01 Oktyabr 2023 14:38
449
SİYASƏT
A- A+

Leyla Abdullayeva: Yalan çıxışlara son qoymağın vaxtıdır

 

Yalan çıxışlardan qurtulmağın vaxtıdır. Səhv və əsassız iddialar yaymaqla Fransa ictimai rəyə qeyri-sağlam ideyalar aşılamaqdan əl çəkməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransadakı səfirimiz Leyla Abdullayeva BFM televiziya kanalında çıxışında deyib.

Ermənilərin Qarabağ ərazisini tərk etməsi ilə bağlı BFM televiziya kanalına dəvət edilmiş səfir Leyla Abdullayeva bildirib ki, ermənilər öz istəkləri ilə gedirlər. “Bu, etnik təmizləmə deyil, Azərbaycanı əsaslandırılmamış fikirlərlə ittiham edə bilməzsiniz. Yalan çıxışlardan qurtulmağın vaxtıdır”,- deyə L.Abdullayeva eyni platformada yalan iddialar irəli sürən erməniyə cavab verib. Bildirib ki, Qarabağdakı ermənilər özləri qalmaq istəmirlər və onları heç kim məcbur etmir.

“Separatçı respublikanın ləğvi elan edildikdən bir gün sonra əhali Qarabağ bölgəsini tərk etmək qərarına gəldi”, - deyə Leyla Abdullayeva bu ərazinin Bakının suveren torpağı olduğunu bir daha xatırladıb. Qeyd edib ki, beynəlxalq ictimaiyyət, eləcə də Ermənistan da Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu təsdiqləyir.

“Reallıq ondan ibarətdir ki, Azərbaycan hökuməti Qarabağın erməni sakinlərindən yaşayış yerlərini tərk etməməyi deyib”, - deyə Azərbaycan səfiri diqqətə çatdırıb.

Səfir Leyla Abdullayeva 30 il ərzində azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətindən danışaraq, vəziyyəti bir gecədə dəyişməyin mümkün olmadığın deyib. Vurğulayıb ki, Bakı Qarabağ ermənilərinə dialoq aparmağı təklif edib və artıq Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyət orqanı arasında daha yaxşı ünsiyyət qurmaq və problemləri həll etmək üçün görüşlər keçirilib və keçirilməkdə davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video