02 Mart 2024 11:33
209
CƏMİYYƏT
A- A+

Mərkəzi Bank Qubada vətəndaşların müraciətlərini dinləyib

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi ilə bağlı görülən mütəmadi tədbirlərin davamı olaraq Qubada vətəndaşların səyyar qəbulu keçirilib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən kredit borcuna güzəşt olunması, Mərkəzləşdirilmiş Kredit Reyestrindən məlumatların silinməsi, kredit istəyi, zaminin kredit borcunun ödənilməsindən azad edilməsi, borcun akseptsiz qaydada tutulması, eyni zamanda, daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və aqrar sığorta məsələləri ilə bağlı olub.

Vətəndaşlara müraciətlərində qeyd olunan məsələlərlə bağlı müvafiq izahatlar verilib, əlavə araşdırma tələb olunan məsələlərlə bağlı vətəndaşların ərizə yazmalarına şərait yaradılmaqla yazılı müraciət etmək hüquqları təmin edilib. Bank fəaliyyəti ilə əlaqədar bəzi müraciətlər yerindəcə öz həllini tapıb. Həmçinin qəbul zamanı şifahi müraciətlərini ünvanlayan vətəndaşlardan zəruri məlumatlar əldə edilməklə müraciətlərinin araşdırmasının nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilib, vətəndaşlara maarifləndirici bukletlər paylanıb.

Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video