23 Avqust 2024 09:40
239
İQTİSADİYYAT
A- A+

"MATANAT A" məhsulları "yaşıl dünya naminə" standartlarına tam cavab verir

 

Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu səbəbdən Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. 
Ölkəmiz qlobal təşəbbüslərə ilk qoşulan ölkə olaraq, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Bütün bunlar Azərbaycanın dünyanın etibarlı "yaşıl enerji" tərəfdaşı kimi mövqeyini gücləndirir. Bu gün ölkəmizin beynəlxalq aləmdə nüfuzunun  daha da yüksəldiyi beynəlxalq ictimaiyyətə məlumdur. Azərbaycan iqlim dəyişikliklərinə qarşı ətraf mühitin qorunması istiqamətində də ən ciddi addımlar atan ölkələrdəndir.
2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29-a) Azərbaycanın ev sahibi seçilməsi dünya birliyinin onu bir daha nüfuzlu və etibarlı tərəfdaş kimi tanıması deməkdir. Bu seçim Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun, ölkəmizə göstərilən böyük etimadın, Prezident İlham Əliyevin daxili və xarici siyasətinin nəticəsidir.  
Cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransında Azərbaycan iqlim dəyikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəkdir. Eyni zamanda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkəmiz COP29-da əhəmiyyətli qərarların qəbul olunmasına təşəbbüs nümayiş etdirməklə yenə də özünün dünya liderliyini bir daha təsdiq edəcəkdir. 
Beynəlxalq birliyin belə bir qlobal tədbirə evsahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasından, eyni zamanda  BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı, o cümlədən Qoşulmama Hərəkatına sədrliyi zamanı dəstək qazanmasından və etimadı tam doğrultmasından, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmasından, habelə dünya səviyyəsində dövlətimizin başçısının yürütdüyü siyasətə göstərilən güclü dəstəkdən irəli gəlir. 
Dövlətimizin qarşıya qoyduğu əsas milli prioritet məsələlərdən olan "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" kimi müəyyən edilməsi, həmçinin 2024-cü ilin  "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür. 
İnnovativ "yaşıl tikinti" materiallarının istehsalı və tətbiqi davamlı tikintinin təşviqində və sağlamlıq üçün "yaşıl dünya"nın yaradılmasında çox vacibdir. İnnovativ "yaşıl tikinti materialları" daha dayanıqlı tikinti sənayesinin yaradılmasında mühüm rol oynayır. Bu materiallardan istifadə etməklə ətraf mühitə təsiri azaltmaq, enerji səmərəliliyini yaxşılaşdırmaq və daha sağlam yaşayış təmin edilməsi mümkündür. 
25 ilə yaxındır ki, uğurla fəaliyyət göstərən "Matanat A" şirkəti fəaliyyətində daim innovasiyalara və "yaşıl inşaat texnologiyaları"nın tətbiqinə üstünlük vermişdir. Şirkət istehsal etdiyi məhsullarda enerjiyə qənaət, ekoloji səmərəlilik, təhlükəsizlik, davamlılıq, iqtisadi səmərəlilik və cəlbedici dizayn-üslub faktorlarının vəhdətinə önəm verir. 
Şirkət 26 məhsul qrupunda fəaliyyət göstərməklə 2000-dən artıq məhsul çeşidinə, 200-dən çox ticarət markasına və yüksək texnologiyalı müasir zavodlara malikdir, dünya miqyasında patentləşdirilmiş bir neçə ixtiranın müəllifidir. Qloballaşmanı özünün əsas strateji xətti hesab edən "Matanat A" şikrəti "Made in Azerbaijan" adı altında dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. Əsas məhsul qruplarına gips-karton lövhələri (alçipan), daxili arakəsmə sistemləri, gips əsaslı suvaq və şpatklyovkalar, keramika yapışdırıcıları, hidroizolyasiya məhsulları, daş yunu, fasad quru divar sistemləri, istilik izolyasiya məhsulları, əhəng və əhəngdaşı əsaslı məhsullar, lak və boya məhsulları, dekorativ fasad örtükləri, epoksid əsaslı boya və örtüklər, beton qatqıları və digər çoxsaylı məhsul qrupları aiddir.  
"Matanat A" şirkətinin biznes fəlsəfəsinin əsasında yeni inşaat texnologiyalarının yaradılması və mövcud texnologiyaların tətbiq səmərəliliyinin artırılması durur. Bu səbəbdəndir ki, şirkət Kəşf və İxtiraların Tədqiqi və Tətbiqi Akademiyasını (KİTTA) təsis etmişdir. Qısaca olaraq KİTTA adlanan bu akademiyada inşaatın qlobal problemləri tədqiq edilir, "yaşıl texnologiyalar"a əsaslanan yeni inşaat həlləri üzərində elmi-tədqiqat işləri həyata keçirilir və inşaatın müxtəlif parametrlər üzrə keyfiyyətini yüksəldən yeniliklər işlənib hazırlanır. 
Şirkətin uğurlu innovasiya strategiyasının nəticəsində aşağıdakı innovativ və "yaşıl inşaat texnologiyaları"na əsaslanan məhsullar olan Fasnatural,  ekoloji sağlam Ağdağ suvağı, innovativ gips blokların istehsalı, suda batmayan bloklar və dekorativ ornamentlər, Ağdağ Natural Gips-Karton lövhələri, Azvul mineral daş yunu, Azerlime suvaq üçün əhəng məhsulu quru qarışığın ixtirası yaradılmış və onların bir çoxu patentləşdirilmişdir. 
Ölkəmiz bu mühüm tədbirin yüksək səviyyədə keçirilməsi üçün zəruri olan bütün işləri görür. Təşkilat və mahiyyət etibarilə noyabr ayında keçiriləcək COP29 kimi mötəbər tədbirin ölkəmizin prioritetləri ilə yaxından tanış olmaq imkanı verəcəyinə, eləcə də unikal fürsətlərin yaranacağı Azərbaycanda keçirilməsinin uğurla reallaşacağına isə şübhə yoxdur. 

"Matanat A" Şirkətlər Qrupu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video