02 Oktyabr 2022 13:27
320
SİYASƏT
A- A+

Maksim Qauen: Təxribat strategiyası erməni millətçiliyinin çox köhnə ideyasıdır  

 

Fransız tarixçi, politoloq, Avrasiya Araşdırmaları Mərkəzinin tədqiqatçısı Maksim Qauen ölkəmizin dövlət sərhədində Ermənistanın törətdiyi son hərbi təxribatlara və yaranmış vəziyyətə münasibət bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Politoloq bu təxribatların erməni komandanlığının tərkibində məlum havadarlarının köməyi ilə yeni müharibə arzusunda olan, azərbaycanlıların əvvəllər işğal olunmuş ərazilərə qayıtmasının qarşısını almaq istəyən revanşist zabitlər tərəfindən həyata keçirildiyini hesab edir: “Nikol Paşinyanın onların tərəfində olduğunu düşünmürəm. O, həqiqətən də dövlət çevrilişindən qorxduğu üçün orduda təmizlik aparmadı”.

Ekspertin fikrincə, sentyabrda vəziyyətin gərginləşməsi Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda əhəmiyyətli irəliləyişin olması və Erməni İnqilab Federasiyasının (ARF) İrəvanda hakimiyyət dəyişikliyi etmək istəyi ilə bağlıdır.

Sülh əleyhinə nümayişlərin əsas təşkilatçıları arasında terrorçu, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsuluna sui-qəsd törətdiyinə görə Kaliforniyada məhkum edilmiş, hazırda Ermənistanda yaşayan Hampiq Sasunyanın da olduğuna diqqət cəlb edilib: “O, təxminən 40 il həbsdə olub. Paşinyan tərəfdarları tərəfindən linç edilmək riski olmasına baxmayaraq, yenə də öldürməkdən çəkinməyəcək. 1999-cu ildə Ermənistanın baş naziri Azərbaycanla sülh sazişinin imzalanmasını nəzərdən keçirdiyi üçün öldürülüb”.

M.Qauen nəzərə çatdırıb ki, Ermənistanın məlum havadarları Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunacaq sülh razılaşmasını istəmir və indiki kontekstdə (İsrail-Türkiyə-Azərbaycan üçbucağının yenidən yaradılması) Zəngəzur dəhlizi layihəsinə qarşı şiddətlə çıxır. Amma Azərbaycan və Ermənistan rəhbərləri arasında Zəngəzur dəhlizinin mahiyyəti ilə bağlı fikir ayrılıqları olsa da, onları danışıqlar yolu ilə həll etmək mümkündür.

Təxribat strategiyasının erməni millətçiliyinin 1890-cı ildən əl atdığı çox köhnə ideya olduğunu xatırladan politoloq bildirib ki, məqsəd xarici müdaxiləni təhrik etməkdir. Amma bu dəfə təxribatçıların Azərbaycanın balanssız cavab verəcəyi ümidi puça çıxıb: “Azərbaycan Ordusu Ermənistanın döyüş vasitələrini məhv etdi, yüzlərlə hərbçini öldürdü və strateji yüksəklikləri ələ keçirərək sərhədi təkbaşına demarkasiya etdi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video