21 Aprel 2026 13:04
423
SİYASƏT
A- A+
Belçika və Niderland parlamentərinin qətnamələri sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

Belçika və Niderland parlamentərinin qətnamələri sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır


"Belçika və Niderlandın Nümayəndələr Palataları tərəfindən aprelin 16-da qəbul edilmiş qətnamələr tamamilə qərəzlidir. Bu sənədlər Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyır".

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh quruculuğu üçün praktiki addımlar atılır. Ötən ilin avqustunda Vaşinqton şəhərində əldə edilən razılaşmalar sülh prosesi üçün hüquqi baza rolunu oynayır. Həmin vaxtdan etibarən iki ölkə arasında gərginlik tam azalıb, sərhədlərimizdə heç bir hərbi insident baş verməyib. Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında etimad quruculuğu yönündə tədbirlər həyata keçirilir. Azərbaycan ərazisi vasitəsilə Ermənistana üçüncü ölkələr tərəfindən müxtəlif məhsulların daşınması, ölkəmizin Ermənistana neft məhsulları ixrac etməsi bunun göstəricisidir. Eləcə də, "Sülh körpüsü" layihəsi çərçivəsində iki ölkənin qeyri-hökumət təşkilatlarının qarşılıqlı səfərləri cəmiyyətlərimiz arasında etimad mühitinin formalaşdırılmasına xidmət edir.

Millət vəkilinin sözlərinə görə, artıq rəsmi İrəvan da Qarabağ mövzusunun bağlandığını bəyan edib. Bu ölkənin baş naziri Nikol Paşinyan ötən gün bir daha bu mövqeyini xatırlatdı. Belə olan halda Belçika və Niderland parlamentarilərinin məlum mövqeyi ciddi suallar doğurur. Görünən odur ki, müəyyən beynəlxalq dairələr, o cümlədən xaricdəki erməni diasporu və lobbisi Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil. Onlar yenidən bölgəni gərginlik məkanına çevirməyə çalışırlar. Qətnamələrdə hərbi canilərin "əsir" və "girov" adlandırılması, onların azad edilməsi "tələbi" qəbulolunmazdır.

Samir Vəliyev qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan dövlətə çevrilib. Dövlətimizlə diqtə dilində danışmaq mümkün deyil.

Özlərini demokratik dövlət hesab edən Belçika və Niderland müstəmləkə keçmişlərini xatırlasalar daha yaxşı olar.

"Azərbaycanın Milli Məclisi də ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayıb və qətiyyətlə rədd edib. Bu ölkələr anlamalıdır ki, beynəlxalq hüquqa zidd olan sənədləri qəbul etməklə əslində özlərinin imicinə zərər vururlar. Ona görə də, həmin qətnamələr kağız parçasından başqa bir şey deyil "-deyə, Samir Vəliyev vurğulayıb.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB

14:11
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub

14:08
10 May

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

14:03
10 May

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib

14:00
10 May

Sülhə yönəlmiş strateji baxış və prinsipial mövqe  

13:57
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib

13:06
10 May

Samir Nuriyev: Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan uğurların miqyası heyrətamizdir

12:17
10 May

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

12:02
10 May

Prezident İlham Əliyev: Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm

11:53
10 May

Heydər Əliyev xalqımızın və dövlətimizin xilaskarıdır

11:17
10 May

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

11:02
10 May

Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür

11:02
10 May

Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir  

10:19
10 May

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir  

09:56
10 May

Heydər Əliyev irsinin işığında

08:50
10 May

Heydər Əliyev: işıqlı yolun banisi

08:48
10 May

Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi

08:45
10 May

Atəşkəsdən Zəfərə

08:43
10 May

Heydər Əliyevin ideyaları ilə formalaşan gənclik

08:40
10 May

Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı

08:35
10 May

Heydər Əliyevin Azərbaycanı informasiya cəmiyyətinə transformasiya etmək siyasəti: dünən və bu gün

08:30
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!