10 Sentyabr 2026 18:15
43
İDMAN
A- A+
Mançesterdə bir “Sabah” 

Mançesterdə bir “Sabah” 

Bir azərbaycanlı jurnalist üçün bəlkə də ən yaddaqalan məqamlardan biri Azərbaycan klubunun İngiltərənin nəhəng komandalarından biri ilə qarşılaşmasını yerində işıqlandırmaqdır.

Bu il artıq üçüncü dəfədir ki, Azərbaycan klubunun Britaniyada İngiltərə təmsilçisinə qarşı oyununu işıqlandırıram. İlin əvvəlində “Qarabağ”ın “Nyukasl” və “Liverpul”la qarşılaşmalarında olmuşam. İndi isə yolum Mançesterə düşüb. “Sabah”ın “Mançester Yunayted”lə oyununu işıqlandırmağa...

Londondan Mançesterə qatarla təxminən iki saat yarımlıq yoldur. Sentyabrın 9-da, oyundan bir gün əvvəl şəhərə çatıram. İlk ünvanım “Mançester Yunayted”in Karrinqtondakı məşq bazasıdır. Burada komandanın oyunöncəsi mətbuat konfransı keçiriləcək.

Məni Karrinqtona aparan taksi sürücüsü Mançesterdə doğulub böyüyüb. “Sabah” haqqında eşidib-eşitmədiyini soruşuram. Məşq bazasına getdiyimi biləndə dərhal cavab verir: “Bəli, eşitmişəm. Sizin baş məşqçiniz televiziya şousunda qalib gəlib”.

Bu qısa söhbət belə göstərir ki, bu gün Mançesterdə diqqət təkcə “Sabah”ın deyil, onun baş məşqçisi Valdas Dambrauskasın da üzərindədir. Onun “Kim milyonçu olmaq istəyir?” televiziya şousunda qalib gəlməsi həm Azərbaycan, həm də xarici mediada geniş maraq doğurub. Dünən “Mançester Yunayted”in mətbuat konfransından sonra da ingilis jurnalistlər bu barədə öz aralarında müzakirələr edirdilər.

“Sabah”ın qarşısında çətin bir sınaq var: “Old Trafford”… Dambrauskas özü də komandasını hansı səviyyədə rəqiblərin gözlədiyini çox yaxşı anlayır. O, mətbuat konfransında “Sabah”ın olduqca çətin rəqiblərlə üz-üzə gələcəyini, “Arsenal”, “Mançester Yunayted”, “Barselona” kimi dünya futbolunun nəhənglərinə qarşı oynayacaqlarını vurğuladı.

Biz də bunun fərqindəyik. Bilirik ki, “Sabah”ın işi asan deyil. İngiltərə və dünya futbolunun ən böyük klublarından birinin qarşısına “Old Trafford”da çıxmaq özü böyük sınaqdır.

Amma bəzən futbol yalnız nəticədən ibarət olmur.

Azərbaycan klubunun bu səviyyədə, belə stadionlarda, belə rəqiblərə qarşı meydana çıxması özü böyük hadisədir. Dünən axşam “Old Trafford”da “Sabah”ın oyunöncəsi məşqini izləyərkən bunu bir daha hiss etdim. Azərbaycan komandasının bu əfsanəvi stadionda məşq etməsini görmək, bunu lentə almaq, həmin anların içində olmaq və ölkəyə çatdırmaq jurnalist kimi mənim üçün xüsusi hiss idi. Bəzən bunu sözlə ifadə etmək həqiqətən çətindir.

İndi Mançesterdə oyuna hələ saatlar var. Şəhər öz adi ritmindədir, amma “Sabah” üçün bu, adi bir gün deyil.

Matçı izləmək üçün təxminən 300 azərbaycanlının stadiona gələcəyi gözlənilir. Artıq Niderlanddan, Qlazqodan, başqa şəhər və ölkələrdən Mançesterə gələn tanışlarla qarşılaşırıq. Onlar nəticədən asılı olmayaraq, komandaya dəstək olmaq üçün buradadırlar. Heç kim qarşılaşmanın asan olacağını düşünmür. “Mançester Yunayted” kimi futbol nəhənginin qarşısına çıxmaq çətindir. Amma Valdas Dambrauskasın dediyi kimi, bu, futbolçular üçün də böyük təcrübədir. Belə oyunlardan komanda çox şey öyrənə bilər. Baş məşqçi mətbuat konfransında bu təcrübədən zövq almağa çalışacaqlarını söylədi.

Bəlkə də bu gün bizim üçün də ən doğru yanaşma elə budur.

Bir jurnalist kimi “Old Trafford”dan Azərbaycan klubunun oyununu işıqlandırmaq, tribunada Azərbaycan bayraqlarını görmək, meydanda ölkəmizi təmsil edən komandanı izləmək və bütün bunları oxuculara çatdırmaq özü zövq alınacaq bir hadisədir.

İşimiz asan deyil, oyun da asan olmayacaq. Amma bu gün bir şeyi əminliklə deyə bilərəm: Azərbaycan futbolunun “Sabah”ı çox parlaq və ümidvericidir. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan klublarının belə böyük oyunlarının hələ çoxunu işıqlandırmaq imkanım olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfrans təşkil edilib

18:20
10 Sentyabr

Mançesterdə bir “Sabah” 

18:15
10 Sentyabr

ICESCO-nun növbədənkənar sessiyasında təşkilatın maliyyə sabitliyi və borcların tənzimlənməsi müzakirə olunub

18:10
10 Sentyabr

TİKA Azərbaycanda 1700-dən çox layihə həyata keçirib

18:04
10 Sentyabr

Si Cinpin Hindistana səfər edəcək

17:57
10 Sentyabr

Xəzərin səviyyəsinin azalması ekoloji və sosial-iqtisadi riskləri artırır

17:50
10 Sentyabr

AQTA ilə Litvanın müvafiq qurumu arasında təcrübə mübadiləsi aparılıb

17:43
10 Sentyabr

Çində yanan gəmidə azı 20 nəfər ölüb 

17:36
10 Sentyabr

Mühəndislik fakültəsinin yeni tələbələri BMU ilə tanış olublar

17:29
10 Sentyabr

Qlobal neft tədarükünün bu il sutkada 100,6 milyon barel olacağı gözlənilir

17:22
10 Sentyabr

Maliyyə Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibi formalaşdırılıb

17:15
10 Sentyabr

Rahid Əmirquliyev: “Sabah” əks-hücumlara üstünlük versə, “Mançester Yunayted”i cəzalandıra bilər

17:08
10 Sentyabr

“Pensiya sisteminin liberallaşdırılması” kitabı nəşr edilib

17:01
10 Sentyabr

IEA: Təbii qazın bahalaşması 2026-cı ildə qlobal kömür tələbatını artıracaq

16:54
10 Sentyabr

ABŞ neft qiymətlərinə dair proqnozunu artırıb

16:47
10 Sentyabr

ARDNF aparıcı suveren investorlarla birlikdə Çin-ASEAN Birgə İnvestisiya Şurasını təsis edib

16:40
10 Sentyabr

“Naxçıvan” basketbol klubuna belaruslu baş məşqçi təyin olunub

16:33
10 Sentyabr

Kosta-Rikanın 119 yaşlı sakini dünyanın ən yaşlı insanı kimi tanınmağa çalışır

16:26
10 Sentyabr

Səkkiz ayda 446 yeni dövlət standartı qəbul edilib

16:19
10 Sentyabr

Gəncədə Oftalmologiya şöbəsi müasir avadanlıqlarla təchiz olunub

16:12
10 Sentyabr

Gələn ildən Rusiyada miqrant ailələri üçün yeni dövr başlayır

16:10
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!