27 Iyul 2024 11:31
131
SİYASƏT
A- A+

Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi heykəltaraş və rəssamlardan ibarət yaradıcı qrup üçün Kəlbəcər rayonu ərazisinə ilk dəfə infotur təşkil edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, infotur iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda aparılan bərpa-quruculuq işləri, yerli əhalinin doğma yurda geri qayıdışa hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. İncəsənət ustalarına Kəlbəcərin füsunkar təbiəti ilə yerində tanış olmaq, buradakı əsrarəngiz mənzərələri əyani şəkildə görmək imkanı yaradılıb. Onlar, həmçinin bu ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərin izlərini, dağıdılıb talan edilmiş yurd yerlərimizi müşahidə edib, hazırda təsərrüfat məqsədi üçün rayon ərazisinə gəlmiş yerli sakinlərlə həmsöhbət olublar. Fırça və tişə ustaları təbiət mənzərələrini birbaşa naturadan çəkmək fürsətindən də yararlanıb, kağız və kətan üzərində cizgilər işləyib, foto və videoçəkilişlər aparıblar.

Yaradıcı qrupun üzvləri səfər çərçivəsində Kəlbəcər şəhərini, qədim alban məbədi Xudavəng monastırını ziyarət edib, Sərsəng su anbarının yerləşdiyi ərazidə olublar. Onlar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının 3.1.2-ci bəndinin icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura infoturlar təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video