18 May 2025 08:15
645
CƏMİYYƏT
A- A+
Laçının azad çağı

Laçının azad çağı


2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev 50 illik yubileyini Ağcabədidə, Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün ailələri ilə birgə qeyd edən zaman demişdi ki, bu müvəqqəti yaşayış məntəqəsidir: "Torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda, hələ işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm".

Həmin tarixi günün üzərindən heç on il keçməmiş Laçın rayonu işğaldan qurtuldu. 2022-ci il avqustun 26-da azadlığına qovuşdurulan Laçın şəhərinə cəmi bir ildən sonra - 28 may Müstəqillik Günündə qayıdış köçü həyata keçirildi.  Həmin gün azad Laçında bu əsrarəngiz şəhərin sakinləri ilə görüşən Prezident İlham Əliyev də vaxtilə Ağcabədidə laçınlılarla keçirilən o unudulmaz görüşü xatırladı və həmin gün deyilən sözlərin bu gün gerçəyə çevrilməsinin qürurunu bölüşdü: "O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz". 

Qarabağın xilaskarı İlham Əliyev vurğuladı ki, bu tarixlərin - yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var: "May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq".


Laçın bizimdir! 


Ancaq Laçın eli doğma diyarları Laçına qovuşduqları  bu əziz gündən üç onillik əvvəl elə bir faciə ilə üzləşmiş, elə bir ağrı-acılara, əzablara tuş gəlmişdilər ki...

1992-ci il mayın 18-də, Şuşanın işğalından 10 gün sonra Laçın rayonunun da Ermənistan tərəfindən zəbt olunması həmin dövrdə ölkəmizin üz-üzə qaldığı hərtərəfli böhranı daha da dərinləşdirdi. Laçının işğal altına düşməsi ilə faktiki olaraq Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradıldı. Bu isə növbəti mərhələdə işğalçı Ermənistanın Kəlbəcəri və digər rayonlarımızı da bir-bir zəbt etməsinə birbaşa şərait yaratdı. 

Təbii ki, Ermənistanın rayonlarımızı, o cümlədən Laçını asanlıqla işğal etməsi həmin dövrdə ölkədəki rəhbərliyin və iqtidara can atan qüvvələrin milli xəyanətinin ağrı-acılı nəticəsi idi. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanırdı. Həmin faciəvi dövrdə Şuşanın, Laçının müdafiəsini təşkil etmək əvəzinə Bakıda hakimiyyət davası aparan antimilli qüvvələri nə ölkənin, nə də xalqın taleyi maraqlandırırdı. Buna görə də 1992-ci il mayın 18-də Laçın da işğal altına düşdü və yurdundan zorla didərgin salınan, məcburi köçkünə çevrilən on minlərlə vətəndaşımız ölkəmizin müxtəlif bölgələrində çadırlarda, yataqxanalarda, vaqonlarda... acınacaqlı vəziyyətdə yaşamağa başladılar. 

Laçınlılar illərlə məcburi köçkünlüyün maddi-mənəvi əzablarına qatlaşmağa məcbur oldular, amma bir gün də olsun Laçına qayıdacaqları inamlarını itirmədilər. O günü böyük səbr, arzu və istəklə gözlədilər. Və bir qərinəlik həsrətin ardından laçınlıların da vətən nisgili bitdi, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza "Laçın bizimdir! Qarabağ bizimdir!" müjdəsini çatdırdı.  


Qələbə silsiləsi


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq zəfər sayəsində 2020-ci il noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə atılmadan, bir itki verilmədən azad edildi. 

2021-ci il avqustun 16-da Laçın rayonuna səfər edən Prezident İlham Əliyev burada Laçın Beynəlxalq Hava Limanının təməlini qoymaqla Şərqi Zəngəzurun bu cənnətməkan ərazisində də aparılacaq geniş quruculuq və bərpa işlərinə start verdi. 

Azərbaycanın 10 noyabr Üçtərəfli Bəyanatında nəzərdə tutulmuş yeni Laçın avtomobil yolunu vaxtından xeyli əvvəl istifadəyə verməsi ilə 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri təcavüzkarlar tərəfindən boşaldıldı. 

Laçın işğal olunduqdan sonrakı müddətdə mənfur ermənilər hərbi cinayət əməli törədərək Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşma aparmışdılar. Bura Ermənistandan, eləcə də Yaxın Şərqdən ermənilər köçürülərək qanunsuz məskunlaşdırılmışdılar. Bu məskunlaşmada xaricdəki erməni diasporu və müxtəlif ianələr toplayan fondlar da fəal rol oynamışdılar. Amma faktdır ki, işğaldan öncə bu kəndlərin heç birində erməni əhali yaşamamışdı. 

Həmin vaxt gəlmə erməniləri "yerli" sakin kimi dünyaya sırımağa çalışan riyakar düşmən göz boyamaq üçün onlara bir-neçə ev tikib versə də, ümumilikdə digər işğal altında saxladıqları ərazilərimiz kimi, Laçının Zabux və Sus kəndlərini də talan etmiş, yaşayış evlərini sökmüş və həmin kəndlərin ərazisində olan xalqımıza aid abidələri tamamilə dağıdıblar. Dəhşətli faktlardan biri də ermənilərin Zabuxda özləri üçün inşa etdikləri evlərin əksəriyyətinin azərbaycanlıların məzarlığı üzərində tikilməsidir. 

2022-ci ilin avqustunda Zabux və Susda qanunsuz məskunlaşdırılan ermənilər azərbaycanlılara məxsus yaşayış sahələrindən çıxarılanda da 2020-ci ildə Kəlbəcərdə və Laçında nümayiş etdirdikləri vəhşi əməllərini davam etdirərək evləri, meşələri yandırdılar, flora və faunaya ciddi zərər vurdular.

Ancaq parlaq Zəfərimiz sayəsində mənfur düşmən Laçın torpağından da birdəfəlik qovuldu. 

Azadlığından sonra - 2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan qalib lider İlham Əliyev çıxışında bəyan etdi ki, bu, tarixi hadisədir: "Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır".

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncamına əsasən, 26 Avqust Laçın şəhəri günü kimi qeyd olunur. 

Laçınla bağlı tarixi qələbələr silsiləsinin növbəti addımı üçrəngli, ay-ulduzlu şanlı bayrağımızın 2023-cü il aprelin 23-də Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində yüksəldilməsi oldu. Bununla ölkəmizin ərazi bütövlüyü qətiyyətlə təmin edildi.


Dağlar qoynunda yenidən həyat


Tarixi zəfərimiz Laçın rayonuna da yenidən həyat qaytardı. Bütün işğaldan azad edilən ərazilərimizdə olduğu kimi, bu rayonda da genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Yollar, tunellər çəkilir, infrastruktur qurulur, elektrik stansiyaları quraşdırılır. Görülən sürətli kompleks işlərin nəticəsidir ki, Laçın şəhərinə, eləcə də Zabux və Sus kəndlərinə qayıdış da həyata keçirilib. Bu günədək 570 ailə (2090 nəfər) Laçın şəhərində, 217 ailə (823 nəfər) Zabux kəndində, 59 ailə (215 nəfər) Sus kəndində məskunlaşıb. 

Qarabağın qurucu memarı İlham Əliyevin xoş ənənələrindən biri də yurdlarına dönən keçmiş məcburi köçkünləri öz doğma evlərində ziyarət etməsidir. 

Dövlət başçımızın bayram əhvalı ilə keçən növbəti görüşü isə 2023-cü il mayın 28-də Laçına dönən ilk sakinlərlə oldu. Laçınlıların yurda dönüş sevinclərini bölüşən Prezident İlham Əliyev, "cənnətin əgər təsviri varsa, bu gün bax budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun" - söyləmişdi. 

Bəli, 1992-ci il mayın 18-də ah-nalə,  fəryadla dədə-baba torpaqlarından didərgin salınan, illərlə torpaq həsrəti, mənəvi məhrumiyyətlərlə yaşayan Laçın eli əbədi bəxtəvər həyata qədəm qoyub. 

Xalqımız  Laçının daha işğal tarixini yox, bu dağlar qoynundakı füsunkar rayonun azadlıq bayramını  qürurla qeyd edir...


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!