14 Fevral 2024 10:10
1115
Mədəniyyət
A- A+
Mərasim folkloru xalq ədəbiyyatının mifoloji qaynağıdır

Mərasim folkloru xalq ədəbiyyatının mifoloji qaynağıdır

 

Dünya xalqlarının hər birinin müxtəlif poetik janr və formaları əhatə edən mərasim folkloru mövcuddur ki, onlar mifoloji qaynaqlar əsasında sadədən mürəkkəbə doğru ayrı-ayrı dövrlərdə xalq yaradıcılığında formalaşmış və bu günə qədər qorunub saxlanmışdır.
Mərasim folkloru geniş anlayış olduğuna görə, onun əhatə dairəsi də çoxcəhətlidir. Mifoloji tarixi-magik görüşlərin, ritual komplekslərinin əks olunması mərasim folkloru nümunələrini birləşdirən əsas funksiya kimi diqqəti cəlb edir. Mərasim folklorunda zaman anlayışı önəmli məqamlardan birini müəyyən edir. Hələ ibtidai dövrlərdən zaman insan həyatına müdaxilə etmiş, ilin ayri-ayrı fəsillərində ona bilavasitə təsir göstərmiş, müxtəlif günlərdə silsilə mərasimlər keçirilmişdir.
Xalq mənəviyyatının sərvəti olan şifahi söz sənətinin mənşəyi insan təfəkkürünün hələ tam formalaşmadığı çağlarla bağlıdır. İbtidai tarixi dövrlərdə təbiət və cəmiyyət hadisələri insanlarda yalnız müşahidə və ilkin təsəvvürlər yaradırdı. Təbiətdə baş verən hadisələrin yaranma səbəblərini dərk edə bilmədiklərindən insanlar onlara ilahi varlıqların müdaxiləsi kimi baxmış və bununla bağlı indi mərasim folkloru kimi qəbul olunan mərasimlər silsiləsi xalq ədəbiyyatına daxil olmuşdur. 
  Şifahi xalq yaradıcılığında  mühüm yeri təbiəti dərketmə ilə bağlı  ayin, etiqad və mərasimlər  təşkil etmişdir. Bunlar öz mövzu və məzmun xüsusiyyətlərinə görə, əsasən iki qrupa bölünür: mövsüm və məişət mərasimləri. Mövsüm mərasimləri daha çox xalqın gündəlik həyatı ilə bağlı yaranmış, bir sıra  mifoloji  görüşləri, o cümlədən animistik, antropomorfik  düşüncəni özündə əks etdirmişdir. Mərasim nəğmələri arxaik düşüncənin poetik ölçü və qəliblərini, üslub və ifadə modellərinin ən erkən tiplərini ifadə edir, xalqın etik-estetik dünyagörüşünü, ritual və etiqadlarını sistemli şəkildə  ifadə edir. Tədqiqatlarda erkən estetik düşüncəni və məişət əxlaqı detallarını əks etdirmək baxımından mövsüm mərasim nəğmələri iki şəkildə nəzəri cəlb edir: Ayrı-ayrı təbiət hadisələri və etiqadlarla bağlı yaranan nəğmələr və ilin müəyyən fəsillərində xalqın birgə əməyini yekunlaşdıran nəğmələr. Təbiət hadisələri və etiqadlarla bağlı yaranmış nümunələrə yağışın yağması, günəşin çıxması, küləyin əsməsi, göyün guruldaması, eləcə də oda, suya, küləyə və torpağa inamla bağlı  poetik  mətnlər  daxil edilir.  
İkinci bölgüdə ilin müəyyən fəsillərində xalqın birgə əməyini yekunlaşdıran mərasimlərdəki nəğmələr yer almışdır ki, onlar əmək mövsümünün başlanması və ya məhsulun yığılması ilə bağlıdır. Mənbələrə görə, erkən dövrlərdən türk tayfaları içərisində əsasən ilin iki mövsümü, yazın gəlişi, yeni əmək mövsümünün başlanması və payızda məhsulun yığılıb başa çatması ilə bağlı mərasimlər, bayramlar keçirilərdi. Bu bayramlar xalq arasında xüsusi təntənə ilə qeyd olunurdu. Ən önəmlisi isə odur ki, bu bayramların keçirilməsi ilə paylaşmaq düşüncəsi - insanlara yardım  etmək və  bayram günü hər kəsin evində süfrə açılması amalı ilə əlaqədar idi. 
Şifahi və yazılı ədəbiyyatımızın qaynaqlarından olan "Dədə Qorqud" oğuznamələrində bəzi mərasimlərin izlərini müəyyən etmək olar. "Dirsə xan oğlu Buğac" boyunda belə bir süjetə rast gəlmək olur ki, "hər il bir yazda, bir də payızda buğa ilə buğranı savaşdırırlar. Bayandır xan Qalın Oğuz bəylərilə tamaşaya baxır, əylənirdi". Hesab edirik ki, bu, türk xalqları arasında payızda və yazda keçirilən mövsüm mərasimi, yaxud meydan tamaşası ilə bağlı kiçik bir nümunə kimi diqqəti cəlb edir. 
Azərbaycan ərazisində zərdüştiliklə bağlı keçirilən bayramlar arasında Mehrikan bayramı xüsusi qeyd olunmalıdır. 
Folklorumuzda  yeni əmək mövsümünün başlanması ilə bağlı mərasim və nəğmələr arasında "Şum mərasimi", "Saya mərasimi" və onları bəzəyən nəğmələr diqqəti daha çox cəlb edir. "Novruzqabağı nəğmələr" adı ilə tanınan həmin nəğmələr də üç yerə ayrılır - "Çillə nəğmələri", "İlaxır çərşənbə nəğmələri" və "Bayram məişəti nəğmələri".
Xalq yaradıcılığında mərasim poeziyasında arxaik əmək nəğmələrinin də böyük təsiri olmuşdur ki, bunlara həm cüt nəğmələri, həm də holovar deyilir. Bu nəğmələr əvvəlcə ibtidai məzmun daşımış, bir-iki hecalı misralardan ibarət olmuş və müəyyən ritmə uyğun şəkildə yalnız əmək prosesi zamanı oxunmuşdur. 
Azərbaycan mövsüm mərasimləri arasında "Xıdır", "Xıdır Nəbi" və ya "Xıdır İlyas", yaxud "Yazağzı Xızır bayramı, yaxud "Qışyarısı" mərasimlərinin də özünəməxsus yeri vardır. "Bəzi qaynaqlar bu el şənliyini Xıdırəlləz, Xızırgünü, Ruzi Xızır və Xıdırzında da adlandırırlar". Bu mərasim mifik təsəvvürlərdə yazı qarşılamaqla, yaşıllıq arzusu ilə yanaşı, həm də Xızırın simasında insanlara bolluq, bərəkət və firavanlığın bəxş olunması kimi əks olunmuşdur. Bu mövsüm mərasimi haqqında Orta əsrlərdə Azərbaycana gəlmiş səyyahlar müəyyən məlumatlar vermiş və öz səyahətnamələrinə daxil etmişlər. Hələ XIII əsrdə Azərbaycana gəlmiş italyan səyyahı Marko Polo bu bayramın fevralın əvvəllərində "Bəyaz" adı altında xalq arasında qeyd olunduğunu bildirmişdir. Daha sonra XVIII yüzillikdə Şamaxıya gələn alman səyyahı Adam Oleari bu bayramı geniş təsvir etmişdir. Mənbələrə görə,  Xıdır Nəbi həm də "taxıl və müqəddəs ağaclara pərəstişlə" əlaqədar bir mərasim olmuşdur. Azərbaycanda Xıdır Nəbi mərasimi qışın oğlan çağı sayılan kiçik çillə günlərində, yəni fevralın əvvəllərində, daha doğrusu ilk ongünlüyündə keçirilir. Erkən təsəvvürlərə görə, bu bayram gecəsində boz atlı Xızır əlində "od butası" ilə Yer üzünə enib hər yeri gəzəcək, onun üçün ayrılmış paylara əlini çəkəcək, beləliklə də, bütün insanlara sağlamlıq və xoşbəxtlik, firavanlıq gətirəcəkdir. Xıdır Nəbi mərasimində oxunan nəğmələrin bayramın xüsusi təmtəraqla keçirilməsinə təsiri böyük idi.
Xıdır, Xıdır xıd gətir,
Dar-dərədən od gətir.
Mən Xıdırın nəyiyəm,
Bircə belə dayıyam,
Ayağının nalıyam,
Başının torbasıyam.
Xıdıra Xıdır deyəllər, 
Xıdıra çıraq qoyallar,
Xıdır Nəbi, Xıdır İlyas,
Bitdi çiçək, oldu yaz.
Mən Xıdırın quluyam,
Boz atının çuluyam...
Türksoylu xalqlar yazın gəlişini sanki sürətləndirmək məqsədilə mifoloji düşüncədən qaynaqlanan silsilə ayin- mərasimləri yaratmış, onları milli mifoloji təfəkkürə uyğun olaraq icra etmiş və gələcək nəsillərə ötürmüşdür.

Ülkər NƏBİYEVA,
Bakı Dövlət Universitetinin professoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!