21 Aprel 2024 09:00
770
İQTİSADİYYAT
A- A+
Kökü ilə torpağa bağlı olan təbiət abidələrimiz

Kökü ilə torpağa bağlı olan təbiət abidələrimiz

 

"Yaşıl tarix"imiz və ekoloji mədəniyyətimiz sayılan bu abidələri qorumaq vətəndaşlıq borcumuzdur

 

Məlum bir həqiqət var: insan təbiətin ayrılmaz parçasıdır, onları bir-birindən ayırmaq mümkün deyil. Çünki təbiət insan həyatında mühüm yer tutduğu kimi, insan da onunla nəfəs alır, yaşayır. 
Nə yazıq ki, zaman-zaman təbiət həyəcan təbili çalmaq məcburiyyətində də qalır. Səbəb insanların təbiətlə vəhşi rəftarının nəticəsi olan atmosferdə ozon dəliyinin əmələ gəlməsi, meşələrin qırılması, çirkli tullantıların axar sulara və dənizlərə axıdılması, zərərli qazların havaya buraxılması və nəhayətdə yaranan iqlim dəyişikliyidir. 
Bütün bunlar gələcəkdə daha dəhşətli təbii fəlakətlərə, qaçılmaz faciələrə yol açan insan əməlləridir. İnsanın təbiətə və onun canlı aləminə, cansız sərvətlərinə qəddar münasibəti artıq pik  nöqtəyə çatıb. Nəticədə ətraf aləm güclü dəyişikliyə məruz qalıb, bir çox heyvan və bitki növünün kökü kəsilib, bəziləri isə məhv olmaq təhlükəsi ilə üz-üzə gəldikləri üçün "Qırmızı kitab"a düşüblər. Bunlarsa o deməkdir ki, insan təbiətin qədrini bilmir və bu qədirbilməzliyin nə ilə nəticələnəcəyinin fərqinə varmır. Əks halda ona qənim kəsilməzdi.
Azərbaycan ərazisinin bitki örtüyü zənginliyi və nadirliyi ilə seçilir. Təbiət abidələrimiz yüz illər öncə yaranıb və bir çoxu bu günə gəlib çıxıb. Ölkə ərazisində  1500-1700 yaşı olan çinarlar var. Xocavənd rayonunun Şıx Dursun kəndində 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar dünyanın ən yaşlı bu növ ağacıdır. Hündürlüyü 54, gövdəsinin diametri 27 metr olan ağac kənddəki "Çinar - müqəddəs yer" abidə kompleksinin ərazisindədir. Ağacın yaxınlığındakı Tenqri bulağı  min illərdir bu abidə ilə qonşuluq edir. 
Tovuzun Qovlar şəhər sakinlərinin "bal ağac", "beşbarmaq çinar", "mayak çinar" adlandırdıqları nəhəng çinar bu bölgənin ən yaşlı ağacı hesab olunur. Ağacın əhatə etdiyi 6 sot sahənin ətrafına hasar çəkilib və ora giriş qapısı qoyulub. Diametri 21, hündürlüyü 50 metrdən çox olan ağacı yaz-yay aylarında 30-40 kilometrlik məsafədən görmək mümkündür. Kənd əhalisinin dediyinə görə, çinarın 1000 ildən çox yaşı olduğunu elmi tədqiqatlar sübuta yetirib. Ağdaşın girəcəyində - Türyançayın sahilində də çox qoca bir çinar var. Hündürlüyi 50, diametri 15 metr olan bu çinarın 1490-cı ildə əkildiyi deyilir. 
Çinar ağaclarına  daha çox Gəncənin parklarında və küçələrində rast gəlmək olar. Həmin çinarlar böyüklüyünə görə Xan çinar adlandırılır. Şəhərdəki Şərq çinarları isə Gəncənin rəmzi hesab edilir. Əbəs yerə Gəncəyə "çinarlar şəhəri" deyilmir. Şərq çinarı Azərbaycanın "Qırmızı kitab"ına daxil edilib və dünyanın ən uzunömürlü ağaclarından sayılır. Ehtimal edilir ki, Gəncədə ilk çinar ağacını XIII əsrdə usta Bəndərin atası zərgər Dədə İmran çəkdiyi arxın yanında əkib. Hazırda şəhərdə 40 mindən çox çinar ağacı var. Onlardan təxminən  200-nün 150, 300-dən çoxunun isə 100-ə yaxın yaşı var. Gəncədə 300-400 yaşarası 4, 600 yaşında olan 5 çinar ağacı qeydə alınıb. 
Təəssüf ki, vəhşi təbiətin qoynunda gözəllik yaradaraq abidələşən ağaclar bəzən insan vəhşiliyindən xilas ola bilməyiblər. 30 il erməni vandalları təbiətimizə sağalmaz yaralar vurublar. Qarabağın və Şərqi Zəngəzurun qənirsiz gözəlliyi mənfur qonşularımızın gözünü çıxarıb. 1988-ci ildə Topxana meşəsinə qənim kəsilən ermənilər onun Şuşanın nadir sərvəti olduğunu bilirdilər. Anlayırdılar ki, Topxana bizim üçün meşə, təbiət deyil, həm də tariximiz və mədəniyyətimizdir. Ona görə də Azərbaycana qarşı hazırladıqları məkrli planın baş tutması üçün Topxanadan başlamışdılar. Topxana 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşanı mühasirəyə aldığı zaman toplarını yerləşdirdiyi yerin adıdır. Ona görə də  həmin ərazi "Topxana",  ətrafdakı meşəlik isə "Topxana meşəsi" adlanır. Şuşanın sərvəti olan bu meşənin nadir heyvanat aləmi ilə yanaşı, zəngin bitki örtüyü də var.  İşğal dövründə ekoloji terror nəticəsində Topxanada minlərlə qiymətli ağac kəsilmiş, təbiət abidəsi məhv edilmişdir. Qarabağa əbədi hakim olacağını düşünən ermənilərin bu gün torpaqlarımızdan izlərini təmizləyirik. Qarabağ və Şərqi Zəngəzurun təbiəti artıq rahat nəfəs alır.
Sovetlər dönəmində Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə bir sıra ağaclar təbiət abidələri siyahısına daxil edilmişdi. Qarabağda yetişən 152 ağacın adı da həmin siyahıda idi. Bunlar Şərq çinarı, dağdağan, palıd, saqqız ağacı və digərləridir. 1600-cən yaşı olan həmin ağacların 123-nü ermənilər işğal dövründə kəsərək, yandıraraq məhv etmişlər. Təkcə Ağdam rayonu ərazisindəki diametri 6 metrə qədər, hündürlüyü 40-50 metr olan 85 Şərq çinarından 82-sini kəsib gözlərinə soxmuşlar. 
Xalq şairi Hüseyn Arif söhbətlərin birində bu fikirləri söyləyib: "İnsan o qədər qayğıkeş, mehriban olmalıdır ki, bülbül enib budaqdan çiynimizə qonsun. Oğrun baxışlı maral sərin çeşmə başında bizə qonaq olsun. Gəlin elə edək ki, ceyran düzləri keçə-keçə insanın arxasınca şəhərə gəlsin". Yəqin ki, "insan-təbiət münasibəti necə olmalıdır" sualına bundan dəqiq cavab vermək mümkün deyil.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!