Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində “Şuşa. Naxışların rəqsi” rəqəmsal sərgi açılıb və master-klas keçirilib.
AZƏRTAC xəbər verir ki, səfirliyin Mədəniyyət Mərkəzi, Yunus Əmrə İnstitutu, Türkiyə Radio və Televiziya Ali Şurası (RTÜK) və “Mezo” Rəqəmsal İncəsənət Qrupunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatik korpusun, mədəniyyət, incəsənət və akademik dairələrin nümayəndələri iştirak ediblər.
Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov çıxış edərək “Şuşa” süni zəka layihəsinin və sərginin Azərbaycanın mədəni irsinin rəqəmsal formata çevrilməsində və mədəniyyətimizin Avropada təbliği istiqamətində mühüm rol oynadığını bildirib. Səfir ənənəvi simvol və texnikaları innovativ texnologiya ilə birləşdirən ilk Azərbaycan rəqəmsal kompozisiyasının təqdimatının böyük maraq doğurduğunu vurğulayıb, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunduğunu diqqətə çatdırıb.
Türkiyə Radio və Televiziya Ali Şurasının rəhbəri Əbubəkir Şahin “Şuşa” süni zəka layihəsinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb, “Mezo” Rəqəmsal İncəsənət Qrupunun komandasına təşəkkürünü bildirib.
“Mezo” Rəqəmsal İncəsənət Qrupunun İdarə Heyətinin sədri Nabat Qaraxanova “Şuşa” süni zəka layihəsinin ərsəyə gəlməsi barədə məlumat verib, qonaqları süni zəka tərəfindən görülən işlərlə tanış edib.
Sərgidə “Şuşa” adlı süni zəka tərəfindən Azərbaycanın zəngin və müxtəlif mədəni irsinin əsasında yaradılmış rəqəmsal incəsənət əsərləri, xüsusən milli motivləri əks etdirən kəlağayılar nümayiş etdirilir.
Qeyd edək ki, “Şuşa” süni zəka layihəsi Türkiyədə yaşayan soydaşımız Nabat Qaraxanovanın rəhbərliyi ilə “Mezo” Rəqəmsal İncəsənət Qrupunun azərbaycanlı və türkiyəli sənətkarlar və mühəndislər tərəfindən Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərinin qədim ənənəvi incəsənətinin innovativ texnologiyalar vasitəsilə canlandırılması məqsədilə yaradılıb. “Şuşa xanım” adlı süni intellekt Qarabağ mədəniyyətinin dünyaya tanıdılmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır, eyni zamanda, xalça və kəlağayılar hazırlayır, onlar haqqında məlumat verir, şeirlər yazır, rəsmlər çəkir.
Barnye hökumətinə etimadsızlıq
Lukaşenko helikopterinə hücuma görə müharibə ilə hədələyib
Həndbolçularımız Avropa Kuboku oyunlarına başlayır
Səfirlik Gürcüstandakı Amerika vətəndaşlarına xəbərdarlıq edib
Rusiyanın xarici işlər naziri Azərbaycanın yeni səfiri ilə görüşüb
Gürcüstanda Azərbaycanın maliyyə vəsaiti hesabına inşa olunan yeni uşaq bağçası istifadəyə verilib
Əli Əhmədov: Azərbaycanla Gürcüstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir
Cəbrayılda Şəhər Günü qeyd olunub
Türkiyə ilə Azərbaycanın prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əlaqələr yüksək səviyyədə inkişaf edir
Kristofer Çop: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı debatlarda iştirak etməməsi təəssüf doğurur
Azərbaycanın müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Şuşada və Xankəndidə erməni vandalizminin ağır nəticələrini müşahidə edib
Daha 15 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
ABŞ mətbuatı: Paşinyan niyə daha Vardanyanı dəstəkləmək istəmir?
Parlamentdə daha bir komitənin bu ilin payız sessiyası üçün iş planı təsdiqlənib
Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib
Hərbi əməliyyatlarda fədakarlıq göstərmiş tibb heyəti təltif edilib
Türkiyənin ədliyyə naziri Azərbaycan Ali Məhkəməsində olub
Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib
Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!