15 Sentyabr 2026 17:20
630
İQTİSADİYYAT
A- A+
Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələr müzakirə edilib  

Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələr müzakirə edilib  


Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026 -2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahədə istehsalın və məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, emal imkanlarının genişləndirilməsi və kənd təsərrüfatının rəqabət qabiliyyətinin yüksəldilməsi kimi mühüm vəzifələr müəyyənləşdirilib. Dövlət Proqramından irəli gələn vəzifələrin Masallı rayonunda icrası, bu istiqamətdə görülən işlər və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərlə bağlı sentyabrın 10-da Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib.

Müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev, RİH başçısının birinci müavini Tohid Hüseynov, RİH başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, Aparatın məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının nümayəndələri, ərazi nümayəndələri, fermerlər və sahibkarlar iştirak ediblər.

Müşavirədə ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, aqrar sahənin qarşısında duran əsas vəzifələr, Dövlət Proqramının hədəfləri və onların Masallı rayonunda icrası ilə bağlı məsələlər müzakirə olunub.

Giriş nitqi ilə çıxış edən Masallı RİH başçısı Araz Əhmədov Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlərin rayon üçün də mühüm əhəmiyyət daşıdığını bildirib. Rayon rəhbəri kənd təsərrüfatının Masallının iqtisadi və sosial həyatında mühüm yer tutduğunu qeyd edərək mövcud potensialdan səmərəli istifadə olunmasının, məhsuldarlığın artırılmasının və fermer təsərrüfatlarının inkişafının vacibliyini vurğulayıb. Araz Əhmədov bildirib ki, rayon ərazisində əkin sahələrindən səmərəli istifadə, mövsümi kənd təsərrüfatı işlərinin düzgün təşkili, fermer və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə yaradılmış xüsusi Qərargah tərəfindən fermerlərlə mütəmadi əlaqə saxlanılır, onların müraciət və təklifləri dinlənilir və aidiyyəti qurumlarla birgə müvafiq məsələlərin həlli təmin olunur.

RİH başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov çıxışında rayonun kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və görülən işlər barədə məlumat verib. O, əkin sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, istehsalın artırılması və kənd təsərrüfatı məhsullarının emalı imkanlarının genişləndirilməsinin qarşıda duran əsas məsələlərdən olduğunu bildirib. Adəm Məhərrəmov qeyd edib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin Masallıda həyata keçirilməsi rayonun aqrar potensialından daha dolğun istifadə olunmasına, fermer təsərrüfatlarının inkişafına və kənd təsərrüfatı məhsullarının istehsalında keyfiyyət göstəricilərinin yüksəldilməsinə imkan yaradacaq.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev çıxışında Dövlət Proqramının əhəmiyyətindən danışıb. Bildirib ki, proqram çərçivəsində kənd təsərrüfatında müasir və innovativ yanaşmaların tətbiqi, istehsal və emal imkanlarının genişləndirilməsi, aqrar sahədə dəyər zəncirinin inkişaf etdirilməsi və fermerlərin fəaliyyətinə dəstəyin gücləndirilməsi nəzərdə tutulur. Dəyanət Abdullayev Masallı rayonunun əlverişli təbii-iqlim şəraiti və zəngin aqrar ənənələri ilə seçildiyini qeyd edərək mövcud imkanlardan səmərəli istifadə olunmasının və Dövlət Proqramında müəyyənləşdirilən hədəflərin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə fermer və sahibkarların çıxışları dinlənilib. Onlar fəaliyyətləri zamanı qarşılaşdıqları məsələləri, təkliflərini və qarşıdakı dövr üçün planlarını diqqətə çatdırıblar. Fermer və sahibkarlar Dövlət Proqramının Masallı rayonunda icrasına fəal şəkildə qoşulacaqlarını və müəyyənləşdirilən hədəflərin reallaşdırılmasına öz töhfələrini verəcəklərini bildiriblər.

Sonda iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb və Dövlət Proqramından irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə bağlı qarşıda duran məsələlər müzakirə edilib. 

         

Seyran CAVADOV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO  

21:33
15 Oktyabr

Norveç sahillərində dünyanın ən qədim lövbərlərindən biri aşkarlanıb  

20:27
15 Oktyabr

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2

20:03
15 Oktyabr

“Bank of America” 1,2 milyard dollar cərimələnib  

19:26
15 Oktyabr

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib  

19:19
15 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO  

18:36
15 Oktyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib  

18:29
15 Oktyabr

Yuxusuzluğun gözlənilməz səbəbi 

18:25
15 Oktyabr

Şotlandiyada “Harvinin səddi”nin qalıqları aşkar edilib  

17:45
15 Oktyabr

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb  

17:43
15 Oktyabr

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB  

17:33
15 Oktyabr

Polşada naməlum uçan obyekt tapılıb

17:23
15 Oktyabr

  Çinli aktyorlar dipfeyklər səbəbindən işlərini itirə bilərlər

17:18
15 Oktyabr

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub  

17:06
15 Oktyabr

Qlobal tərəfdaşlığın və dialoqun Bakı Zirvəsi   

16:40
15 Oktyabr

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

16:37
15 Oktyabr

Bitum yanğınlarının söndürülməsində daha effektiv və ekoloji köpük növləri sınaqdan keçirilib  

16:37
15 Oktyabr

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

16:23
15 Oktyabr

Bakı Bəyannaməsi qəbul edilib

16:19
15 Oktyabr

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib  

16:19
15 Oktyabr

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür  

16:18
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!