30 Yanvar 2022 00:48
1383
Elm və texnika
A- A+
Leonardo da Vinçidən başlayan tarix

Leonardo da Vinçidən başlayan tarix

 

İlk avtomobil cizgiləri Leonardo da Vinçiyə aid edilir. 1447-ci ildə o, əzələ gücü ilə hərəkətə gətirilə bilən zirehli arabanın layihəsini işləyir.

İlk real avtomobilin peyda olması isə təxminən 120 il əvvəl baş verib. Avtomobillərin hazırlanması üçün ilk olaraq, buxar mühərrikli qurğular ixtira etməyə başlayıblar. İlk buxar mühərrikli qurğular hələ XVII əsrdə meydana çıxmağa başlasa da, onlar yavaş hərəkət edir, güclü səs çıxarır, həmçinin çoxlu tüstü buraxırdı.

 1769-cu ildə fransız Nikola-Jozef  Kyunyo özünün “buxar arabası” adlanan ixtirasını təqdim etdi. Ölçüsü 60 santimetr olan “araba” buxarla işləyirdi. Onun maksimal sürəti saatda 3,6 kilometr, yanacaq ehtiyatı isə cəmi 15 dəqiqəlik hərəkət üçün bəs edəcək qədər idi. Bu qurğunun topları daşımaq üçün vasitə kimi istifadə olunması nəzərdə tutulsa da, o, özünü doğrulda bilmədi. Ancaq buna baxmayaraq, onun bu arabası nəinki avtomobilin, hətta parovozun əcdadı hesab olunur.

Bir neçə ildən sonra İngiltərə  və Almaniyada da buxar arabaları meydana gəldi. Buxar mühərriki ilə işləyən avtomobillər ağırlığına və istifadə üçün rahat olmadığına görə geniş tətbiq edilmədi.

1791-ci ildə rusiyalı ixtiraçı İvan Kulibin buxar mühərriki və pedalla təchiz olunmuş fayton hazırladı. Bu qurğu, həmçinin sürət qutusu, podşipnik, tormoz, nazimçarx və üç təkərə malik idi. Lakin onun ixtirası hökumət tərəfindən dəstəklənmədi.

XVIII əsrin 90-cı illərinin sonlarında amerikalı tədqiqatçı Evans “Oraktur Amfibilos” adlı buxar arabası hazırladı. Onun arabası həm quruda, həm də suda hərəkət etməyə imkan verirdi. Bu kəşfə dünyada ilk dəfə olaraq avtomobil üçün patent verilib.

Avtomobillərin inkişafına buxar mühərriki ilə nail olunmayacağını anlayan alimlər öz qüvvələrini elektrik enerjisi ilə işləyən mühərriklərin inkişafına yönəltdilər. XIX əsrin əvvəllərində yığcam və güclü daxili yanma mühərriklərinin yaranması ilə avtomobilqayırmanın inkişafı üçün geniş imkanlar açıldı. Macar ixtiraçı Yedlik Anoş 1828-ci ildə dünyada ilk dəfə olaraq özünün miniatür avtomobil modeli üçün elektrik mühərriki ixtira etdi.

1900-cu ildə artıq həm buxar, həm elektrik, həm də benzinlə işləyən avtomobil var idi. 1920-ci ilə qədər davam edən bu rəqabətdən benzinlə işləyən avtomobillər qalib çıxdılar. Benzinin neftdən asan əldə edilməsi və qiymətinin ucuz olması benzinlə işləyən avtomobillərə üstünlüyün verilməsinə gətirib çıxardı.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Komissiyası 2050-ci ilə qədər yoxsulluğu aradan qaldırmağı hədəfləyir

18:43
07 May

Mükəmməl ictimai nəqliyyat niyə avtomobilləri tam əvəz edə bilmir?

18:31
07 May

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

18:29
07 May

İğdırdakı Heydər Əliyev adına liseydə “Bir millət, iki dövlət” adlı sinif otağı açılıb  

18:28
07 May

Zelenski: Ukrayna Rusiyanın hücumlarına “uzaqmənzilli sanksiyalar” ilə adekvat cavab verəcək  

18:26
07 May

Körfəz ölkələri iqtisadiyyatı təhlükədə

18:16
07 May

Fermer təsərrüfatlarında günəş enerjisi tətbiqi sadələşdirilib

18:13
07 May

Dünya enerji nəhəngi rekord mənfəətini açıqlayıb

17:36
07 May

AYİB Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsini nəzərdən keçirir

17:34
07 May

Böyük Britaniyada hava təcili yardım xidmətləri təhlükə altındadır

17:29
07 May

Azərbaycan və Gürcüstanın hərbi qurumları arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilir  

17:24
07 May

Yeni Zelandiya çaylarını qorumaq uğrunda mübarizə aparır

17:17
07 May

Yaxın Şərqdəki gərginlik Kaliforniyada benzin qiymətlərini rekord həddə çatdırıb

17:02
07 May

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

16:25
07 May

Baş prokuror: Azərbaycan və Monqolustan arasında hüquqi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulub  

16:24
07 May

İran Prezidenti milli birliyə çağırır və həmrəyliyi zəiflətmək barədə xəbərdarlıq edir  

16:22
07 May

Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb

16:21
07 May

ADA Universitetində tələbələrin sosial məsuliyyət və sənaye əməkdaşlığı layihələri mükafatlandırılıb  

16:16
07 May

ABŞ Yaxın Şərqdəki hərbçilərinin sayını artırıb

15:57
07 May

“SAHA Expo 2026”da yeni texnologiyaların nümayişi davam edir

15:41
07 May

“Nəvahi” və “Şəfəq” yarımstansiyaları üzrə əlavə işlərə başlanılıb

15:38
07 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!