04 Sentyabr 2026 09:50
104
İQTİSADİYYAT
A- A+
Şəmkir: əkinçilikdə də, heyvandarlıqda da göstəricilər müsbətdir

Şəmkir: əkinçilikdə də, heyvandarlıqda da göstəricilər müsbətdir


Kənd təsərrüfatının dayanıqlı inkişafına dair 2026-2030-cu illər üzrə qəbul edilmiş dövlət proqramında qarşıya qoyulan hədəflərə çatmaq üçün Şəmkirdə torpaqdan səmərəli istifadə, məhsuldarlığın və istehsalın artırılması istiqamətində mühüm addımlar atılır. 2026-cı ilin 6 ayının yekunları isə onu deməyə əsas verir ki, həmin addımlar nəticəsiz qalmır. 

Cari ilin ilk yarısında Şəmkirdə kənd təsərrüfatının inkişaf dinamikası yüksək olmuşdur. Bu dövr rayon üzrə istehsal olunan kənd təsərrüfatı məhsullarının ümumi dəyəri faktiki qiymətlərlə 607 milyon 59 min manata çatmışdır ki, bu da ötən ildəkindən 2,3 faiz çoxdur. Bu rəqəmlər sadəcə quru statistika deyil. O, minlərlə şəmkirlinin gərgin əməyinin, tarlalarda və fermalarda gecə-gündüz tökülən alın tərinin göstəricisidir. 

Cari mövsüm taxılçılıq sahəsində yüksək nəticələr qazanılmışdır. Rayon üzrə 5 min 303 hektar taxıl sahəsindən hər hektardan orta hesabla 37,1 sentner olmaqla 19 min 681 ton yüksəkkeyfiyyətli məhsul toplanmışdır. Bu isə ötən illə müqayisədə 27,3 faiz  artım deməkdir. Cari mövsüm buğda biçilən sahə ötən ilin müvafiq dövrünə nisbətən 3,2 dəfə artaraq 1 min 442 hektara, məhsul istehsalı isə 2,8 dəfə yüksələrək 5 min 782 tona çatmışdır. Arpa istehsalı da pis olmamışdır  -  3 min 861 hektardan 13 min 899 ton (keçən ilə nisbətən 3,8 faiz çox) arpa biçilmişdir. 

Şəmkir həm də tərəvəzçilik və kartofçuluq rayonudur. Daxili bazarın təminatında və ixracda Şəmkir kartofu və tərəvəzi əvəzsiz rol oynayır. Cari ilin ötən dövrü ərzində tərəvəz əkilmiş sahələrin 3 min 994 hektarından rekord həcmdə - 223 min 760 ton tərəvəz yığılmışdır ki, bu da ötən illə müqayisədə 1,1 faiz çoxdur. Kartof istehsalına gəldikdə, 4 min 930 hektardan 135 min 568 ton məhsul götürülmüşdür. Rayonun meyvə bağlarında da meyvə və giləmeyvə bol olmuşdur - meyvə istehsalı 20,3 faiz artaraq 22 min 113,2 tona çatmışdır. Bostan bitkilərinin istehsalı isə 264,3 ton olmuşdur. 

Yeni dövlət proqramının tələblərindən biri də əkin sahələrinin diversifikasiyası və yeni rəqabətqabiliyyətli bitki növlərinin əkin dövriyyəsinə daxil edilməsidir. Şəmkir rayonunda bu istiqamətdə də xeyli işlər görülür. Yeri gəlmişkən, qeyd edək ki, rayonun əkin strukturunda texniki bitkilərin sahəsi 1 min 187,6 hektardır. Onun da 719 hektarında günəbaxan, 379,4 hektarında şəkər çuğunduru əkilir. İnnovativ yenilik isə rayon tarixində ilk dəfə olaraq və ya yeni aqrar təşəbbüslər çərçivəsində tarlalara yeni nəfəs gətirilməsidir. Belə ki, cari il Şəmkirdə ilk dəfə olaraq 72 hektarda yerfıstığı və 17,2 hektarda xardal əkilmişdir. 

Rayonda kənd təsərrüfatının ən vacib sahəsi olan heyvandarlıqda da  vəziyyət yaxşıdır. Əhalinin heyvandarlıq məhsulları ilə etibarlı təminatı, həmçinin emal sənayesinin xammal bazasının möhkəmləndirilməsi istiqamətində bütün göstəricilər üzrə artım qeydə alınmışdır. Hesabat dövründə diri çəkidə 5 min 306,2 ton ət, 30 min 109,7 ton süd, 18 milyon 613 min ədəd yumurta istehsal edilmişdir. İyulun 1-i vəziyyətinə rayonda qaramalın baş sayı 56 min, qoyun və keçilərin isə 245,5 mindir.  Keçən ilin müvafiq dövrü ilə müqayisədə qaramal 82, inək və camışlar 53, qoyun və keçilər isə 1700 baş artmışdır. 

2026-cı ilin birinci yarısının yekunları bir daha təsdiq edir ki, Şəmkir cari ildə də kənd təsərrüfatı sahəsində yüksək uğurlara imza atacaq. Söz yox ki, əldə olunan bu nailiyyət əsası Ulu Öndər tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən aqrar islahatların, eləcə də dövlət tərəfindən tətbiq edilən subsidiyaların, texniki təminatın və güzəştli kreditlərin nəticəsidir.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Burada çayların suyu enerjiyə çevrilir

10:00
04 Sentyabr

Şəmkir: əkinçilikdə də, heyvandarlıqda da göstəricilər müsbətdir

09:50
04 Sentyabr

Goranboyda 1-ci sinfə gedəcək şəhid övladları ilə görüş keçirilib

09:40
04 Sentyabr

Tibb işçilərinin əməkhaqlarının artırılması əhalinin sağlamlığının təmin olunmasına qoyulan mühüm sərmayədir 

09:30
04 Sentyabr

Tibb işçilərinin minnətdarlığında dövlət qayğısının əks-sədası

09:20
04 Sentyabr

Çin enerji sahəsində Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür

09:10
04 Sentyabr

7 ayda 2,5 milyard dollarlıq qeyri-neft məhsulları ixrac olunub

09:00
04 Sentyabr

Minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli

08:50
04 Sentyabr

Cənubi Qafqazdakı yeni geosiyasi reallıq

08:40
04 Sentyabr

Azərbaycan-ŞƏT əlaqələri yeni iqtisadi imkan və perspektivlərə yol açır

08:20
04 Sentyabr

Parlament diplomatiyasının perspektivləri müzakirə olunub

08:10
04 Sentyabr

Azərbaycan-Çin münasibətləri: strateji tərəfdaşlığın və çoxşaxəli əməkdaşlığın yüksəliş mərhələsi

08:00
04 Sentyabr

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 

20:20
03 Sentyabr

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

20:14
03 Sentyabr

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

19:55
03 Sentyabr

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

19:50
03 Sentyabr

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

19:45
03 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

19:40
03 Sentyabr

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

19:35
03 Sentyabr

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb

19:30
03 Sentyabr

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

19:29
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!