20 May 2025 16:01
589
İQTİSADİYYAT
A- A+
Kayrat Sarıbay: Azərbaycan AQEM sədrliyi çərçivəsində inklüziv inkişafa diqqət yetirir  

Kayrat Sarıbay: Azərbaycan AQEM sədrliyi çərçivəsində inklüziv inkişafa diqqət yetirir  


Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi çərçivəsində inklüziv inkişafa, o cümlədən Qadınlar Şurasının yaradılmasına diqqət yetirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri AQEM baş katibi Kayrat Sarıbay qurumun Bakıda keçirilən Biznes Şurasının 8-ci plenar sessiyasında çıxış edərkən deyib.

O bildirib ki, qadınların hüquq və imkanlarının genişləndirilməsi təkcə ədalət məsələsi deyil, həm də davamlı inkişaf üçün strateji zərurətdir.

“AQEM Qadınlar Şurasının yaradılması institusional qarşılıqlı fəaliyyət platforması olacaq. Bundan başqa, AQEM-in məşvərət orqanları - Biznes Şurası və Gənclər Şurası arasında sinergiyanı inkişaf etdirmək də vacibdir, çünki gənclər innovasiyaların əsas mənbəyidir”, - deyə K.Sarıbay bildirib.

Baş katib vurğulayıb ki, AQEM Azərbaycanın kiçik və orta biznes (KOB), investisiya, biznes və ticarət məsələlərinə göstərdiyi diqqəti yüksək qiymətləndirir. Bununla yanaşı, o, inkişafla bağlı altı prioritet istiqamət və addımın müəyyən edildiyini vurğulayıb: KOB-un inkişafı üçün rəqəmsallaşmaya dəstək, qadın sahibkarlığın inkişafı, KOB-un "yaşıl keçid”inə dəstək, “ağıllı şəhər”lərdə KOB-un rolu və dövlət stimulları, transsərhəd ticarət və elektron ticarət, KOB-un qlobal əlavə dəyər zəncirlərində iştirakı.

Baş katib üzv dövlətləri AQEM Fondu çərçivəsində yeni layihələr təklif etməyə və fonda töhfə verməyə çağırıb: “2022-ci ildə yaradılmış AQEM Fondu çərçivəsində bu yaxınlarda Mərkəzi Əfqanıstanda ilk layihəyə - Qazaxıstanın təklifi və İraqın maliyyə dəstəyi ilə, davamlı buğda istehsalı layihəsinə start verilib. Fond şəffaflıq, könüllülük və konsensus prinsipləri əsasında fəaliyyət göstərir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!