09 Oktyabr 2026 17:52
1267
DÜNYA
A- A+
Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları

Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları


 Milyardlarla dollar dəyərində olan, nüvə raketləri ilə silahlanmış sualtı qayıqların müdafiəsində indi yanğınsöndürmə şlanqları da rol oynaya bilər. Britaniya Hərbi Dəniz Qüvvələrinin dənizçiləri limanda olduqları müddətdə dron təhlükəsinə qarşı qeyri-adi üsul üzrə təlim keçirlər.

Böyük Britaniyada atom sualtı qayıqlarının limanda pilotsuz uçuş aparatlarından (PUA) qorunması üçün dənizçilərə yanğınsöndürmə şlanqlarından istifadə öyrədilir. “The Sun” qəzetinin məlumatına görə, bu vasitələr limanda olan sualtı qayıqların yaxın məsafəli hava müdafiəsi üçün istifadə edilə bilər. Məlumata əsasən, yanğınsöndürmə şlanqları hədəfə daha dəqiq yönəldilməsi üçün tapança tipli dəstəklərlə təchiz olunub. Ehtimal edilir ki, güclü su şırnaqları FPV kameraları ilə idarə olunan yaxın və orta məsafəli dronlara qarşı istifadə ediləcək. Daha uzaq məsafələrdəki hava təhdidlərinin qarşısının alınması isə hərbi aviasiyanın üzərinə düşür.

Söhbət Böyük Britaniyanın strateji nüvə qüvvələrinin əsas elementlərindən olan “Vanguard” sinifli sualtı qayıqlardan gedir. Təxminən 5 milyard dollar dəyərində olduğu bildirilən bu qayıqlar “Trident II” ballistik raketləri ilə silahlanıb. “The Sun”un məlumatına görə, sualtı qayıqlar vaxtlarının böyük hissəsini Şotlandiyadakı Klayd hərbi-dəniz bazasının limanında keçirirlər. Bu zaman onlar havadan müşahidə və potensial dron hücumlarına qarşı həssas ola bilərlər.

Son illər münaqişələr ucuz və kiçik dronların belə bahalı hərbi texnikaya ciddi təhlükə yarada bildiyini göstərib. Bu səbəbdən hərbi obyektlərin qorunmasında ənənəvi hava hücumundan müdafiə sistemləri ilə yanaşı, daha sadə və çevik vasitələrə də maraq artır. Yanğınsöndürmə şlanqlarının dronlara qarşı nə dərəcədə effektiv olacağı isə ayrıca məsələdir. Bu üsulun real imkanları dronun növündən, məsafədən, hava şəraitindən və digər amillərdən asılıdır. Buna görə də onu tamhəcmli hava hücumundan müdafiə sisteminin əvəzi kimi qiymətləndirmək olmaz.

Beləliklə, müasir müharibənin paradokslarından biri yenidən gündəmə gəlir: milyardlarla dollar dəyərində olan hərbi platformaları qorumaq üçün bəzən ənənəvi, ilk baxışda sadə görünən vasitələr də sınaqdan keçirilir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Macarıstanda 700-dən çox qədim Roma sikkəsi tapılıb  

16:16
02 Noyabr

173 dərəcəyədək temperatura davam gətirən plastik hazırlanıb  

15:59
02 Noyabr

Xəyal qura bilməyənlərin yuxu sirri 

15:41
02 Noyabr

Yəməndə münaqişə səbəbindən 300 mindən çox insan evini tərk edib  

15:32
02 Noyabr

BMT Qərbi Səhra sülh missiyasının fəaliyyətinə son qoydu

15:27
02 Noyabr

İnsanın orta bədən temperaturu niyə düşür?  

15:16
02 Noyabr

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub  

15:10
02 Noyabr

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

15:07
02 Noyabr

Dəyişən əmək bazarı, yeni ixtisaslar

15:05
02 Noyabr

Kreml Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edir  

14:59
02 Noyabr

Çin Afrikaya yüksək texnologiyalı silah tədarükünü genişləndirib  

14:59
02 Noyabr

“Meta” ev işlərini robotlara həvalə etmək istəyir  

14:58
02 Noyabr

ABŞ-də aralıq seçkiləri öncəsi rəy sorğuları nəyi göstərir?

14:53
02 Noyabr

İnsan qanında şəkərin norması açıqlanıb

14:50
02 Noyabr

Şanxay üç min internet peyki buraxmağa hazırlaşır

14:21
02 Noyabr

“İrəvan Qazılığının tarixi” kitabı təqdim olunub  

14:17
02 Noyabr

 Lerik: şəhər mühiti və ekoloji gələcək

13:42
02 Noyabr

Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub  

13:24
02 Noyabr

Qaz və elektrik enerjisinin qiymətindəki artım “Azəristiliktəchizat”ın xərclərinə təsir göstərirmi?

13:12
02 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

13:07
02 Noyabr

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO  

13:04
02 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!