17 Fevral 2026 19:01
514
CƏMİYYƏT
A- A+
Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  


Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında Babək, Şərur və Culfa rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, subsidiya ödənişləri, təsərrüfatların inkişafına dəstək göstərilməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Görüş zamanı nazir müavini dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonra nazir müavini İlhamə Qədimova Kəngərli rayonunun Böyükdüz massivində və Babək rayonunun Pircücar düzündə aqropark yaradılması üçün nəzərdə tutulmuş ərazilərə baxış keçirib, işin gedişi ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.

Nazir müavini, həmçinin Babək və Culfa rayonlarının ərazisində yerləşən APF AGRO MMC-yə məxsus 76,49 hektar intensiv meyvə bağlarına və 226,86 hektar üzüm bağına baxış keçirib. Fermerlərlə keçirilən görüşlərdə əkin sahələrində və bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, aqrar sahəyə dövlət dəstəyi tədbirləri, çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, intensiv bağçılığın, suvarma sisteminin genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və digər mövzularda fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Astanada Regional Ekoloji Sammitdə iştirak edib

12:31
22 Aprel

Azərbaycan Ordusunda atıcılıq üzrə birinciliyə start verilib

12:27
22 Aprel

Agentliyin rəhbəri: Saxta erməni mənbələri ilə bağlı beynəlxalq strukturlara mütəmadi olaraq müraciətlər ünvanlanır  

12:23
22 Aprel

Şəfəq GES-də ilk günəş paneli quraşdırılıb

12:18
22 Aprel

İcmal büdcənin gəlirləri və xərcləri açıqlanıb

12:14
22 Aprel

Baş nazir: Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə böyük önəm verir  

12:12
22 Aprel

Ələt azad iqtisadi zonasının inkişafı və investisiya imkanlarının genişləndirilməsinə dair müzakirələr aparılıb  

12:06
22 Aprel

Əli Əsədov: İqlim dəyişikliyi Xəzərin dayazlaşmasına ciddi təsir göstərir

12:01
22 Aprel

BMT-nin Baş katibi: İqlim dəyişikliyinə adaptasiya həyati əhəmiyyətli məsələdir

11:57
22 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

11:57
22 Aprel

Dünya bazarının neftlə təchizatında yaranan problemlər qiymət artımının əsas amilidir

11:43
22 Aprel

Ekspert: Astana Regional Ekoloji Sammiti Xəzər dənizinin dayazlaşması və digər aktual problemlərin həlli üzrə mühüm platformadır  

11:37
22 Aprel

Ermənistan ərazisində 29 abidədə Saka türklərinin izləri qalır

11:25
22 Aprel

Enerji şirkətləri Hörmüz boğazının bağlı qalmasının tənəzzül riskini artırdığı barədə xəbərdarlıq edirlər

11:23
22 Aprel

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

11:14
22 Aprel

Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir

11:09
22 Aprel

Media: Tramp İrana yeni ultimatum verib

10:55
22 Aprel

Fərid Qayıbov Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti ilə görüşüb  

10:47
22 Aprel

Dünya bazarında qızıl 67 dollar bahalaşıb

10:40
22 Aprel

Dünya birjalarında neft ucuzlaşıb 

10:39
22 Aprel

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

10:17
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!