03 Avqust 2026 19:41
210
CƏMİYYƏT
A- A+
İyulda Bakıda orta aylıq temperatur iqlim normasından yuxarı olub

İyulda Bakıda orta aylıq temperatur iqlim normasından yuxarı olub

Bu ilin iyul ayında Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0–6 dərəcə), 2 gün normadan aşağı, 2 gün isə norma daxilində olub. Orta aylıq temperatur 28 dərəcə isti olub ki, bu da iqlim normasından 1 dərəcə yuxarıdır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında iyul ayında maksimal temperatur iyulun 26-da 40 dərəcə isti (Sumqayıt), bölgələrdə isə həmin gün 41 dərəcə isti (Ordubad) qeydə alınıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında iyulun 3-də və 9-da 20 dərəcə isti (Maştağa və Sumqayıt), yüksək dağlıq ərazilərdə isə iyulun 2-də 4 dərəcə isti (Şahdağ) olub: “İyul ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb, dolu düşüb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 324 faizi olmaqla Balakən-Şəki zonasına (Balakən – 250 millimetr), aylıq normanın 236 faizi olmaqla Mərkəzi Aran zonasına (Mingəçevir – 47 millimetr), aylıq normanın 144 faizi olmaqla Lənkəran-Astara zonasına (Lənkəran – 20 millimetr) və aylıq normanın 125 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı – 3 millimetr) düşüb”.

Gülnarə Abbasova deyib ki, iyul ayı ərzində Laçın rayonunun Şəlvə, Qovuşuq və Vəlibəyli kəndlərində, Şuşa şəhərində və Kəlbəcər rayonunun İstisu qəsəbəsində dolu müşahidə olunub. Ən iri dolu Kəlbəcər rayonunun İstisu qəsəbəsində qeydə alınıb və diametri 8–12 millimetr təşkil edib.

Eyni zamanda, iyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə əlaqədar 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 9, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti iyulun 27-də Bakı və Abşeron yarımadasında saniyədə 28, bölgələrdə isə 23 metrə çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lənkəranda açıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir

20:44
03 Avqust

Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı açıqlanıb

20:37
03 Avqust

Elçin Əfəndiyevin qəbirüstü abidəsinin müəllifi: Onun siması daim gözümün önündə olub

20:30
03 Avqust

Estoniya səfiri: Ölkəmiz Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verir

20:23
03 Avqust

Bakı Qızlar Universiteti tələbələrinin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı tədbirlərə başlanılıb

20:16
03 Avqust

Azərbaycan velosipedçisi beynəlxalq turnirdə medal qazanıb

20:09
03 Avqust

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

20:02
03 Avqust

Kəlbəcərdə vandalizmə məruz qalmış qəbiristanlıqların vəziyyəti nəzərdən keçirilib

19:55
03 Avqust

“Heydər Əliyev məktəbi” layihəsinin iştirakçıları Qarabağda olublar

19:48
03 Avqust

İyulda Bakıda orta aylıq temperatur iqlim normasından yuxarı olub

19:41
03 Avqust

“Qarabağ”ın akademiyasına Afrikadan 3 futbolçu cəlb olunur

19:34
03 Avqust

Qazaxıstanlı analitik: Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid məkanın formalaşmasına mühüm töhfə verir  

19:27
03 Avqust

Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasının həmrəyliyini gücləndirən yeni strateji mərhələdir 

19:20
03 Avqust

Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum olub  

19:13
03 Avqust

Pediatr: Ana südü körpənin inkişafına təsir göstərən mürəkkəb bioloji və genetik informasiya daşıyıcısıdır  

19:06
03 Avqust

Türk jurnalist: Səfərimiz gələcəkdə formalaşdırılacaq yeni media strategiyasının əsasını təşkil edəcək  

18:59
03 Avqust

Siyasi şərhçi: Azərbaycan–Qırğızıstan müttəfiqliyi Orta Dəhlizin geosiyasi əhəmiyyətini daha da artıracaq  

18:52
03 Avqust

Kəlbəcər sakinlərinin müraciətləri dinlənilib  

18:45
03 Avqust

Pakistan mənbələri: ABŞ-İran danışıqlarının bərpası ilə bağlı konkret nəticə yoxdur  

18:38
03 Avqust

Türk jurnalistlər Ağdam, Şuşa, Laçın və Xankəndini ziyarət edəcəklər 

18:31
03 Avqust

Vətəndaşların akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə müraciətləri dinlənilib  

18:24
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!