23 Oktyabr 2022 01:24
6391
Oxucu məktubları
A- A+

Kəndimiz mavi yanacaqla təmin edildi

 

Yaşadığımız kənd rayon mərkəzindən o qədər də uzaqda deyil. Son illər kəndimiz böyüdüyündən burada əlavə yaşayış massivi salınmışdır.
Lakin yeni massivdə qaz xətti olmadığından insanlar olduqca əziyyət çəkirdilər. Xüsusilə qış mövsümü gələndə hərə bir yolla evinin isidilməsi üçün yollar axtarırdı. 
Şükürlər olsun ki, indi bu problemdən azad olmuşuq. Aidiyyəti təşkilatlara etdiyimiz müraciətlər səmərəli oldu və burada yaşayan 84 ailə mavi yanacaqla təmin edildi. 
Hörmətli redaksiya! Qarşıdan soyuq qış ayları gəlir. Bizi bu çətinlikdən azad edən, evlərimizin mavi yanacaqla təmin olunmasında əməyi olanlara qəzetiniz vasitəsilə minnətdarlığımızı bildiririk.

Cavanşir QULİYEV,
Göygöl rayonunun Quşqara kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video