04 Sentyabr 2026 10:20
139
İQTİSADİYYAT
A- A+
Məqsədimiz Şabranın yaşıl rayona çevrilməsinə dəstək verməkdir

Məqsədimiz Şabranın yaşıl rayona çevrilməsinə dəstək verməkdir


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin BP ilə birgə elan etdiyi qrant müsabiqəsində Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi tərəfindən  reallaşdırılan "Şabranda yaşıllaşdırma aksiyalarının təşkili" layihəsi çərçivəsində rayonun Daşlıyataq və Xırdaoymaq kəndlərində yerli sakinlərin iştirakı ilə tədbirlər təşkil olunub.      

Tədbirlərdə yaşıllaşdırma aksiyalarının təşkili barədə yerli sakinlərə ətraflı məlumatlar verilmiş, iştirakçıların fikir və təklifləri dinlənilmişdir. Diskussiya və mülahizələrlə keçən görüşlərdə vətəndaşların üzərinə düşən məsuliyyət prinsipləri ətraflı izah edilmişdir. 

Layihənin mövzusu aktual və bütün bəşəriyyətin xilası üçün əhəmiyyətlidir. Bu cür tədbirlərdə əhalini faydalı fəaliyyətə dəvət etməklə insanların dünyanı rahatsız edən qlobal problemlərdən biri - iqlim dəyişmələrinə təsirini azaltmaq mümkündür.  İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox rahatsız etməkdədir. Bu dəyişikliyə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması vacib və həyati əhəmiyyət daşıyır. Proses mövsümlərə xarakterik olmayan qeyri-sabit hava şəraiti ilə müşayiət edilir. Özü də bu, təkcə Azərbaycanda deyil, dünyanın əksər  ölkələrində hiss olunur və problemlər yaradır. O səbəbdən problemin müzakirə olunması hər zaman aktualdır.

Bu tədbirlər çərçivəsində Təzəkənddə açıq meşələrin bərpası məqsədilə 304 Eldar şamı əkilmişdir. Ərazidə layihənin ideya mövzusunu təbliğ edən informativ məlumat lövhəsi quraşdırılmışdır. 


Gülsənəm ƏMRAHOVA,

Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai  birliyinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sonrakı peşmanlıq

10:30
04 Sentyabr

Məqsədimiz Şabranın yaşıl rayona çevrilməsinə dəstək verməkdir

10:20
04 Sentyabr

Sumqayıtın 237 məzunu qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb

10:10
04 Sentyabr

Burada çayların suyu enerjiyə çevrilir

10:00
04 Sentyabr

Şəmkir: əkinçilikdə də, heyvandarlıqda da göstəricilər müsbətdir

09:50
04 Sentyabr

Goranboyda 1-ci sinfə gedəcək şəhid övladları ilə görüş keçirilib

09:40
04 Sentyabr

Tibb işçilərinin əməkhaqlarının artırılması əhalinin sağlamlığının təmin olunmasına qoyulan mühüm sərmayədir 

09:30
04 Sentyabr

Tibb işçilərinin minnətdarlığında dövlət qayğısının əks-sədası

09:20
04 Sentyabr

Çin enerji sahəsində Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür

09:10
04 Sentyabr

7 ayda 2,5 milyard dollarlıq qeyri-neft məhsulları ixrac olunub

09:00
04 Sentyabr

Minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli

08:50
04 Sentyabr

Cənubi Qafqazdakı yeni geosiyasi reallıq

08:40
04 Sentyabr

Azərbaycan-ŞƏT əlaqələri yeni iqtisadi imkan və perspektivlərə yol açır

08:20
04 Sentyabr

Parlament diplomatiyasının perspektivləri müzakirə olunub

08:10
04 Sentyabr

Azərbaycan-Çin münasibətləri: strateji tərəfdaşlığın və çoxşaxəli əməkdaşlığın yüksəliş mərhələsi

08:00
04 Sentyabr

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 

20:20
03 Sentyabr

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

20:14
03 Sentyabr

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

19:55
03 Sentyabr

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

19:50
03 Sentyabr

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

19:45
03 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

19:40
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!