16 Noyabr 2024 08:45
286
Mədəniyyət
A- A+
Mədəniyyətlərin qovuşduğu məkan

Mədəniyyətlərin qovuşduğu məkan


Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan bu mötəbər tədbirə evsahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə yüksək etimadın və inamın göstəricisidir. 

İqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malik olan COP29-dan gözləntilər böyükdür.

İqlim dəyişikliyi ilə mübarizə strategiyalarında mədəniyyətlərin inteqrasiyası da önəmlidir. Planetimizi qoruyan yeni dəyərlərin təşviqi üçün mədəniyyətin gücündən də istifadə edilməsi vacibdir. Bununla bağlı COP29 konfransında iqlim dəyişmələri ilə mübarizə üzrə potensial həll variantlarının təqdim edilməsinə dair müzakirələr, panellər keçirilir və sərgilər təşkil olunur. Tədbir çərçivəsində noyabrın 15-də mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 2-ci yüksəksəviyyəli görüşü keçirilib. Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə gerçəkləşən görüşdə rəsmilər, ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

 Bu kimi addımlar mədəniyyətin davamlı gələcək üçün güclü bir vasitə olduğunu göstərir. Mədəniyyət Nazirliyi COP29-a hazırlıq çərçivəsində bu il ərzində bir çox tədbirlər təşkil edib. Parisdə, UNESCO qərargahında Mədəniyyət Nazirliyi tərəfindən COP29 çərçivəsində həyata keçiriləcək mədəniyyət məzmunlu tədbirlərə dair təqdimat, "COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri" adlı konfrans, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin mədəni irsə təsirinə dair panel və plenar sessiyalar, Ağdam şəhərində "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" adlı xüsusi konfrans, "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Azərbaycan ekologiyası" adlı biblioqrafiya kitabının təqdimatı və digər tədbirlər təşkil olunub.

COP29-a türk dünyası da böyük dəstək göstərir. Qırğızıstan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə noyabrın 13-14-də qırğız mədəniyyət və incəsənət ustaları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonaqları olub, "Adəm" adlı balet-tamaşanı nümayiş etdiriblər. Aktyor-rejissor Zamirbekov Çaqaldak və balet artisti Alina Mambetalievanın quruluşunda təqdim olunan tamaşa Qırğızıstanın "Artist"  teatr truppasının təşəbbüs qrupu ilə Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının birgə layihəsidır. 

Balet-tamaşanın nümayişindən öncə onun haqqında geniş məlumat verilib və qeyd edilib ki, "Qırğızıstan Tələbələri "Yaşıl İqtisadiyyat" Naminə" İctimai Birliyi və ATƏT-in Bişkekdəki proqram ofisinin dəstəyi ilə ərsəyə gələn bu layihənin əsl mahiyyəti dünya əhalisini planetin ekoloji tarazlığının bərpası naminə birgə mübarizəyə çağırışdır. Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov və Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Mader Maşiyev səhnəyə dəvət olunublar. Onlar öz çıxışlarında bu layihənin COP29-un keçirildiyi günlərdə məhz Bakıda təqdimatının heç də təsadüf olmadığını bildirib və "yaşıl dünya" naminə bir yumruq kimi  birləşməyin, həmrəyliyin vacibliyini qeyd ediblər. 

 "Adəm"də dünyanın ekoloji tarazlığının bərpası naminə insanların həmrəy olmasının vacibliyi qeyd edilib. "Hər şeyə rəğmən, bəşər övladının əsas amalı "yaşıl planet"in xilası və yenidən bərpası olmalıdır!" - bu, səhnə əsərinin şüarlarından biri olub. Təbiətin harmoniyasının bərpası və "yaşıl dünya"nın qələbəsi ilə bitən tamaşada yaşadığımız və gələcək nəsillərə miras qoyacağımız planetimizin qorunmasında hamının məsuliyyəti olduğu vurğulanıb.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Xidməti : 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib, 3 əməkdaş xidmətdən xaric edilib  

12:01
16 Noyabr

Qazaxıstanlı nazir: COP29-dan əsas gözlənti milyonluq maliyyələşdirmə hədəflərinin müəyyənləşdirilməsidir  

12:00
16 Noyabr

Azərbaycan parlamentinin sədri: Bəziləri ümumi çağırışlar qarşısında dialoqun gücünü unudurlar  

11:59
16 Noyabr

Teymur Musayev: Dünyadakı uşaqların 93 faizi çirkli hava ilə nəfəs alır  

11:23
16 Noyabr

Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir

11:02
16 Noyabr

Azərbaycan neftinin ucuzlaşması davam edir

11:00
16 Noyabr

DSMF: On ayda 82 min 513 elektron arayış alınıb

10:55
16 Noyabr

COP29-da iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb  

10:54
16 Noyabr

“ASAN xidmət” ICESCO ilə əməkdaşlığı genişləndirir  

10:53
16 Noyabr

Nazir müavini: Azərbaycanda yeni su mənbələrinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir  

10:42
16 Noyabr

COP29 çərçivəsində ANAMA və BMTİP birgə mina təhlükəsi ilə mübarizə və ekoloji dayanıqlılıq üzrə yan tədbir keçirib  

10:31
16 Noyabr

Mayk Tayson 19 il sonra peşəkar döyüşdə məğlub olub  

10:27
16 Noyabr

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir

10:07
16 Noyabr

Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib  

10:06
16 Noyabr

Zelenski: Trampın administrasiyası dövründə Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatacaq  

10:05
16 Noyabr

İrakli Kobaxidze: Bakıda keçirilən yüksəksəviyyəli COP29 siyasi baxımdan mühüm və maraqlı idi  

10:04
16 Noyabr

Millətlər Liqası: Portuqaliya və İspaniya qalib gəlib  

09:33
16 Noyabr

Goranboy "yaşıl diyar"a çevrilir

09:25
16 Noyabr

Şəhidliyin zirvəsində qeyd olunan 50 yaş

09:20
16 Noyabr

COP29 könüllüləri konfransın işinə töhfələr verirlər

09:15
16 Noyabr

COP29-da ölkəmizdən bir ilk

09:10
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!