07 Aprel 2023 01:00
1650
Oxucu məktubları
A- A+

Kommunal problemlərimiz aradan qaldırılıb

 

Qusarda qış digər rayonlara nisbətən daha soyuq keçir. Ona görə də soyuqlar düşməmiş ehtiyatımızı görürük. 
Yaşadığımız Zərifə Əliyeva küçəsində bir neçə bina var. Ötən ilin sonlarına yaxın əlaqədar təşkilatlara ərazidə içməli su, qaz və işıqla bağlı problemlərin olduğunu bildirdik. Çox çəkmədi, problemlərimizin həllinə başlanıldı. Binalardakı köhnə dəmir borular plastiklə əvəzləndi, işıq xətləri yeniləndi, internet çəkildi. 
Çətinliyimiz həm də kanalizasiya ilə bağlı idi. Çirkli sular küçəyə axıdılır, üfunətdən baş dağılırdı. Ötən ilin noyabrında həmin problem də həll olundu. Daşıyıcı xətt yeniləndi və binalardan gələn zolaqlar dəyişdirildi. Üstəlik içməli su xəttimizi də dəyişdilər. Bizim içməli suyumuz dağlardan gəlir. Əvvəlcə ilk axar təmizləndi, sonra anbardan binalara verilən kəmərlər təzələndi. 
Bu gün kommunal xidmətlər sarıdan rahatıq və ona görə də həmin rahatlığı bizə bəxş edənlərə "sağ ol"un deyirik.

Dilarə ŞIXIVERDİYEVA,
Qusar rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video