04 Noyabr 2025 08:50
6313
Oxucu məktubları
A- A+
Məsuliyyətdən doğan başucalığı

Məsuliyyətdən doğan başucalığı


Abbas Aqil oğlu Mustafayev 1998-ci il sentyabr ayının 25-də Salyan rayonunda anadan olub. O, orta təhsilini bu sətirlərin müəllifinin bir zamanlar müəllim işlədiyi Salyan şəhər 1 saylı məktəb-liseydə alıb. 

2015-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və menecment fakültəsinə qəbul olunub. Abbas fəal tələbələrdən biri kimi debat klublarında yarışıb, elmi-intellektual layihələrdə iştirak edib. Fəal bir gənc olaraq müxtəlif sosial layihələrin də müəllifidir. Ali məktəbi başa vurduqdan bir neçə il sonra -  2023-cü ildə ikinci ali təhsil almaq üçün Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub, qiyabi təhsil alır. 

Abbas 2019-cu ilin oktyabr ayından etibarən əmək fəaliyyətinə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Salyan Regional Bölməsində (indiki Şirvan-Salyan Regional Bölmə) müfəttiş kimi başlayıb. Fəaliyyəti çərçivəsində regionda yerləşən və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində - ictimati iaşə müəssisələrində yoxlamalar və maarifləndirmə işləri apararaq xidməti vəzifəsini uğurla icra edib. Xüsusilə 2020-ci ildə - çətin "COVID-19" pandemiyası dövründə gücləndirilmiş iş rejimində çalışan dövlət məmurlarından biri olub və müvafiq sahədə geniş əhatəli maarifləndirmə və nəzarət tədbirləri həyata keçirib. 

Abbas 2022-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin Şirvan-Salyan Regional Sektorunun aparıcı mütəxəssisi olaraq çalışır. İdarənin əsas hədəfi tabeliyində olan müəssisələrdə tədris prosesinin həyata keçirilməsi üçün normal infrastrukturun yaxşılaşdırılması və yenilərinin yaradılması məsələləri ilə bağlı problemlərin aradan qaldırılmasıdır. Gənc Abbas da  təhsil müəssisələrindəki cari təmir işlərinə nəzarət edir və həmin müəssisələr də həm idarənin, həm də onun işindən razılıq edirlər. 

Abbas deyir ki, ilk növbədə təmirə çox ehtiyacı olan, vəziyyəti daha ağır olan məktəb və bağçalarımız diqqət mərkəzindədir: "Təhsil müəssisələrinin istilik problemləri, qışda pedaqoji heyətin və uşaqların normal temperatur rejimində tədris prosesinə cəlb edilməsinə əlverişli şərait yaradılması da bizim öhdəmizə düşür". 

A.Mustafayev daim sabaha baxan, həyatda nə iləsə kifayətlənməyən, öz üzərində yorulmadan çalışan gənclərimizdəndir. Belə gənclər müəllimlərinin də, cəmiyyətin də sevimlisidir.


Gülzar HÜSEYNOVA, 

təqaüdçü müəllim

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ildə dünyada 67 jurnalist öldürülüb  

17:54
09 Dekabr

Mərkəzi Bankın sədri: Kapital bazarlarının inkişafı strateji prioritetə çevrilib  

17:52
09 Dekabr

“Politico” Avropanın ən nüfuzlu 28 liderinin reytinqində birinci yeri Trampa verib  

17:39
09 Dekabr

“Ford” Avropa bazarı üçün yeni strategiyasını açıqlayıb  

17:37
09 Dekabr

Serbiyanın sabiq Prezidenti XIII Qlobal Bakı Forumunun əsas prioritetlərindən danışıb  

17:36
09 Dekabr

SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib  

17:34
09 Dekabr

Aİ-Ermənistan sənədi əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir  

17:30
09 Dekabr

Azərbaycan XİN-dən Aİ-Ermənistan Strateji Gündəliyinə kəskin etiraz  

17:29
09 Dekabr

XİN: Aİ–Ermənistan sənədində TRIPP layihəsinə bir dəfə də istinad edilməməsi ciddi narahatlıq doğurur  

17:28
09 Dekabr

Sosial xidmətlərlə bağlı İşçi qrupun növbəti iclası keçirilib

17:27
09 Dekabr

Azərbaycan XİN: Aİ–Ermənistan sənədi sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir  

17:23
09 Dekabr

Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında əlaqələrin güclənməsinə böyük təkan verəcək - ŞƏRH  

17:22
09 Dekabr

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

17:20
09 Dekabr

Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub  

17:15
09 Dekabr

Boris Tadiç: Azərbaycan qarşılaşdığı çətinlikləri uğurla aradan qaldırır  

17:14
09 Dekabr

“Ayaks”ın baş məşqçisi: “Qarabağ” yaxşı komandadır  

17:03
09 Dekabr

Serbiyanın sabiq Prezidenti: Azərbaycanla strateji tərəfdaşlığımız möhkəm təməllər üzərində qurulub  

16:40
09 Dekabr

Ədliyyə Nazirliyi son 6 ildə Azərbaycana hansı ölkələrdən ekstradisiyalar həyata keçirib?  

16:39
09 Dekabr

Tədqiqatçı-alim: “Ağıllı” şəbəkə sistemi Azərbaycanın enerji ixracı imkanlarını artıracaq  

16:32
09 Dekabr

Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib YENİLƏNİB 

16:30
09 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNƏCƏK  

16:27
09 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!