18 May 2024 08:45
301
CƏMİYYƏT
A- A+
Laçın dünən və bu gün

Laçın dünən və bu gün

 

1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən ermənilər mayın 18-də Laçını işğal etdilər.  
İşğal nəticəsində Laçın rayonunun əhalisi doğma yurdlarından didərgin düşdülər. 300-dən artıq həm hərbi, həm də mülki şəxs həlak oldu və itkin düşdü. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminin qurbanı oldu. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ağır zərər vuruldu. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan edildi. 77 min nəfərdən çox olan Laçın sakinləri 30 ilə yaxın Azərbaycanın müxtəlif bölgələrində əzab-əziyyətlər içində yaşadılar.
Ermənistanın Azərbaycana qarşı kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pislədi. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etdi. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən boyun qaçıraraq, işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasətindən əl çəkmədi.
Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının və ölkələrinin bacarmadıqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu həyata keçirdi. 2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Uzun illər Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi, yenilməz qətiyyəti və ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. 
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı birgə bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Burada qanunsuz məskunlaşmış erməni əhali çıxarıldı. Noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Siyasi şərhçilər Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsi kimi qiymətləndirdilər.
Artıq biz bu gün kədər və həsrət dolu zamanları yada salıb Laçının işğalından danışmırıq. Bu gün erməni işğalından azad olunmuş doğma diyarda aparılan böyük quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin öz ocaqlarına qayıtmasından bəhs edirik. Dövlətimizin başçısı İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Laçınlılar bu əziz günü 30 il həsrətində olduqları və yenicə köçdükləri doğma evlərində qürurla və iftixarla qeyd edirlər.
Otuz ilə yaxın davam edən erməni vandalizminə məruz qalan Laçın bu gün ömrünün yeni, ən işıqlı dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev bu günə qədər dəfələrlə Laçın rayonuna səfər edib. Laçına növbəti səfəri zamanı bu gözəl diyarda aparılan quruculuq işlərindən bəhs edən dövlət başçımız demişdir: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərin tikilməsinə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. 
Planlaşdırmada tətbiq edilmiş "15 dəqiqəlik şəhər" prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərə alaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
Bu gün Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində azad Laçın artıq sürətli inkişaf mərhələsinə qədəm qoyub. Laçın rayonunda keyfiyyətlə aparılan quruculuq işləri laçınlılarla bərabər, bütün Azərbaycan xalqını sevindirir. Ata-baba yurdlarına qayıdan sakinlər Laçında xoş və firavan bir həyat sürürlər. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-da seçki məntəqələri əməkdaşları təhdidlərlə üzləşiblər

09:33
05 Noyabr

Almaniya Ukraynaya əlavə 200 milyon avro yardım ayıracaq  

09:31
05 Noyabr

İqlim dəyişikliyi sağlamlığımızı da təhdid edir

09:00
05 Noyabr

Tramp, yoxsa Harris?!

08:55
05 Noyabr

Döyüş meydanında sona çatan 30 illik ömür yolu

08:50
05 Noyabr

Vüsala yetməyən ömür

08:45
05 Noyabr

"Biz çox şadıq ki, COP29 Azərbaycanda keçirilir"

08:40
05 Noyabr

“Yaşıl paytaxt”ın yeni abadlıq ünvanı

08:35
05 Noyabr

Prezident islahatlarının daha bir uğurlu nümunəsi

08:30
05 Noyabr

Heydər MƏMMƏDOV: "Ali hüquq təhsili alan gənclərin əksəriyyəti prokurorluq əməkdaşı olmaq istəyir"

08:25
05 Noyabr

"Ali təhsildə elmi fəaliyyətin və tədrisin təşkili: cari vəziyyət və yeni çağırışlar" və "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət"mövzularında tədbirlər keçirilib

08:20
05 Noyabr

Düşmən bütün cəbhələrdə itkilər verərək geri çəkilib

08:15
05 Noyabr

Əsrlərə bərabər 44 gündə yazılan möhtəşəm Zəfər

08:10
05 Noyabr

İlham Əliyevin Zəfər salnaməsi

08:05
05 Noyabr

Milli gücün təntənəsi

08:00
05 Noyabr

Zəfərin reallıqları - polad iradə, güclü dövlətçilik, etibarlı təhlükəsizlik sistemi

02:00
05 Noyabr

C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

00:55
05 Noyabr

Y.A.Ömərovun Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilməsi haqqında

00:55
05 Noyabr

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2130 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

00:54
05 Noyabr

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:53
05 Noyabr

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri - Sumqayıt Yaşayış Kompleksində və Ləkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan

00:51
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!