22 Aprel 2026 11:57
179
DÜNYA
A- A+
BMT-nin Baş katibi: İqlim dəyişikliyinə adaptasiya həyati əhəmiyyətli məsələdir

BMT-nin Baş katibi: İqlim dəyişikliyinə adaptasiya həyati əhəmiyyətli məsələdir


BMT-nin Baş katibi Antonio Quterreş hökumətlərə qazıntı yanacaqlarından təmiz enerjiyə keçidi sürətləndirmək çağırışını təkrarlayıb, silahlı münaqişələrin və iqlim dəyişikliyinin bəşəriyyət üçün görünməmiş çətinliklər yaratdığını vurğulayıb.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, təşkilatın rəhbəri Berlində açılan Petersberq İqlim Dialoqunun iştirakçılarına videomüraciətində Yaxın Şərqdəki münaqişənin bütöv bir nəsil üçün ən pis enerji böhranına səbəb olduğunu bildirib.

Antonio Quterreş qeyd edib: “Bu, məlum bir faktı sübut edir: qazıntı yanacaqları təkcə planetimizi məhv etmir, həm də iqtisadiyyatı girov saxlayır”.

Onun sözlərinə görə, ötən il bərpaolunan enerjiyə investisiya 2,2 trilyon dollara çatıb ki, bu da qazıntı yanacaqlarına qoyulan sərmayənin ikiqatıdır. Baş katib bərpaolunan enerjinin ən ucuz, sürətli və ən etibarlı yeni mənbə olduğunu və real enerji təhlükəsizliyinə yol açdığını vurğulayıb.

O, üç əsas fəaliyyət sahəsini qeyd edib. Birincisi, enerji böhranına iqlim fəlakətinin ı daha da pisləşməsindən əvvəl cavab vermək lazımdır. Quterreş xatırladıb ki, bəşəriyyət tarixdə ən isti 11 ili yaşayıb və əsas iqlim göstəriciləri kritik nöqtədədir.

İkincisi, enerji şəbəkəsinin, saxlama şəraitinin və müasir enerji sistemlərinin genişləndirilməsi də daxil olmaqla, hər bir evə təmiz enerji çatdıra bilən infrastruktur qurmaq lazımdır.

O, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün maliyyələşdirmənin səfərbər edilməsini üçüncü prioritet adlandırıb. BMT rəhbərinin sözlərinə görə, lazımi dəstək olmazsa, enerji keçidi daha yavaş, daha az ədalətli və daha az təhlükəsiz olacaq.

A. Quterreş qeyd edib ki, inkişaf etməkdə olan ölkələr üçün təmiz enerji layihələrinin maliyyələşdirilməsinin dəyəri inkişaf etmiş iqtisadiyyatlara nisbətən iki-üç dəfə yüksəkdir. Bir çox inkişaf etmiş ölkələr isə iqlim maliyyələşdirməsi öhdəliklərindən geri çəkilir.

Baş katib, həmçinin iqlim ədalətinə çağırış edərək, çoxtərəfli iqlim fondlarının doldurulmasının və inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün 2035-ci ilə qədər hər il 1,3 trilyon dollar səfərbər edilməsinin vacibliyini vurğulayıb.

O, iqlim dəyişikliyinə adaptasiya məsələsinə xüsusi diqqət yetirərək, bunu “həyati əhəmiyyətli məsələ” adlandırıb. O qeyd edib ki, bu gün ən böyük itkiləri məhz iqlim böhranına ən az töhfə verən icmalar çəkir.

“Adaptasiya həyatları xilas edir, dolanışıq mənbələrini qoruyur və iqtisadiyyatları gücləndirir. Bu gün qoyulan hər bir dollar gələcək itkiləri kəskin şəkildə azalda bilər”, - deyə o vurğulayıb.

Petersberq İqlim Dialoqu tədbiri BMT-nin iqlim konfranslarından əvvəl danışıqları irəli aparmaq üçün Almaniya tərəfindən təşkil edilən illik beynəlxalq konfransdır. İki gün davam edən görüşdə təxminən 40 ölkədən nazirlər və yüksəksəviyyəli nümayəndələr iştirak edirlər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Katibliyinin məlumatına görə, müzakirələr Paris Sazişinin icrası, beynəlxalq iqlim maliyyəsi və geosiyasi dayanıqlılığa yönəlib.

BMT-nin növbəti iqlim konfransı - COP31 bu ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya miqrantların sayına görə Aİ-də liderdir

13:16
22 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

12:51
22 Aprel

Azərbaycan-Latviya sənədləri mübadilə edilib

12:50
22 Aprel

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNƏCƏK

12:49
22 Aprel

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:37
22 Aprel

Baş nazir Əli Əsədov Astanada Regional Ekoloji Sammitdə iştirak edib

12:31
22 Aprel

Azərbaycan Ordusunda atıcılıq üzrə birinciliyə start verilib

12:27
22 Aprel

Agentliyin rəhbəri: Saxta erməni mənbələri ilə bağlı beynəlxalq strukturlara mütəmadi olaraq müraciətlər ünvanlanır  

12:23
22 Aprel

Şəfəq GES-də ilk günəş paneli quraşdırılıb

12:18
22 Aprel

İcmal büdcənin gəlirləri və xərcləri açıqlanıb

12:14
22 Aprel

Baş nazir: Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə böyük önəm verir  

12:12
22 Aprel

Ələt azad iqtisadi zonasının inkişafı və investisiya imkanlarının genişləndirilməsinə dair müzakirələr aparılıb  

12:06
22 Aprel

Əli Əsədov: İqlim dəyişikliyi Xəzərin dayazlaşmasına ciddi təsir göstərir

12:01
22 Aprel

BMT-nin Baş katibi: İqlim dəyişikliyinə adaptasiya həyati əhəmiyyətli məsələdir

11:57
22 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

11:57
22 Aprel

Dünya bazarının neftlə təchizatında yaranan problemlər qiymət artımının əsas amilidir

11:43
22 Aprel

Ekspert: Astana Regional Ekoloji Sammiti Xəzər dənizinin dayazlaşması və digər aktual problemlərin həlli üzrə mühüm platformadır  

11:37
22 Aprel

Ermənistan ərazisində 29 abidədə Saka türklərinin izləri qalır

11:25
22 Aprel

Enerji şirkətləri Hörmüz boğazının bağlı qalmasının tənəzzül riskini artırdığı barədə xəbərdarlıq edirlər

11:23
22 Aprel

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

11:14
22 Aprel

Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir

11:09
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!