23 May 2024 16:13
301
Elm və texnika
A- A+

Marsda  unikal süxur nümunələri əldə edilib

 

NASA-nın Marsdakı “Perseverance” missiyası ilə yaxından məşğul olan komanda Marsda bioloji həyat növünün mövcud olub-olmadığını təyin etməyə imkan verəcək ən ideal süxur nümunəsini əldə edib. Alimlər Yerin məhz belə süxurlarında ən qədim mikroorqanizmlərin izlərini aşkar edirlər. Bu baxımdan Mars heç nə ilə fərqlənməməlidir.

“Perseverance” tərəfindən yığılan süxur nümunələrini Yer kürəsinə hələ çatdırılmayıb. Həmin nümunələrin geri qaytarılması üçün nəzərdə tutulmuş missiya artıq detallı şəkildə hazırlanıb. Sözügedən missiya düşünüldüyündən daha böyük büdcəyə və zamana ehtiyac duyur. Bununla belə Mars səthində süxur nümunələrinin yığılması prosesi davam edir.

“Perseverance” aparatının daxilində kiçik ölçülü 38 ədəd kapsul mövcuddur və onların hamısı nümunələrin yerləşdirilməsi üçün nəzərdə tutulub. Məlumata əsasən, kapsulların artıq 70 faizinə müxtəlif nümunələr yerləşdirilib. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video