29
21 Aprel

Bahar Muradova: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür  

18:28
21 Aprel

Qazaxıstanlı ekspert: Azərbaycan Orta Dəhlizdə ən məsuliyyətli mövqedə yerləşir  

18:27
21 Aprel

Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyada nümayiş olunur  

18:26
21 Aprel

Böyük Britaniyada elektrik qiymətlərini sabitləşdirmək üçün yeni plan hazırlanıb

18:24
21 Aprel

Türkiyə atom energetikasının astanasında

18:23
21 Aprel

İspaniya ilə iqtisadi tərəfdaşlıq genişləndirilir

18:21
21 Aprel

Naxçıvanda gənclərin “Hədəf-2026” təlimi reallaşıb 

18:20
21 Aprel

Tramp İranla atəşkəsi uzatmaq istəmədiyini bildirib

18:18
21 Aprel

General Den Keyn: İrana qarşı böyük döyüş əməliyyatlarını hər an bərpa etməyə hazırıq  

18:16
21 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə icra edilən “Gənc arıçı” layihəsinin növbəti ünvanı Yevlax olacaq  

18:15
21 Aprel

Xarici səyahətlər: Azərbaycan vətəndaşlarının 2026-cı ilin ilk rübündə getdiyi ölkələr və nəqliyyat vasitələri  

18:13
21 Aprel

London metrosunda işçilər tətilə hazırlaşır

18:06
21 Aprel

Yaxın Şərqdən gələn enerji Çin üçün vacibdir

17:57
21 Aprel

Türkiyə təhsil nümayəndə heyəti Sumqayıt Sənaye Parkında iqtisadi əməkdaşlıq perspektivlərini öyrənib  

17:46
21 Aprel

Qadın sahibkarlar üçün maliyyə təlimi: “Bank of Baku”dan dayanıqlı biznesin inkişafına dəstək

17:33
21 Aprel

700 dərəcə istiliyinə davam gətirə bilən çip hazırlanıb

17:26
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!