18 Dekabr 2021 00:34
1313
PARLAMENT
A- A+
“Media haqqında” qanun layihəsi komitələrin birgə iclasında ikinci oxunuşda müzakirə olunub

“Media haqqında” qanun layihəsi komitələrin birgə iclasında ikinci oxunuşda müzakirə olunub

 

Dekabrın 17-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bir sıra media qurumlarının, KİV rəhbərləri və nümayəndələri iştirak ediblər. İclasın gündəliyinə iki məsələ daxil edilib. Əvvəlcə, “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirilib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkədə fəaliyyət göstərən müxtəlif kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrin faydalı olacağını bildirib. Qeyd edilib ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisdə müzakirə olunub. Ötən dövrdə bir sıra media orqanları ilə işçi qaydasında görüşlər keçirilib. Eyni zamanda parlamentdə komitə sədrləri və deputatlarla işçi qrupunun üzvləri arasında sənəd ətrafında fikir mübadiləsi aparılıb.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, müzakirəyə çıxarılan qanun media sahəsində islahatların birinci mərhələsini təşkil edir. Təkmil normativ-hüquqi bazanın yaradılması media strategiyası və konsepsiyasının da qəbuluna kömək edəcək, strateji sənədlərin hazırlanması üçün hüquqi əsas yaradacaq. Qeyd olunub ki, hazırda qüvvədə olan qanun ancaq əmək müqaviləsi ilə işləyən ştatlı və ştatdankənar müxbirlərə jurnalist statusunu şamil edir. Yeni layihə isə həm əmək müqaviləsi, həm də mülki hüquq müqaviləsi ilə işləyən jurnalistləri əhatə edir. Heç bir müqavilə bağlamadan, yazılarını özünün veb-saytında yayımlayan şəxs də artıq onlayn-media subyekti kimi fiziki şəxsə çevrilir və onunla münasibətlər media subyektlərinə olan münasibətlər çərçivəsində tənzimlənəcək.

Komitə sədri bloqçuların fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar diqqətə çatdırıb ki, qanun layihəsində bununla bağlı və ümumiyyətlə, sosial şəbəkələrə aid müddəalar yer almayıb. Layihə ancaq peşəkar jurnalistika səviyyəsində olan münasibətləri sağlamlaşdırmağa xidmət edir.

Zahid Oruc layihədə hadisələrin və faktların qərəzsiz və obyektiv şərh olunması tələbi ilə bağlı məsələyə aydınlıq gətirərək deyib ki, sənəddə göstərilən normalar jurnalistin şərhinə deyil, mediada dərc olunan, yayımlanan informasiyalara olan tələbləri nəzərdə tutur. Jurnalistin təhsili ilə bağlı sualla əlaqədar qeyd olunub ki, layihədə ali təhsil tələbi qoyulmayıb. Bu meyar yalnız jurnalist vəsiqəsinin təqdim edilməsi zamanı nəzərə alınacaq.

Jurnalist birliklərinə qadağa qoyulması məsələsi ilə bağlı bildirilib ki, layihədə hər hansı bürokratik əngəl nəzərdə tutulmayıb, əksinə, peşəkar jurnalistlərə lazımi şərait yaratmaq, keyfiyyətli xəbər istehsalını təşviq etmək, xarici informasiya məkanına inteqrasiya olunmaq kimi müddəalar yer alıb.

Komitə sədri öz çıxışında siyasi partiyaların və dövlət orqanlarının media subyekti yaratmaq hüququ ilə əlaqədar layihədə göstərilən normaları da şərh edib. Həmçinin qeyd edib ki, medianın bütün yaş kateqoriyalarına nüfuz etməsini nəzərə alaraq ictimai mənəviyyatın qorunması üçün sənəddə müvafiq normalar da müəyyənləşdirilir. O, açıqlamasında internet televiziyalara dair, ağır cinayət əməlləri törədən, məhkumluğu olan şəxslərin media subyekti olmasına qoyulan qadağa ilə bağlı və bir sıra digər məsələlərə də aydınlıq gətirib. Zahid Oruc parlamentin layihə ilə əlaqədar daxil olan qeyd və təklifləri dəyərləndirməyə hazır olduğunu deyib.

Parlament Sədrinin birinci müavini Əli Hüseynli Milli Məclis rəhbərliyinin, Sədr Sahibə Qafarovanın bu məsələni diqqətdə saxladığını söyləyərək, parlamentin media ilə sıx münasibət qurduğunu, səmərəli müzakirələrin aparılmasında maraqlı olduğunu diqqətə çatdırıb.

İclasda iştirak edən AZƏRTAC-ın  İdarə Heyətinin sədri Aslan Aslanov çıxışında “Media haqqında” qanun layihəsinin zamanın tələblərinə uyğun vacib sənəd olduğunu söyləyib. Onun sözlərinə görə, yeni qanun layihəsinin əsas üstünlüyü ondan ibarətdir ki, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlar vahid bazada birləşdirilib, mətbuat sahəsində indiyədək müşahidə olunan boşluqlar tam aradan qaldırılıb. Digər vacib məqama gəldikdə isə, bu layihədə media sahəsində fəaliyyətin təşkilati, hüquqi, iqtisadi əsasları, kütləvi informasiyanın əldə edilməsi, istehsalı və yayımının ümumi qaydaları dəqiq şəkildə müəyyənləşdirilib.

Aslan Aslanov qeyd edib ki, qanun layihəsi ölkəmizdə son 20 ildə toplanmış təcrübəni, informasiya texnologiyalarının müasir səviyyəsini nəzərə almaqla hazırlanmış mükəmməl bir sənəddir. Qanunun qəbul olunması ölkəmizdə medianın inkişafına, mətbuat və söz azadlığına güclü təkan olmaqla yanaşı, vətəndaş cəmiyyəti quruculuğuna töhfə verəcək, jurnalist məsuliyyətinin artırılmasında xüsusi rol oynayacaq. 

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında qanun layihəsinin əhəmiyyətindən danışıb, sənədin medianın bütün sahələrini əhatə etdiyini deyib. Qeyd edib ki, ölkəmizdə KİV sahəsində qanunvericiliyə müxtəlif vaxtlarda edilmiş dəyişikliklər onun informasiya-kommunikasiya texnologiyalarına, xüsusən internetin intensiv tətbiqinə uyğunlaşdırılması məqsədi daşıyıb.

Onlayn iclasda deputatlardan Fazil Mustafa, Ekrin Qədirli, Elşad Mirbəşir oğlu, “Vision” İnternet Televiziyasının icraçı direktoru Şöhrət Eldəniz, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev, “Xəzər” TV-nin baş direktoru Murad Dadaşov, “Real” TV-nin baş direktoru Mirşahin Ağayev, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “APA Group”un baş direktoru Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev, “Media” Təhlil Mərkəzinin nümayəndəsi Fərqan Novruzov, ATV-nin rəhbəri Azər Xəlilov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, İTV-nin baş direktoru Balakişi Qasımov çıxış edərək qanun layihəsi barədə fikirlərini söyləyiblər, sənədin ayrı-ayrı maddələrinə dair qeyd və təkliflərini veriblər.

Toplantıda iştirak edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov çıxışlarda səsləndirilən fikirlərə münasibət bildiriblər, qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda “Media haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra onlayn iclasda Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş) baxılıb. Bildirilib ki, qanun layihəsi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərə uyğun olaraq hazırlanıb. Layihədə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməsi istiqamətində dəyişikliklər təklif olunur.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!