28 May 2024 09:25
1962
Təhsil
A- A+
"Məqsədim vətənimə layiqli xidmət etməkdir"

"Məqsədim vətənimə layiqli xidmət etməkdir"

 

Düşündük ki, onu necə təqdim edək - üç dəfə fizika üzrə Respublika Olimpiadasında gümüş medal qazanan gənc fizik, yaxud da iki dəfə Milli Astronomiya Olimpiadasında qızıl medal qazanan astronom kimi... Bəlkə onu Beynəlxalq Fizika Olimpiadasında iştirak edən ilk qadın azərbaycanlı kimi tanıdaq. Qəndab həm də ABŞ-nin Rice Universitetinin Texasda keçirilən Qlobal Kopernik Olimpiadasında birinci yerə sahiblənib vətənə qızıl medalla qayıdan ilk azərbaycanlı fizikdir...  
19 yaşlı gəncin uğurları o qədər çoxdur ki, saymaqla qurtaran deyil. Bircə bizə qalır "uğurlar arzulayıb, davamlı olsun", - demək. Haqqında söhbət açdığımız gənc  Qəndab Şaiq qızı Məmmədova 2005-ci il aprelin 2-də Bakı şəhərində dünyaya göz açıb. Bakıdakı 279 saylı tam orta məktəbi qızıl medalla başa vuraraq Harvard Universitetinə tam təqaüdlə qəbul olunub.
Qəndab deyir ki, qazandığım uğurlara görə valideynlərimə və müəllimlərimə minnətdaram. Hələ məktəbə getməmişdən valideynlərim hərfləri və rəqəmləri öyrədər, elmlə məşğul olan insanların həyatı haqqında maraqlı söhbətlər edərdilər. Bu da mənim daha çox elmə maraq göstərməyimə səbəb oldu. Məktəbdə isə fizika müəllimi mənə xüsusi qayğı və diqqət göstərdi. Fizika olimpiadalarına hazırlaşmağım üçün hərtərəfli şərait yaratdı. Hətta mənəvi dəstək bir yana, maddi kömək də göstərdi. Bir sözlə, müəllimlərim mənə ilk növbədə özümə inanmağı, potensialımı tam şəkildə ortaya qoymağı, çox çalışmağı aşıladılar. Fürsətdən istifadə edib akademik Fuad Hacızadəyə, Namiq Süleymanova, Rəşadət Qədiməliyevə, Xıdır, Famil və Abdullah müəllimlərə minnətdarlığımı bildirmək istəyirəm. Müvəffəqiyyətlərinə görə əvəzsis xidmətləri olan Mirzə müəllimə borcum var. 
Qəndab Məmmədova orta məktəbi başa vurduqdan sonra qarşıya qoyduğu hədəfə çatmaq üçün bir il xarici dil imtahanlarına hazırlaşdı. Polşada keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (İOAA 2023) (6) iştirak etdi. Universitetlər üçün esselər hazırladı.
Qəndab deyir ki, universitetlərə esselər yazıb göndərmək dönəmində bərk xəstələnmişdim. Esselərin qənaətbəxş olacağına inamım az idi. Buna görə çox narahat idim. Lakin esselərim universitet tərəfindən yaxşı qiymətləndirildi. Hətta universitet tərəfindən müsahibəyə da dəvət olundum. Bu il martın 29-da səhər saat 3-də Harvardın vebsaytını açdığım zaman böyük "Congratulations!" (Təbriklər!) sözünü, eyni zamanda arxa fonda musiqi səslərini eşitdikdə bunun qəbul xəbəri olduğunu anladım. Dərhal bu şad xəbəri valideynlərimə, müəllimlərimə və bu prosesdə mənə dəstək olan yaxın  dostlarıma çatdırmaq üçün tələsdim.
 Sonra sənədlərimi təqdim edən üzvlərdən birindən məktub aldım. Bu emaili oxuduqda Harvardın insanı təkcə akademik nəticələri ilə deyil, eyni zamanda daxili xüsusiyyətlərinə görə də qiymətləndirməyi məni çox heyrətləndirdi. Emaildə yazılanlara görə həmin üzvün sənədlərimə baxış keçirməsinin əsas səbəbi esselərimdən mehriban, fədakar təbiətim olduğunu düşünmələri və topluma qatqılarım idi.
 Harvardda astrofizika sahəsi üzrə təhsilimi davam etdirmək istəyirəm və bunun əsl səbəbi kainata olan marağımdır. Hədəflərim tam aydın olmasa da, vətənimə və dünyaya yararlı işlər görmək, yaşadığımız dünyanın inkişafında payımın olmasını çox istəyirəm. Lakin bunun üçün öncə öz üzərimdə işləyib sahəmdə kamil yetişməyimin əsas olduğunu düşünürəm. Buna görə də saysız-hesabsız fürsətlərlə dolu təhsil ocağının bizə təqdim etdiyi bütün imkanlardan maksimum dərəcədə yararlanmağa çalıçacağam. Əminliklə demək istəyirəm ki, ən böyük arzum elmimlə, biliyim və bacarığımla vətənim Azərbaycana xidmət etməkdir. Qazandığım uğurları vətənimə ittihaf edirəm. 

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Neftçi" yeni baş məşqçisinin gəlişindən nə qazandı?

11:34
22 Oktyabr

Mahir Emreli: "Vurduğum qol mənə böyük motivasiya verdi"

11:34
22 Oktyabr

Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib YENİLƏNİB

11:30
22 Oktyabr

Səfirlik nümayəndəsi: Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh nəticəsində yeni nəqliyyat dəhlizləri yarana bilər  

11:29
22 Oktyabr

Azərbaycanla Belçika arasında minatəmizləmə ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə edilib

11:26
22 Oktyabr

FHN: Bakı şəhəri və Abşeron rayonunda su basmış ərazilərdən 31 vətəndaş təxliyə edilib 

11:24
22 Oktyabr

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

11:22
22 Oktyabr

Britaniyanın Lordlar palatasının üzvləri Ulu Öndərin məzarını ziyarət ediblər

11:21
22 Oktyabr

Azərbaycan neftinin qiyməti artıb

11:19
22 Oktyabr

Azərbaycan parlamentində 19 məsələnin müzakirəsinə başlanılıb

11:16
22 Oktyabr

Əksər bölgələrdə yağıntılı hava şəraitində fasilə yaranıb

11:15
22 Oktyabr

Mask aksiya iştiraçkısına 1 milyon dollarlıq çek verdi

10:59
22 Oktyabr

Venesuelada keçmiş sənaye naziri həbs edilib

10:51
22 Oktyabr

"Ayaks" bu hücumçunu Bakıya gətirmir - AÇIQLANDI

10:44
22 Oktyabr

“Crew Dragon”-un Yerə qayıdışı yenidən təxirə salınıb

10:42
22 Oktyabr

Mask ABŞ-nin gələcəyi ilə bağlı proqnoz verdi

10:35
22 Oktyabr

Pekində Çin şirkətləri ilə yaşıl enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

10:32
22 Oktyabr

Ölkə ərazisində müşahidə olunan faktiki hava

10:31
22 Oktyabr

Ağ Evdən açıqlama: BRİKS bizim üçün təhlükə deyil

10:14
22 Oktyabr

FHN: Yağış Bakı və Abşeronda fəsadlar yaradıb, 8 vətəndaş təxliyə edilib

10:07
22 Oktyabr

DİN: Hava şəraiti ilə əlaqədar xidmətə əlavə qüvvə və naryad qrupları çıxarılıb  

09:49
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!