18 Dekabr 2025 18:33
278
CƏMİYYƏT
A- A+
Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  


Dekabrın 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, komitə sədri Musa Quliyev gündəliyə iki məsələnin daxil edildiyini bildirib. Əvvəlcə Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində , “Həmkarlar İttifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında” , “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Bildirilib ki, layihə çərçivəsində Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər üç əsas istiqaməti əhatə edir və onların məqsədi əmək münasibətlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi, çevik və sosialyönümlü hüquqi mexanizmlərin tətbiqi, beynəlxalq əmək standartlarına uyğunluğun təmin edilməsi, eləcə də normativ-hüquqi aktların qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasıdır. Qanun layihəsinin ailə həyatı ilə peşə fəaliyyətinin uzlaşdırılmasına müsbət töhfə verəcəyi qeyd olunub.

Daha sonra gündəliyin növbəti məsələsinə - Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə ikinci oxunuşda baxılıb.

Qeyd edilib ki, qanun layihəsi dövlət qulluğu, vergi və sosial sığorta sahələrində hüquqi və sosial təminat mexanizmlərinin daha da təkmilləşdirilməsini hədəfləyir. Layihə dövlət qulluqçularının pensiya, müavinət və digər sosial hüquqlarının dəqiqləşdirilməsini, əvvəllər tənzimlənməyən münasibətlər üzrə hüquqi əsasların yaradılmasını, habelə gəlir vergisi və sosial sığorta ilə bağlı normaların aydınlaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, dəyişikliklər normativ-hüquqi aktlar arasında uyğunluğun təmin edilməsinə xidmət edir.

Onlayn iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov çıxış edərək qanun layihəsi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətiriblər.

Sonda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda 52 milyon manatlıq narkotik vasitə və psixotrop maddə məhv edilib  

20:13
30 Yanvar

S.S.Mikayılovun Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında  

20:11
30 Yanvar

Qurban Qurbanov: “Nyukasl” ciddi rəqibdir  

19:29
30 Yanvar

Mərkəzi Bank ilə Çinin “UnionPay” ödəniş sistemi arasında Anlaşma Memorandumu imzalanıb  

19:18
30 Yanvar

Misli Premyer Liqası: “Qəbələ” ardıcıl ikinci qələbəsini qazanıb  

19:08
30 Yanvar

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” keçirilib

18:41
30 Yanvar

RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək  

18:23
30 Yanvar

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib  

18:22
30 Yanvar

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı: 2025–2030-cu illər üçün Dövlət Proqramının strateji baxışı  

18:21
30 Yanvar

Azərbaycan və BƏƏ-nin Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclası keçirilib  

18:20
30 Yanvar

Fəal gənclər mükafatlandırılıblar  

18:19
30 Yanvar

Türkiyənin Ordu şəhərindəki muzeydə Azərbaycan tarixi və Zəfərimizlə bağlı guşələr yaradılacaq  

18:17
30 Yanvar

Aqrar Xidmətlər Agentliyinin sədri Xocalıda vətəndaşların müraicətlərini dinləyib  

18:16
30 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:15
30 Yanvar

İqtisadi Şuranın iclası keçirilib  

18:14
30 Yanvar

Rusiya XİN: İrəvanın dəmir yollarının bərpası ilə bağlı müraciəti nəzərdən keçirilir  

18:13
30 Yanvar

Qiyməti 164 milyon manat olan narkotik vasitələr məhv edilib  

18:12
30 Yanvar

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında

18:09
30 Yanvar

Zelenski: Enerji atəşkəsi dövründə Rusiya ordusu zərbələri logistikaya yönəldib  

17:39
30 Yanvar

Qeyri-neft sektoruna böyük təkan verən infrastruktur: Sumqayıt Sənaye Parkı  

17:23
30 Yanvar

Cahangir Həsənzadə: PSJ ilə müqayisədə, “Nyukasl” “Qarabağ” üçün ən optimal variant idi  

17:03
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!