09 Oktyabr 2026 18:33
140
CƏMİYYƏT
A- A+
Masallı şəhər 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

Masallı şəhər 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib


R.Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta ümumtəhsil məktəbində müəllimlərin, valideynlərin və şagirdlərin iştirakı ilə yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın, eləcə də erkən nikaha cəlb olunma hallarının qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının icra vəziyyəti müzakirə edilib. 

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş igidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, Masallı Rayon Polis Şöbəsinin rəis müavini İxtiyar Talıbov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun aparıcı məsləhətçisi Hörmət Balakişiyev və Masallı Rayon Polis Şöbəsinin YYÇPİTQ-nın baş inspektoru Samid Əliyev çıxış ediblər. 

Çıxışlarda gənclər arasında narkomanlığın qarşısının alınması, şagirdlərin qadağan olunmuş əşyaları (kəsici və deşici alətlər, təhlükəli, zəhərli və tez alışan maddələr, kibrit və alışqanlar, siqaret və elektron siqaretlər, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi qadağan olunmuş maddələr) məktəbə gətirməmələri, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin hüquqi nəticələri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, yetkinlik yaşına çatmayanların təzyiqə və məişət zorakılığına məruz qalması, cinsi və əmək istismarına təhrik olunması, erkən nikaha cəlb edilməsi kimi halların qarşısının alınması istiqamətində maarifləndirici tövsiyələr səsləndirilib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil imkanları barədə də şagirdlərə məlumat verilib və gənclər bu istiqamətdə təşviq olunublar. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və tədbirin maarifləndirici əhəmiyyəti xüsusi vurğulanıb. 


Seyran CAVADOV,

“Azərbaycan”


 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallı şəhərində Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anılıb  

19:13
09 Oktyabr

Şəhid komandir

19:06
09 Oktyabr

Süni intellekt detektoru təqdim edilib

18:45
09 Oktyabr

Masallı şəhər 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

18:33
09 Oktyabr

Sumqayıtın təmizliyi vacib şərtdir  

18:28
09 Oktyabr

Azərbaycanın tranzit yolunda canlanma: Astarada yük axını sürətlənir

18:22
09 Oktyabr

Skandinaviyada qədim evlərdə insan qalıqları və zorakılıq izləri aşkarlanıb  

18:15
09 Oktyabr

Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları

17:52
09 Oktyabr

Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb

17:36
09 Oktyabr

Bakıda qatarların yolu insanlarla doludur

17:21
09 Oktyabr

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir  

16:52
09 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

16:50
09 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB 

16:49
09 Oktyabr

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib  

16:48
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!