31 Dekabr 2025 13:57
656
SİYASƏT
A- A+
Kubanıçbek Ömüralıyev: TDT-nin qazandığı dinamikanı davam etdirərək, qlobal nüfuzunu daha da artıracağına inanırıq  

Kubanıçbek Ömüralıyev: TDT-nin qazandığı dinamikanı davam etdirərək, qlobal nüfuzunu daha da artıracağına inanırıq  


Bu ilin ən əlamətdar hadisələrindən biri oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə “Regional Sülh və Təhlükəsizlik” mövzusunda keçirilən 12-ci Zirvə Görüşü oldu. Azərbaycanın suverenliyini bərpa etməsindən və Ermənistanla sülh sazişindən sonra keçirilən bu Zirvə regional sülh və kommunikasiyanın qlobal miqyasda yenidən ön plana çıxdığı bir dövrdə Türk dünyasında davamlı sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaratdı.

Gələcəyə baxdıqda, Türk dünyası daxilində körpü rolunu oynayan, siyasi təsiri, iqtisadi potensialı, regional və qlobal məsələlərdə artan rolu ilə seçilən Azərbaycanın sədrliyi dövründə TDT-nin 2025-ci ildə qazandığı dinamikanı davam etdirərək, təsirini və qlobal nüfuzunu daha da artıracağına inanırıq.

Bu fikirlər Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin ilin yekunları və Yeni il münasibətilə AZƏRTAC-a açıqlamasında yer alıb.

O bildirib ki, 2025-ci il Türk Dövlətləri Təşkilatı (TDT) üçün əhəmiyyətli irəliləyişlərlə yadda qalıb. “Türk dünyası 2040 Baxışı” və TDT-nin 2022–2026 Strategiyası çərçivəsində siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələndirmənin gücləndirilməsi, qarşılıqlı mədəni təsirin artırılması və xalqlar arasında bağların möhkəmləndirilməsi məqsədi daşıyan əsas təşəbbüsləri qətiyyətlə inkişaf etdirildi. Bununla da institusional möhkəmlənmənin və strateji açılmanın növbəti mərhələsi üçün möhkəm zəmin formalaşdı.

Üzv və müşahidəçi dövlətlərin TDT-nin regional və beynəlxalq platformalardakı rolunu və təsirini artırmaq məqsədilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiklərini vurğulayan Baş katib deyib: “Yüksəksəviyyəli görüşlər, nazirlər səviyyəsində məsləhətləşmələr, ekspert iclasları və institusional əməkdaşlıqlar vasitəsilə əsas fəaliyyət sahələrimizdə əməkdaşlığı dərinləşdirdik, təşkilatımızın dialoq və tərəfdaşlıq üçün səmərəli platforma olma qabiliyyətini daha da gücləndirdik”.

Qeyd edilib ki ki, ilin ən mühüm hadisələrindən biri may ayında Budapeştdə keçirilən Qeyri-rəsmi Zirvə Görüşü olub. İlk dəfə olaraq Zirvə görüşü Avropada, müşahidəçi dövlətin ev sahibliyi ilə təşkil edilib. Tədbirdə qəbul olunan “Budapeşt Bəyannaməsi” iqtisadi inteqrasiya, rəqəmsal inkişaf və təhlükəsizlik sahələrində yeni “Yol xəritəsi” müəyyənləşdirib. Bu mühüm mərhələ TDT-nin yalnız yaxın coğrafiya ilə deyil, daha geniş məkanda da mənalı əlaqələr qura bilən, gələcəyə yönəlmiş platforma kimi mövqeyini gücləndirib.

Eyni zamanda, Bişkekdə keçirilən ilk Hökumət Başçıları Toplantısında qəbul edilən Birgə Bəyanat Zirvə görüşlərində verilən qərarların icrasını sürətləndirəcək davamlı format yaradaraq, təşkilatın baxışını konkret fəaliyyətə çevirmə qabiliyyətini daha da artırıb.

Ötən il təhsil və elm sahələrinin də təşkilatın gündəmində ön sıralarında yer aldığını vurğulayan Baş katib 170-dən artıq üzvü olan Türk Universitetləri Birliyi (TURKUNİB) Orxon Mübadilə Proqramı ilə akademik əməkdaşlığı genişləndirməyə davam etdiyini, Macarıstanın TDT Tədqiqat, İnkişaf və İnnovasiya Fonduna illik 1 milyon avro ayırmaq qərarını insan kapitalına və innovasiyaya uzunmüddətli inkişafın əsas hərəkətverici qüvvələri kimi qoyulan birgə sərmayələrə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Qəbələdə keçirilən Zirvə Görüşünə də toxunan K.Ömüralıyev deyib ki, Qəbələ Bəyannaməsi siyasi məsələlər, xarici siyasət, təhlükəsizlik, iqtisadi və sektor inkişafı, xalqlar arası əlaqələr, institusional koordinasiya və xarici tərəfdaşlarla münasibətlər daxil olmaqla 121 maddədən ibarət geniş “Yol xəritəsi” təqdim etdi. Həmin tədbirdə dövlət başçıları, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə xarici tərəfdaşlarla əməkdaşlığı dərinləşdirmək və sürətlə dəyişən beynəlxalq mühitdə TDT-nin uyğunlaşma qabiliyyətini artırmaq məqsədilə “TDT+” formatının yaradılmasını təsdiqlədilər.

“TDT bayrağı altında hazırlanacaq “12U OTS-SAT” kub peyk layihəsi xüsusi əhəmiyyətə malikdir. Türk əməkdaşlıq ekosistemi getdikcə güclənməkdədir. Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzv olması və Şimali Kipr Türk Cümhuriyyətinə Türk Akademiyası yanında müşahidəçi statusu verilməsi məmnunluqla qarşılandı. Eyni zamanda, Türkmənistanın Qəbələ Zirvə Görüşündə Türk Akademiyasına və Fonduna müşahidəçi qismində qoşulmaq qərarı regional əməkdaşlığı daha da dərinləşdirəcək”,- deyə o əlavə edib.

Bildirilib ki, beynəlxalq əlaqələr də təşkilatın əsas prioritetlərindən biri olaraq qalır. Cenevrə, Vyana, Nyu-York və Brüsseldə həyata keçirilən fəaliyyətlər qlobal qurumlarla münasibətləri gücləndirib. UNIDO və TÜBİTAK ilə əməkdaşlıq çərçivəsində İstanbulda keçirilən “Cleantech Days 2025” davamlı inkişafa sadiqliyimizi nümayiş etdirdi, Vyanada keçirilməsi planlaşdırılan ikinci “Türk Həftəsi” isə qlobal rolumuzu artıracaq.

O deyib ki, Monqolustan, Meksika və Amerika Birləşmiş Ştatlarına həyata keçirilən yüksəksəviyyəli səfərlər xarici tərəfdaşlıqlarımızı genişləndirib. Monqolustana səfər TDT–Monqolustan münasibətlərinin inkişafı baxımından mühüm addım oldu. Meksikada Beynəlxalq Qarğıdalı və Buğda İnkişaf Mərkəzi (CIMMYT) ilə imzalanan Anlaşma Memorandumu kənd təsərrüfatı tədqiqatları, innovasiya və ərzaq təhlükəsizliyi sahələrində yeni imkanlar açıb.

ABŞ-a işgüzar səfərinə də toxunan Baş katib qeyd edib: “Bu səfər çərçivəsində ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndələri, Konqresin üzvləri, aparıcı beyin mərkəzləri, akademik dairələr, innovasiya platformaları, səfirlər, diaspor nümayəndələri və iş dünyası ilə geniş təmaslar quruldu. Bu görüşlər Orta Dəhliz, investisiya və enerji sahələrində əməkdaşlıq, iqtisadi inteqrasiya, innovasiya və xalqlararası əlaqələr üzrə məqsədyönlü müzakirələrə imkan yaratdı. Bütün bunlar TDT-nin sabitliyə, əməkdaşlığa və davamlı inkişafa töhfə verən, institusional və nəticəyönlü regional təşkilat kimi qəbul edildiyini bir daha göstərdi”.

O diqqətə çatdırıb ki, 2026-cı ildə “Türk dünyasının mənəvi paytaxtı” elan edilən Türküstanda “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunda keçiriləcək qeyri-rəsmi Zirvə Görüşü rəqəmsallaşma prosesinə güclü təkan verəcək.

Baş katib vurğulayıb ki, dekabrın 15-i tarixinin UNESCO tərəfindən “Dünya türk dilləri ailəsi günü” elan edilməsi ortaq dil irsimizin beynəlxalq səviyyədə tanınmasını təmin edib.

K.Ömüralıyev 2025-ci ilin daha bir əhəmiyyətli addımının isə Türk dünyası ölkələrinin tələbələri üçün TDT Təcrübə Proqramının bərpa edilməsi olduğunu söyləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

13:00
23 Yanvar

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

12:53
23 Yanvar

Fransina Armenqol Sosias Bakıda Zəfər abidəsini və Zəfər muzeyini ziyarət edib YENİLƏNİB

12:41
23 Yanvar

Dövlət maliyyəsinin səmərəli idarəsinin təşkili ilə bağlı qanunlarda dəyişiklik müzakirə olunur

12:33
23 Yanvar

Fərid Qayıbov Qubadlı rayon və Sumqayıt şəhər sakinləri ilə görüşüb  

12:22
23 Yanvar

UNESCO: Son iki ildə 50-dən çox ölkədə internetin kəsilməsi halları olub  

11:41
23 Yanvar

Cey Di Vens: ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləyib  

11:32
23 Yanvar

Davos İqtisadi Forumu Azərbaycanın qlobal iqtisadi arenada lider olduğunu bir daha göstərdi  

11:24
23 Yanvar

Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib  

11:18
23 Yanvar

Ötən gün 67 cinayətin açılması təmin olunub  

10:57
23 Yanvar

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs ölkəmizə ekstradisiya olunub

10:54
23 Yanvar

Xankəndi, Ağdam və Xocalıda məktəbəqədər təhsil müəssisələrində ilk dəfə tədris prosesinə başlanılıb

10:46
23 Yanvar

Tacikistan səfiri "ASAN xidmət"də

10:42
23 Yanvar

Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  

10:24
23 Yanvar

Azərbaycanda ötən il 258 mindən çox şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub  

10:22
23 Yanvar

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib  

10:20
23 Yanvar

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:02
23 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:01
23 Yanvar

Azərbaycan nefti ucuzlaşıb  

10:00
23 Yanvar

WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına son 1 həftə qalıb  

09:57
23 Yanvar

Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiya tankerini saxlayıb  

09:57
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!