19 May 2023 10:55
5564
Oxucu məktubları
A- A+

Keçmişimizi gələcəyimiz üçün qoruyuruq

 

Qubadlı işğal altında olduğu dövrdə rayonumuzun bir çox qurumu  Sumqayıtda fəaliyyət göstərib. Onlardan biri də rayon tarix-diyarşünaslıq muzeyidir. 
Sumqayıtda bir neçə ünvanda yerləşən muzey hazırda rayon icra hakimiyyətinin inzibati binasında yerləşir. Muzeydə rayonun bütün kəndləri barədə geniş məlumatlar var. 
Muzeyin girəcəyində dövlət atributları yerləşdirilib. "Heydər Əliyev və Azərbaycan" guşəsinin yerləşdiyi böyük zalda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər var. Burada həmçinin "Heydər Əliyev 100" adlı kitab sərgisi də nümayiş etdirilir. Zalın müxtəlif yerlərində torpaqlarımızın azadlığı yolunda canlarından keçən şəhidlərimiz, kəndlərin və rayonun ictimai həyatında rol oynamış insanlar barədə məlumatlar yer alıb.
Muzeydə nümayiş edilən və yaşı yüz illərlə ölçülən mis, saxsı qablar, məişət əşyaları (cəhrə, həvə, kirkid və sair) bizi keçmişə qaytarır. Burada xalq qəhrəmanı Qaçaq Nəbi və milli qəhrəmanlara aid guşə də fəaliyyət göstərir. Qaçaq Nəbinin şəxsi əşyaları muzeyə gələnlərin diqqət və maraqla izlədikləri eksponatlardır.  Muzey işçiləri tərəfindən hazırlanan videoçarxlar sosial şəbəkələrdə nümayiş etdirilir.    
Qubadlı şəhidləri, rayona virtual səyahət, rəssam Abbasquluzadə, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi qəhrəmanlarımızın döyüş yolunu əks etdirən videolar, onların verdiyi müsahibələr onlayn şəkildə yayımlanır. 
Muzeyin elektron saytı da fəaliyyət göstərir. Muzey səhifəsinin daim işlək olması əməkdaşlar tərəfindən nəzarətdədir. Məlumat üçün bildirək ki, son illər onlayn şəkildə minlərlə insan muzeyin elektron səhifəsinin izləyicisi olub. Təkcə respublika daxilində deyil, dünyanın bir çox ölkəsindən olan insanlar maraqlı şərhlər yazmış, onların bəziləri sonradan gələrək muzeyi ziyarət etmişlər. Sosial şəbəkələrdən canlı görüşə çevriləcək belə əməkdaşlığın gələcək üçün əhəmiyyəti böyükdür. Bu həm də turizmin inkişafına bir töhfədir.
44 günlük Vətən müharibəsi bizi 30 illik həsrətdən qopardı. Bu gün Qubadlının hər bir sakini rayona dönəcəyi günü gözləyir. Biz muzey işçiləri də rayonumuzda  fəaliyyətimizi indidən nizamlamağa çalışırıq. Orada qalan tariximiz canımızın bir parçasıdır. Gələcək nəsillərə onu ötürmək, keçmişin şərəfini yaşatmaq bizim mənəvi borcumuzdur.

Xatun AĞAYEVA,
Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video