21 Aprel 2026 18:27
482
İQTİSADİYYAT
A- A+
Qazaxıstanlı ekspert: Azərbaycan Orta Dəhlizdə ən məsuliyyətli mövqedə yerləşir  

Qazaxıstanlı ekspert: Azərbaycan Orta Dəhlizdə ən məsuliyyətli mövqedə yerləşir  


Yaxın Şərqdə son dövrlərdə artan geosiyasi gərginlik, xüsusilə Hörmüz boğazı ətrafında yaranan risklər qlobal ticarət və enerji təchizat zəncirlərinin nə qədər həssas olduğunu bir daha göstərir. Dünya neft və qaz axınının mühüm hissəsinin məhz bu dar su yolu üzərindən həyata keçirildiyini nəzərə alsaq, belə bir marşrutun qeyri-sabitliyi alternativ nəqliyyat və enerji dəhlizlərinin əhəmiyyətini kəskin şəkildə artırır. Bu kontekstdə Orta Dəhliz artıq yalnız logistika layihəsi deyil, daha geniş geoiqtisadi təhlükəsizlik mexanizmi kimi diqqət mərkəzinə çıxır.

Azərbaycanın bu dəhlizdə oynadığı rol isə yalnız tranzit funksiyası ilə məhdudlaşmır. Ölkənin çoxşaxəli xarici siyasəti, enerji ixrac marşrutlarının diversifikasiyası və region ölkələri ilə qurduğu strateji əməkdaşlıq Orta Dəhlizi daha dayanıqlı və rəqabətədavamlı platformaya çevirir. Xüsusilə enerji və nəqliyyat xətlərinin paralel inkişafı Azərbaycanın qlobal tədarük zəncirlərində rolunu genişləndirərək onu risklərin idarə olunduğu alternativ mərkəzlərdən birinə çevir.

Mövzu ilə bağlı nəqliyyat və təhlükəsizlik məsələləri üzrə qazaxıstanlı ekspert Dastan Ospanov AZƏRTAC-a açıqlamasında bildirib ki, Orta Dəhliz son illərdə sabit inkişaf dinamikası nümayiş etdirərək artıq alternativ marşrut kateqoriyasından çıxaraq Avrasiya logistikasının sistemli elementinə çevrilməkdədir. Onun sözlərinə görə, dəhliz üzrə dayanıqlı yük bazası formalaşır, tranzit göstəriciləri artır və təkcə Qazaxıstanın planlarına əsasən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi 2027-ci ilə qədər 5,4 milyon tondan 7,2 milyon tona çatdırılmalıdır ki, bu da ümumi tranzit artım tempini xeyli qabaqlayır. Əsas məsələ yüklərin cəlb olunması deyil, mövcud infrastrukturun bu yükləri emal etmək qabiliyyətidir.

D.Ospanov qeyd edib ki, Yaxın Şərqdə, xüsusilə İran ətrafında baş verən hadisələr artıq dəhlizin yüklənməsinə birbaşa təsir göstərir. Türkiyədən əvvəl İran istiqaməti ilə daşınan yüklərin bir hissəsinin Orta Dəhlizə yönləndirilməsi Xəzər seqmentində yükü kəskin artırıb. Hazırda bərə daşımalarında iki həftəyə qədər növbələrin yaranması müşahidə olunur. Bu, marşrutun ilk genişmiqyaslı “stres-test”i kimi qiymətləndirilə bilər və həm yüksək tələbatı, həm də mövcud sistem məhdudiyyətlərini üzə çıxarır. Əsas “dar boğaz” məhz Xəzər üzərində donanma və daşımaların təşkilidir. Hazırda Xəzərdə təxminən 18 bərə fəaliyyət göstərir ki, onlardan 16-sı Azərbaycana, 2-si isə Türkmənistana məxsusdur. Yükün əsas hissəsi məhdud sayda gəminin üzərinə düşür. Bu gəmilər isə sərt qrafik olmadan, hava və təşkilati amillərdən yüksək asılılıq şəraitində fəaliyyət göstərir. Digər mühüm məqam ondan ibarətdir ki, Qazaxıstanın bu gün Xəzərdə faktiki olaraq öz bərə donanması yoxdur. Bu isə logistika zəncirinin idarə olunmasında xarici operatorlardan asılılığı artırır.


Davamlı investisiyalar, çevik idarəetmə və qabaqlayıcı inkişaf yanaşması


Ekspert hesab edir ki, mövcud vəziyyət əvvəlcədən proqnozlaşdırıla bilən idi. İran üzərində tranzitə tətbiq olunan sanksiyalar, ümumi geosiyasi qeyri-müəyyənlik və alternativ marşrutlara ehtiyac uzunmüddətli xarakter daşıyır. Hətta mümkün normallaşma şəraitində belə oxşar böhranların təkrarlanması istisna deyil. Buna görə də yük axınlarının yenidən bölüşdürülməsinə əvvəlcədən hazırlaşmaq, ehtiyat buraxılış qabiliyyəti yaratmaq və daha dayanıqlı nəqliyyat modeli formalaşdırmaq zəruri idi.

Bu kontekstdə Azərbaycanın rolunu xüsusi vurğulayan D.Ospanov deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya yüksək uzaqgörənlik nümayiş etdirib. Azərbaycan əvvəlcədən dəniz infrastrukturuna sərmayə yatırıb, limanları modernləşdirib və Xəzərdə ən böyük donanmalardan birini formalaşdırıb. Məhz bu amil bu gün dəhlizin artan tələbat şəraitində fəaliyyət göstərməsinə imkan yaradır. Azərbaycan Orta Dəhlizdə ən məsuliyyətli mövqedə yerləşir. Qazaxıstan və Türkmənistan əsasən öz ixrac və daxili ehtiyaclarına uyğun infrastruktur inkişaf etdirirsə, Bakı eyni anda bir neçə istiqamətdə fəaliyyət göstərir. Şərq sahilindən gələn yüklərin qəbulu, emalı və Gürcüstan, Türkiyə və Avropa istiqamətində göndərilməsi Azərbaycanın üzərinə düşür. Bu isə infrastruktur və əməliyyat proseslərinə ikiqat yük yaradır. Bu model yalnız limanların və donanmanın buraxılış qabiliyyəti ilə məhdudlaşmır, eyni zamanda, dəmir yolu, dəniz və logistika zəncirlərinin sinxronlaşdırılmasını tələb edir. Artan tələbat şəraitində bu, davamlı investisiyalar, çevik idarəetmə və qabaqlayıcı inkişaf yanaşması tələb edir ki, bu da Azərbaycanın Orta Dəhlizdə koordinasiyaedici rolunu bir daha təsdiqləyir”.

D.Ospanov hesab edir ki, mövcud yükün yalnız bir tərəfin üzərində qalması davamlı deyil. Marşrutun dayanıqlı genişlənməsi üçün Mərkəzi Asiya ölkələrinin – Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanın sinxron iştirakı vacibdir. Bu, təkcə Aktau, Kurık və Türkmənbaşı limanlarının inkişafı ilə məhdudlaşmamalı, həm də öz donanmasının yaradılması, daşımaların səmərəli təşkili, qrafiklərin uzlaşdırılması və rəqəmsallaşma proseslərini əhatə etməlidir. Əks halda hər hansı xarici şok, – istər İran ətrafındakı gərginlik, istərsə də digər marşrutlardakı məhdudiyyətlər, – Xəzər seqmentində yenidən yüklənməyə və əsas nəqliyyat halqasında vaxt itkilərinə səbəb olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB

14:11
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub

14:08
10 May

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

14:03
10 May

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib

14:00
10 May

Sülhə yönəlmiş strateji baxış və prinsipial mövqe  

13:57
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib

13:06
10 May

Samir Nuriyev: Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan uğurların miqyası heyrətamizdir

12:17
10 May

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

12:02
10 May

Prezident İlham Əliyev: Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm

11:53
10 May

Heydər Əliyev xalqımızın və dövlətimizin xilaskarıdır

11:17
10 May

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

11:02
10 May

Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür

11:02
10 May

Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir  

10:19
10 May

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir  

09:56
10 May

Heydər Əliyev irsinin işığında

08:50
10 May

Heydər Əliyev: işıqlı yolun banisi

08:48
10 May

Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi

08:45
10 May

Atəşkəsdən Zəfərə

08:43
10 May

Heydər Əliyevin ideyaları ilə formalaşan gənclik

08:40
10 May

Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı

08:35
10 May

Heydər Əliyevin Azərbaycanı informasiya cəmiyyətinə transformasiya etmək siyasəti: dünən və bu gün

08:30
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!