02 Aprel 2024 22:31
377
CƏMİYYƏT
A- A+

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

 

Aprelin 2-də Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun sədrliyi ilə keçirilən görüşdə 2024-cü il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, Agentlik tərəfindən jurnalistlərin peşəkarlığının yüksəldilməsi, jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclərin bu sahədə nəzəri və praktiki biliklərinin artırılması, cəmiyyətdə media savadlılığının formalaşdırılması məqsədilə keçirilən təlimlər barədə geniş fikir mübadiləsi aparılıb, həmçinin istifadəyə verilməsi nəzərdə tutulan onlayn təlim platformasının müvafiq bölməsinin təqdimatı olub.

İclasda dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə ümumölkə yerüstü televiziya yayımçıları üçün keçirilməsi nəzərdə tutulan müsabiqənin qaydaları Müşahidə Şurası üzvlərinin yekdil qərarı ilə təsdiq edilib.

Bundan əlavə, media subyektlərinin fəaliyyətinin peşəkarlıq baxımından təhlili ilə bağlı təqdimat dinlənilib, mövzu ətrafında müzakirələr həyata keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video