23 Yanvar 2026 08:10
367
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin misilsiz fəaliyyəti Azərbaycanı nüfuzlu dövlətə çevirib

Prezident İlham Əliyevin misilsiz fəaliyyəti Azərbaycanı nüfuzlu dövlətə çevirib


Prezident İlham Əliyev yanvarın 20-də Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda keçirilən panel iclasında  iştirak edib. İclasda dövlətimizin başçısı regional təhlükəsizlik, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin indiki vəziyyəti, tarixi Vaşinqton razılaşmaları və onun icrası prosesi, iki dövlət arasında etimad mühitinin formalaşması istiqamətində atılan addımlar, regionun coğrafi mövqeyi və digər məsələlər ətrafında mövqeyini ifadə edib.

Milli Məclisin deputatı Elman Nəsirov qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev, ilk növbədə, diqqəti 1991-ci ildə müstəqillik əldə etdikdən sonra heç vaxt dinc şəraitdə yaşamadığımıza, həmişə müharibə vəziyyətində olduğumuza çəkib: "Ölkə rəhbəri bildirib ki, yalnız son 5-6 ay ərzində müharibəsiz regionun necə olduğunu dərk edirik, artıq atəşkəs pozulmur və Vaşinqton razılaşmaları icra edilir. Bir çox hallarda beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar icra olunmur. Bu gün müasir beynəlxalq sistemin özündə köklü dəyişikliklər baş verməkdədir. Beynəlxalq hüquq işləmir, dövlətlər öz aralarında ikitərəfli formatda münasibətlərin tənzimlənməsi ilə bağlı daha ciddi nailiyyətlərə imza ata bilirlər. Azərbaycan-Ermənistan münasibətləri də bu baxımdan istisna deyil".

Deputat qeyd edib ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesinə töhfələr verib, artıq sülh sazişi paraflanıb. ABŞ-nin bu prosesə böyük dəstəyi var. Prezident İlham Əliyev bu baxımdan TRIPP layihəsinə diqqəti cəlb etdi. Dövlət başçısı Zəngəzur dəhlizinin açılmasının icra prosesindən bəhs edərək bildirdi ki, bu layihə də reallaşacaq və sözün həqiqi mənasında, Cənubi Qafqaz regionuna uzunmüddətli və dayanıqlı sülh gələcək. "Cənab Prezidentin bu mövqeyi Ermənistan Prezidenti tərəfindən də dəstəkləndi. İlham Əliyevin "biz sülh şəraitində yaşamağa öyrəşməliyik" fikrinin çox ciddi mənası və əhəmiyyəti var. Çünki sülh şəraitində yaşamaq üçün etimad mühiti olmalıdır və bunu qazanmaq və formalaşdırmaq lazımdır. Bu istiqamətdə də proseslər davam edir. Bir neçə il bundan qabaq bu gün baş verən prosesləri proqnozlaşdırmaq mümkün deyildi", - deyə E.Nəsirov əlavə edib.

E.Nəsirov bildirib ki, Azərbaycanın neft məhsulları da Ermənistan bazarına daxil olub və bunun sayəsində orada benzinin qiyməti aşağı düşüb. Bu, onun göstəricisidir ki, iki ölkə əməkdaşlıq etdikdə, kommunikasiyaların bərpası istiqamətində real addımlar atdıqda daha yüksək nəticələr əldə etmək olur.

Deputat vurğulayıb ki, Orta dəhliz və onun mühüm tərkib hissəsi olan TRIPP layihəsi vasitəsilə Asiyadan yüklər Zəngəzur dəhlizindən keçməklə, Naxçıvana, oradan Türkiyə və Avropa bazarına çatdırılacaq: "Burada bütün tərəflər uduşlu vəziyyətdədir. Yəni əməkdaşlıq mühiti ona gətirib çıxaracaq ki, Ermənistan da öz mallarını Azərbaycan ərazisindən tranzit yolu ilə ixrac edə biləcək. Bununla Ermənistan iqtisadiyyatı canlanacaq və əməkdaşlıq, etimad mühiti nəticə etibarilə iki xalqın, dövlətin sülh şəraitində yaşamasını təmin edəcək. Ölkəmizin rəhbərinin bu mövqeyini Serbiya Prezidenti Vuçiç də dəstəkləyib. O, çıxışının sonunda fikrini belə ifadə etdi: "Cənab Prezident İlham Əliyevin söylədiyi fikirlərlə bağlı bir mövqe var: o, həqiqətən də müasir dünyada böyük, dahi liderlərdən biridir və indiki dövrdə belə bir lideri çox nadir halda görmək olur. Bunun çox böyük təsir effekti var və bu, danılmamalıdır. Bəli, biz müasir Azərbaycanı görürük".

Bu, Serbiya Prezidenti Aleksandar Vuçiçin Prezident İlham Əliyevə verdiyi yüksək qiymətdir. Dünyanın əksər liderləri də bu mövqeyi bölüşürlər. Prezident İlham Əliyevin  beynəlxalq aləmdə misilsiz fəaliyyəti sayəsində Azərbaycanın sözünün məna və çəkisi xeyli yüksəlib. Dövlətimizin başçısının Davos forumunda iştirakı və burada keçirdiyi görüşlər, təmaslar, panel müzakirələrdə səsləndirdiyi fikirlər və bunlara çox böyük önəm verilməsi təsdiqləyir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyada çox böyük nüfuza və hörmətə malik dövlətə çevrilib. Ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması prosesinə də böyük töhfələr verir".

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq  

23:04
13 Fevral

Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir  

22:41
13 Fevral

Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir  

22:33
13 Fevral

Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı  

22:31
13 Fevral

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib 

22:24
13 Fevral

Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb  

22:14
13 Fevral

Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb  

22:13
13 Fevral

Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında Tramp Marşrutu layihəsinin əhəmiyyətindən danışıb  

22:06
13 Fevral

Ərəb politoloq: Azərbaycan postmünaqişə mərhələsində praqmatik və gələcəyə yönəlmiş yanaşma nümayiş etdirir 

21:34
13 Fevral

Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub  

20:39
13 Fevral

Nazir: Azərbaycanla Serbiya arasında imzalanmış sənədlər əməkdaşlığın güclü hüquqi bazasını təşkil edir  

20:28
13 Fevral

“AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb  

20:01
13 Fevral

Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yüksək qiymətləndirilib  

19:41
13 Fevral

Bahar Özsoy: Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müasir urbanizasiya modelinin tətbiqinə xüsusi önəm verir  

19:28
13 Fevral

Gürcüstan Dəmir Yolları: Rusiya ilə dəmir yolu əlaqələrinin bərpası həqiqətə uyğun deyil  

19:05
13 Fevral

İsrail-ABŞ-Azərbaycan əməkdaşlığı regionda uzunmüddətli strateji dayanıqlığın əsaslarını formalaşdırır

18:58
13 Fevral

Rəqəmsal inkişaf kursu Azərbaycanın gələcək gücünün və strateji mövqeyinin əsas təminatıdır

18:41
13 Fevral

Prezident İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb

18:13
13 Fevral

Rusiya Bankı əsas illik faiz dərəcəsini 15,5 faizə endirib  

18:03
13 Fevral

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:51
13 Fevral

Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:43
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!