26 May 2023 16:08
489
DÜNYA
A- A+

Meksikada dünyanın ən böyük vulkanlarından biri 25 milyondan çox insanın həyatını təhdid edir


Meksikada dünyanın ən böyük vulkanlarından biri olan Popocatepetl yenidən aktivləşib. Nəticədə ətrafa lava, kül və qaz atılır. Oyanan vulkan Mexikodan təxminən 70 kilimetr aralıda yerləşir. Paytaxtın və qonşu şəhərlərin hava limanlarında kül olması səbəbindən 200-dən çox aviareys gecikib və ya təxirə salınıb.  Hazırda 25 milyondan çox insan potensial təhlükəli zonada yaşayır.
  Ətrafdakı onlarla məktəbdə dərslər dayandırılıb, 3 milyona yaxın insan təxliyə təhlükəsi ilə üzləşib. Hazırda əsas problem ətraf əraziləri davamlı olaraq sıx təbəqə ilə əhatə edən küldür. Buna görə səlahiyyətlilər meksikalıların çöldə olma ehtimalını azaltmağı və qoruyucu maskalardan istifadə etməyi tövsiyə edib. Yerli sakinlərə kömək etmək üçün Meksika Müdafiə Nazirliyi 7000-dən çox əsgəri səfərbər edib.
Yaşı milyonlarla illərlə hesablanan oyanmış Popokatepetl 1994-cü ildən bəri meksikalıları narahat edir.


Rizvan CƏFƏROV,
“Azərbaycan”


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video