"Fransa beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan dövlətdir. Lakin dövlətə rəhbərlik edən şəxsin beynəlxalq aləmdə heç bir hörməti yoxdur. Bakı və Paris arasındakı mövcud gərginliyin əsas səbəbkarlarından biri də məhz prezident Emmanuel Makrondur. Makron hakimiyyətinin beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə zidd mövqeyi ölkənin reytinqini son dərəcə aşağı salıb. Fransızlar Makronu 2022-ci ildə ikinci dəfə ölkəyə rəhbər seçdiklərinə görə peşman olublar".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, Makron Fransası Afrikadan qovulmuş, iqtisadiyyatı zəifləmiş, sosial ehtiyacları ödənməmiş Fransadır: "Bu gün ölkədə xalq etirazları baş alıb gedir, əhalinin əksər hissəsinin gəlirləri azalıb. Fransalıların böyük əksəriyyəti Makronun fəaliyyətindən çox narazıdır, çünki o, təpədən dırnağa qədər ermənipərəst siyasət həyata keçirməklə ölkəsinin problemlərini və vətəndaşlarının ehtiyaclarını unudub".
Elman Nəsirov bildirib ki, Makrondan əvvəlki 24 prezidentin heç biri onun qədər ermənipərəst olmayıb: "Ona görə də Makronu, əslində, fransızların yox, Fransadakı erməni lobbisinin rəhbəri adlandırmaq olar. Fransa Vətən müharibəsində açıq şəkildə Ermənistanın tərəfini tutub. Nəticədə məğlubiyyətə uğrayan Makron bu gün Azərbaycanın yeni hərbi-siyasi reallıq yaratması ilə barışa bilmir və regionun daxili işlərinə müdaxilə etməyə cəhd göstərir".
Deputat vurğulayıb ki, bu gün Fransanın özünün maraqlarını kənara qoyaraq ermənilərin cılız maraqlarına xidmət edirmiş kimi görünməsi aldadıcı görünə bilər: "Aydındır ki, Makron heç də ermənilərin maraqlarını təmin etmək məqsədilə onları müdafiəyə qalxmır. Burada əsas səbəb Cənubi Qafqazda möhkəmlənmək istəyidir. Ona görə də Fransa regiona sülh və əmin-amanlığın deyil, əksinə, növbəti bir müharibənin gəlməsinin tərəfdarıdır. Bu çirkin niyyətlərini həyata keçirmək üçün də Ermənistanı silahlandırır və revanşizmi dəstəkləyir. Təsadüfi deyil ki, AŞPA-dan Azərbaycana qarşı göstərilən təzyiqlərin də dirijoru məhz Yelisey sarayıdır. Amma yəqin ki, 2027-ci ildə onun prezidentliyinə son qoyulacaq və Makron Fransa tarixinə ən uğursuz prezident kimi düşəcək".
Makronun siyasətinin ilk növbədə Fransanın öz maraqlarına zidd olduğunu vurğulayan Elman Nəsirov əlavə edib: "Bu prezident ölkəsinin gələcəyini böyük sual altında qoyur. Öz hakimiyyətini qoruyub saxlamaq üçün Fransadakı erməni lobbisinin əlində bir alətə çevrilib. Bu, Fransa siyasətinin biabırçılığıdır".
N.QAFARZADƏ,
"Azərbaycan"
IV Antalya Diplomatiya Forumu başa çatıb
Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib
Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib
Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı
Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb
Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib
ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib
Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib
COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir
Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub
ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib
Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır
Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib
Bilmək istəyirəm
Ulduzlardan süzülən gözəllik
Fırçası ilə səhnəni həyata çevirirdi
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi06 Aprel 2025
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!