02 Oktyabr 2024 08:35
460
İQTİSADİYYAT
A- A+
Kəndimizdən qaçan, ey cavan oğlan

Kəndimizdən qaçan, ey cavan oğlan


Vallah, şəhərdə yox, kənddə "yel əsir, qoz tökülür"


Dünyanın həmişə kəndliyə ehtiyacı olub və olacaq da - başqa cür mümkün deyil. Ən azından ona görə ki, ölkənin ərzaq təhlükəsizliyi, insanın qidalanması birbaşa kəndlinin əməyindən asılıdır.

Bəşəriyyətin inkişafı, yeni texnika və texnologiyaların həyatımıza daxil olması bir sıra peşələrin sıradan çıxmasına səbəb olub. Ancaq əkin-biçinlə məşğul olanların, mal-qaraya baxanların sayı azalsa da, onlarsız keçinmək mümkün deyil. Olsa-olsa, aqrar sektorda yüksək texnologiyaların tətbiqi kəndlinin əl əməyini yüngülləşdirər,  onu əvəz edə bilməz. 

SSRİ dönəmində Azərbaycanda əhalinin yarısı kənd yerlərində yaşayırdı. Həmin dövr inkişaf etmiş ölkələrdə, daha doğrusu, Avropada isə əhalinin 5-7, ən çox 10 faizə qədəri kənd təsərrüfatı ilə məşğul olurdu. Bunun səbəbi çox idi - sənayenin inkişafı ilə bağlı artan və böyüyən şəhərlərdən tutmuş, yüksək texnologiyaların tətbiqinəcən. Vəziyyət aşağı-yuxarı indi də belədir. Bu gün də ölkə əhalisinin təxminən 45 faizi kənddə yaşayır. Amma bu, rəsmi statistikadır. Həqiqətdə inanmırıq ki, kənddə bir o qədər əhali yaşaya. Baxmayaraq ki, torpaqlar çoxdan təmənnasız kəndliyə verilib, o, əkin-biçinə, yanacağa, gübrəyə, mal-qaraya görə subsidiya alır, hər cür vergidən azaddır, yenə də xüsusən cavanların bir gözü şəhərdədir.

Bununla belə, dövlətin kəndliyə göstərdiyi qayğı, verdiyi dəstək də nəticəsiz qalmır. Azərbaycanda hər il kənd təsərrüfatı məhsullarının istehsalı artır. İndi bazar və marketlərdə daha çox yerli ərzaq və kənd təsərrüfatı məhsulları satılır. İxracda da kənd təsərrüfatı məhsullarının payı az deyil. Bütün bunlar yaxşıdır, amma arzu olunan səviyyədə deyil. Arzu olunan isə odur ki, cavanlar torpağa bağlansınlar, çörəklərini əkin-biçindən, mal-qaradan çıxarsınlar, daha şəhərdəki təsadüfi qazancdan yox. 

Bu gün statistika göstərir ki, hazırda kənddə təsərrüfat yaradanların əksəriyyətinin yaş həddi 50-dən yuxarıdır. Səbəb nədir? Bu suala cavab tapmaq üçün çoxlu müşahidələr aparmışıq, kənddən şəhərə qaçan cavanlarla söhbət etmişik və gəldiyimiz birinci qənaətimiz bu olub ki, yaşlı nəsil gəncləri torpağa, əməyə bağlaya bilmir. Dəfələrlə şahidi olmuşuq ki, valideynlər heç bir ixtisası və peşəsi olmayan övladlarını şəhərə göndəriblər ki, özlərinə bir gün ağlasınlar. Halbuki kənddə pay torpağını əkib-becərməklə də ağ günə çıxmaq mümkündür. Amma nə fayda, ata-ana bunu başa düşürmü? Bir də onda ayılırlar ki, şəhərə ağ günə çıxmaq üçün göndərdikləri oğlu "ağ ölüm"ün çənginə keçib. Onda isə artıq gec olur.

Digər səbəb "qonşudan dala qalmamaq" istəyidir. Bir gənc şəhərə gəlir, işi düz gətirir, yaxşı qazanc və ev-eşik sahibi olur. Sözsüz ki, bu uğur həmin gəncin təhsili və ya fərdi bacarığı ilə bağlıdır. Hamı şəhərə gəlib özünə belə gün-güzəran qura bilmir ki... Ancaq paxıllıq, həsəd, bəhsəbəhs bəzən insanları düz yoldan çəkindirir. Əyri yola çıxanların çoxu isə uğursuzluğa düçar olur. İllər boyu şəhərdə "papağını günə yandıranlar", heç nə əldə edə bilməyib günlərlə təsadüfi qazanc dalınca düşən kənd cavanlarının, zorən "usta" olanların sayı istənilən qədərdir. Düzdür, "ziyanın yarısından qayıtmaq da xeyirdir" - deyib geri dönərək torpaqdan bərk yapışanlar da var. Ancaq arada hədər getmiş illəri geri qaytarmaq mümkün olmur axı...

Kənd gəlinləri bizdən inciməsinlər. Gənc ərlərinin şəhərə gəlmələrinə onlar da səbəb olurlar. "Qonşunun oğlu şəhərə gedib ev-eşik sahibi olub, işi, gücü var, bəs sən nəyi gözləyirsən?" Azdırmı kəndlərdə belə deyib şəhərə köçmək istəyən gəlinlərimiz?! Məhz belələri heç bir təhsili olmayan, əvəzində kənddə yaxşı ev-eşiyi və torpaq sahəsi olan ərini məcbur edib şəhərə gətirirlər. Gəlirlər, nə özü işləyir, nə də əri iş tapır. Biz hələ kirayə yaşamağın xərcini və çətinliklərini demirik. Onu da demirik ki, onlar şəhərdəki bu fərəhsiz həyatdan bezib kəndə geri qayıdandan sonra bir müddət əlləri işə yatmır, əkin əkmirlər, toyuq-cücəyə, mal-qaraya baxmırlar, böyüklərin pensiyaları ilə dolanmağa məcbur olurlar. Əgər belə hallar dəryada bir damla olsaydı, bunu ümumi problem kimi yazmazdıq. Təəssüf ki, çoxdurlar, hətta təsəvvür edildiyindən də çox. 

Çox olan həm də kənd cavanları arasında maşın mərəzinə tutulanlardır. Elə öz kəndimizdə neçə gənc tanıyıram ki, pay torpağını, damazlıq mal-qarasını, davarını satıb maşın alıb. Hamısı da bu gün "xalturşik"dir. Rayonlarda belələrinin sayı o qədərdir ki, hətta müştəri sarıdan qıtlıq yaranıb. Ona görə də qalıblar Allahın ümidinə - nə müştəri var, nə də mal-qara və əkin-biçin sahəsi. Çıxış yolu muzdlu işçi olmaqdır, yəni kəndin "proletariatı"na çevrilərək kiminsə əlinin altında işləmək. 

Ancaq bütün günahı kənd cavanlarının boynuna atmaq da insafdan olmazdı. Məsələn, bu gün həyəcan təbili çalınır ki, ət istehsalında problemlər var. Bunun kökü təkcə kəndlinin heyvandarlığa azalan marağı ilə bağlı deyil. Kəndlərdə örüş yeri azalıb, yem istehsalı azaldığından qiyməti bahalaşıb. Kəndlinin rastlaşdığı problemlərdən biri də su çatışmazlığıdır. Düzdür, bu sahədə xeyli iş görülüb, hələlik kifayət deyil. Su problemi həll olunmalıdır ki, kəndli əkib-becərdiyi torpaqdan qazanc götürə bilsin və xəyalı şəhərdə qalmasın. 

Deməli, bu gün cavanların şəhərə köç etməsi düşüncə tərzi ilə yanaşı, onun torpaqda çalışmasına mane olan səbəblərdən də qaynaqlanır. Odur ki, əsas məsələ bu iki problemin həll yollarını tapmaqdır.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!