26 Iyul 2024 09:21
134
CƏMİYYƏT
A- A+

İtaliya XİN-in saytında Azərbaycandakı 3500 illik ritual ibadətgah yeri haqqında məlumat verilib

 

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin vebsaytında Azərbaycanın Ağstafa rayonundakı “Tava təpə” abidəsində aşkarlanan, 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri barədə məlumat verilib.

AZƏRTAC xəbər verir ki, materialda Azərbaycan və İtaliya mütəxəssislərindən ibarət beynəlxalq arxeoloji ekspedisiyanın 2018-ci ildə icrasına başladığı GaRKAP layihəsinin (Florensiyadakı Qədim Aralıq dənizi və Yaxın Şərq Araşdırmaları Mərkəzi (CAMNES), Kataniya Universiteti, AMEA və OELLE Fondu) İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən birgə maliyyələşdirildiyi bildirilir. Layihə İtaliyadan olan ekspedisiyanın rəhbəri arxeoloq Nikola Laneri və Azərbaycan - İtaliya Beynəlxalq Arxeoloji Ekspedisiyanın rəhbəri Bəxtiyar Cəlilovun sədrliyi ilə həyata keçirilir. Məqsəd eramızdan əvvəl IV-I əsrlər arasında Qərbi Azərbaycan ərazisində yayılmış qədim cəmiyyətlər haqqında bilikləri dərinləşdirməkdir. Arxeoloji ekspedisiya 2021-ci ildən başlayaraq bütün səylərini Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində, Kür çayından 1,5 kilometr aralıda yerləşən və son tunc, ilk dəmir dövrünə aid “Tava təpə” abidəsinin tədqiqinə yönəldib. İki il ərzində qazıntı işləri müxtəlif mərhələləri əhatə edib, aparılan qazıntılar sayəsində sahənin cənub hissəsində təxminən 15 metr diametrli xam torpaqda konsentrik divarları olan qeyri-adi dairəvi quruluş üzə çıxıb. Qazıntılar zamanı ayin süfrəsi və yaxşı qorunub saxlanmış keramika qablar, o cümlədən manqal üçün gövdələr olan dairəvi gil konstruksiya aşkar edilib.

Məlumat verilir ki, “Tava təpə” abidəsində aşkarlanan, Qafqazda ilk ritual xarakterli ibadətgah yeri 3500 il əvvəl buradan keçən insanlar, icmalar tərəfindən yeməkxana kimi istifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video